Icma.az
close
up
RU
Azərbaycanın dinlərarası dialoq təşəbbüsü beynəlxalq platformada dəstəklənib

Azərbaycanın dinlərarası dialoq təşəbbüsü beynəlxalq platformada dəstəklənib

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

İstanbul, 13 may, AZƏRTAC

Mayın 13-də İstanbulda Avrasiya İqtisadi Zirvəsi çərçivəsində Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə ilə G20 Dinlərarası Forum Assosiasiyasının prezidenti Kol Durham, Ekumenik Kilsəsinin baş Mitropoliti Emmanuel, Stirlinq Fondunun vitse-prezidenti Nikol Stirlinq və digər rəsmi şəxslər arasında görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, G20 Dinlərarası Forum Assosiasiyasının nəzdində Çoxdinli Məşvərət Şurasının təsis olunması haqqında geniş müzakirə aparılıb, üçtərəfli anlaşma memorandumu imzalanıb. Memoranduma əsasən, Qafqaz Müsəlmanları İdarəsi sözügedən şurada təsisçi qurum kimi çıxış edəcək ki, bu da Azərbaycanın dinlərarası dialoqa verdiyi töhfə baxımdan mühüm addım, eləcə də bu prosesdə yeni mərhələ kimi qiymətləndirilir.

Qafqazın şeyxi anlaşma memorandumunun imzalanmasının vacibliyini ifadə edərək deyib: “Bu gün mühüm sənədi imzalayırıq. G20 Dinlərarası Forum Assosiasiyası ilə artıq əməkdaşlıqla yanaşı, həm də Məşvərət Şurasının təsisçisi kimi çıxış edəcəyik”.

Assosiasiyanın prezidenti Kol Durham da yeni əməkdaşlıq müstəvisinin dinlərarası dialoqa, qlobal sülhün bərqərar olmasına töhfə verəcəyindən əminliyini ifadə edib, Azərbaycanın bu prosesdə mühüm xidmətlərinin olduğunu diqqətə çatdırıb.

Sonra bu ilin oktyabr ayında ABŞ-da keçiriləcək G20 Dinlərarası Forumuna hazırlıq, dəvət ediləcək qonaqlarla bağlı fikir mübadiləsi aparılıb.

Forumun qlobal əhəmiyyətindən danışan şeyxülislam Allahşükür Paşazadə sözügedən tədbirə Qafqaz Müsəlmanları İdarəsinin tərəfindən dəstək göstəriləcəyini diqqətə çatdırıb.

Sonra qarşılıqlı maraq doğuran qlobal və regional məsələlər müzakirə edilib.

Günel Karatepe

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 May 2026 22:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see502

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see299

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see290

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see289

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see280

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see264

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see264

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see259

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see246

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see242

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see235

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see230

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see230

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see230

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see227

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see226

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see223

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see215

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see214

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri