Icma.az
close
up
RU
Azərbaycanın COP29 Sədrliyinin növbəti uğuru: Bakıda tarixi QƏRAR! Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

Azərbaycanın COP29 Sədrliyinin növbəti uğuru: Bakıda tarixi QƏRAR! Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

Azxeber.com saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

COP29-da inkişaf etməkdə olan ölkələrin, o cümlədən kiçik ada, ən az inkişaf etmiş və Afrika dövlətlərinin səbrsizliklə gözlədiyi İtki və Zərər Fondunun tam fəaliyyətə başlamasını təmin edən qərar qəbul olunub.

AZXEBER.COM xəbər verir ki, bu, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən iqlim dəyişmələrinin fəsadlarının kiçik ada ölkələrinə törətdiyi çətinliklərin həlli məsələsinin COP29 Sədrliyinin prioriteti kimi müəyyən edilməsinə uyğundur.

İtki və Zərər Fondunun (Loss and Damage Fund) yaradılması Misirdə keçirilmiş COP27 zamanı qərara alınıb. Fond iqlim dəyişmələrinin təsirlərinə ən həssas ölkələrə maliyyə yardımı göstərmək məqsədi daşıyır.

Birləşmiş Ərəb Əmirliklərində keçirilmiş COP28 zamanı Fondun fəaliyyətə başlaması ilə bağlı qərar qəbul olunub.

COP29 Sədrliyi və Zərər Fondunun fəaliyyətinin təmin edilməsi istiqamətində mühüm addımlar atıb, İdarə Heyəti və Dünya Bankı ilə sıx əməkdaşlıq edib. Cari ilin sentyabr ayında Fondun İdarə Heyətinin Bakıda keçirilmiş 3-cü iclası zamanı Fondun fəaliyyətə başlaması üçün vacib tədbirlər görülüb, Fondun icraçı direktoru vəzifəsinə İbrahima Şeyx Dionqun təyin edilib.

COP29 çərçivəsində isə İtki və Zərər Fondu ilə bağlı bir sıra mühüm sazişlər imzalanıb. Bunlar Fondun İdarə Heyəti ilə Dünya Bankı arasında "Qəyyumluq Sazişi" və "Katibliyin Ev Sahibliyi Sazişi", eləcə də Fondun İdarə Heyəti ilə ev sahibi ölkə olan Filippin Respublikası arasında imzalanmış "Ev Sahibi Ölkəyə dair Saziş"dir.

Hazırda Fonda vəd edilən ümumi maliyyə dəstəyi məbləği 750 milyon ABŞ dollarından artıqdır.

Əldə edilən bu nailiyyətlərlə İtki və Zərər Fondu 2025-ci ildən etibarən layihələri maliyyələşdirə biləcək. Bu, Azərbaycanın COP29 Sədrliyinin növbəti uğurudur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 24 Noyabr 2024 00:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bizə “avtobus müxalifəti” deyənlər bir həqiqəti qulaqlarına sırğa etsinlər ki...”

08 İyun 2025 19:43see132

Alimlər məşqin xərçənglə mübarizədə təsirini sübut edib

08 İyun 2025 14:47see122

Kim deyər ki, 78 yaşı var? Video

08 İyun 2025 23:30see119

Levan Davitaşvili: Tbilisi Quru Limanı Orta Dəhlizin inkişafında mühüm rol oynayacaq

08 İyun 2025 20:50see117

Moskvada anbar kompleksində baş verən yanğın nəticəsində iki nəfər ölüb

08 İyun 2025 22:34see117

Vens artıq Maskı tənqid etməyəcək Tramp YASAQLADI

08 İyun 2025 19:39see116

Cəlilabadda minik avtomobilləri toqquşub

08 İyun 2025 18:47see116

Bu vitamin xərçəngi 10 günə öldürür

09 İyun 2025 02:04see115

Almaniya Fransa matçının ən yaxşı oyunçusu bilindi

08 İyun 2025 20:25see114

Yadplanetlilərə meydan oxuyan media əhlimiz…

10 İyun 2025 00:13see114

Dünyanın ən uzun balığı hansıdır?

09 İyun 2025 02:33see114

Ayxan Abbasov: “Gələcəyə nikbin baxırıq”

08 İyun 2025 22:34see114

Ağstafada qardaş qardaşın qanını tökdü

09 İyun 2025 05:26see113

Bu nəhəng ölkə husilərə kömək edir: ABŞ yə hücum

09 İyun 2025 03:31see113

Qazaxıstan Prezidentindən yeni müdafiə nazirinə TAPŞIRIQ

08 İyun 2025 19:25see112

Çaylarda su səviyyəsi bu qədər qalxdı

08 İyun 2025 11:06see112

Ukrayna üçün şad xəbər Rəsmən elan edildi

09 İyun 2025 01:27see112

Davit Volkovlu Gürcüstan millisi son 4 oyunda üç qələbə və bir heç heçə

08 İyun 2025 22:57see111

Qazaxıstan müdafiə nazirini dəyişib...

08 İyun 2025 19:14see111

Ekspertlər təhsil sistemindəki boşluqları tənqid etdilər: O kadrlara baxanda utandım

09 İyun 2025 18:14see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri