Mağazalara girmək mümkün deyil Qubanın mərkəzi prospekti bərbad vəziyyətdə
Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.
Quba şəhərinin mərkəzi hissəsində tametlər sökülüb, piyadalar çətinliklə hərəkət edirlər.
Oxu.Az Xəzər TV-yə istinadən xəbər verir ki, Qubanın Heydər Əliyev prospekti, 196 ünvanında mağazaların qarşısındakı və piyadaların hərəkət hissəsindəki tametlər sökülüb, lakin hazırda heç bir təmir işi aparılmır. Ərazi artıq bir aya yaxındır ki, bərbad vəziyyətdədir və havaların yağıntılı keçməsi piyadaların hərəkətini çətinləşdirir.
Burada fəaliyyət göstərən dörd mağaza müştərilərini qəbul edə bilmir. Sahibkarların sözlərinə görə, yol palçıq olduğuna görə heç kim mağazalara daxil olmaq istəmir.
Məsələ ilə bağlı Quba Rayon İcra Hakimiyyətinin birinci müavini Tariyel İbrahimov bildirib ki, son aylarda rayonda abadlıq işləri davam edir. Müxtəlif küçə və prospektlərdə asfaltlama və yeni səki daşlarının döşənməsi həyata keçirilir. Həmin ərazidəki kafel və metlax örtüyü köhnəldiyinə görə sökülüb və yağıntılı hava səbəbindən təmir müvəqqəti dayandırılıb.
Hava şəraiti düzəldikdən sonra həmin sahədə işlər bərpa olunacaq.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
"Mağazalara girmək mümkün deyil" - Qubanın mərkəzi prospekti bərbad vəziyyətdə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 20 Oktyabr 2025 01:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















