Fransalı nazir: 40 ildir muzeylərin təhlükəsizliyi heç kimi maraqlandırmır
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakı, 20 oktyabr, AZƏRTAC
Luvr muzeyinin qarət olunması Fransanın siyasi dairələrində ciddi narahatlıq yaradıb.
AZƏRTAC xəbər verir ki, mədəniyyət naziri Raşida Dati TF1 kanalına müsahibəsində ümumilikdə muzeylərin pis qorunduğunu bildirib.
“İki il əvvəl Luvr muzeyinin direktoru təhlükəsizliklə bağlı audit aparılması üçün şəhər polis idarəsinə müraciət etmişdi. Muzeylərin mühafizəsinin yeni növ mütəşəkkil cinayətkarlıqlara qarşı uyğunlaşdırılması zəruridir” – deyə nazir vurğulayıb.
Senator Yan Brossat sosial media hesabında bildirib ki, çoxdandır muzeyin mühafizəsi üçün işçi çatışmır. Hətta buna görə iyunun 16-da muzey əməkdaşları tətil keçirib və nəticədə muzey bir neçə saatlıq bağlanıb.
Qeyd edək ki, Luvr muzeyi oktyabrın 19-da səhər saatlarında qarət olunub. Apollon zalından Fransa hökmdarlarına məxsus əşyalar aparılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 20 Oktyabr 2025 02:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















