Icma.az
close
up
RU
Azərbaycanın təşəbbüsü BMT səviyyəsində dəstəklənib

Azərbaycanın təşəbbüsü BMT səviyyəsində dəstəklənib

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat yayır.

Azərbaycanın daha bir təşəbbüsü Birləşmiş Millətlər Təşkilatı (BMT) səviyyəsində dəstəklənib. Belə ki, BMT-nin Cənub-Cənub Əməkdaşlığı üzrə Ofisinin (The United Nations Office for South-South Cooperation (UNOSSC)) direktoru Dima Al-Khatib cari il aprelin 28-də 116 ölkədən QHT-lərin iştirakı ilə Bakıda təsis edilmiş Qlobal Cənub QHT Platformasını alqışladığını bildirib. “Qlobal Cənub QHT Platforması təşəbbüsünü yüksək qiymətləndiririk. Ümumilikdə, Azərbaycan dövlətinin Qlobal Cənuba yönəlik siyasətini, eləcə də QHT-lərə göstərdiyi dəstəyi təqdir edirik”, - deyə BMT rəsmisi bu günlərdə Nyu-Yorkda Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin nümayəndə heyətini qəbul edərkən bildirib.

O, BMT-nin Cənub-Cənub Əməkdaşlığı üzrə Ofisinin Qlobal Cənub QHT Platforması ilə sıx əməkdaşlıqda maraqlı olduğunu diqqətə çatdırıb.

Azərbaycanın qlobal liderliyi

Sürətlə dəyişən dünyada qarşıya tez-tez yeni çağırışlar çıxır. Bir sıra hallarda ayrı-ayrı ölkələrin bu çağırışları qarşılamağa imkanları çatmır və onlar çətinliklərlə üzləşirlər. Belə vəziyyətlərdə qlobal həmrəylik bir zərurət qismində çıxış edir. Milli səviyyədə dünyaya nümunəvi inkişaf modeli təqdim edən Azərbaycan da daim o mövqedən çıxış edir ki, qlobal təhdidlər qarşısında beynəlxalq həmrəylik daha da gücləndir?lməlidir. Əks halda bəşəriyyətin gələcəyini xilas etmək mümkün olmaz. Təkcə son illərdə Prezident İlham Əliyev mahiyyət etibarı ilə sivilizasiyaların birgəyaşayışını, multikulturalizmi təşviq edən, qlobal həmrəyliyin gücləndirilməsini hədəfləyən çoxlu sayda təşəbbüslər irəli sürüb və bu təşəbbüslər beynəlxalq birlik tərəfindən təqdirlə qarşılanıb.

Bir neçə il bundan əvvəl yeni növ koronavirus pandemiyası dönəmində beynəlxalq birlik Azərbaycanın yaranan təhdidə necə böyük həssaslıqla yanaşdığının və həmin çətin günlərdə qlobal liderlik keyfiyyətləri nümayiş etdirdiyinin bir daha şahidi oldu. Milli səviyyədə pandemiyaya qarşı nümunəvi qaydada mübarizə aparan Azərbaycan, həmçinin Ümumdünya Səhiyyə Təşkilatına (ÜST), Qoşulmama Hərəkatında (QH) təmsil olunan dövlətlərə böyük həcmlərdə maliyyə yardımları göstərdi, “peyvənd millətçiliyi”nə qarşı çıxdı.  Ölkəmizin  təşəbbüsü ilə qlobal pandemiya ilə mübarizə mövzusunda Türk Dövlətlərinin Əməkdaşlıq Şurasının və Qoşulmama Hərəkatının Təmas Qrupunun videokonfrans formatında Zirvə görüşləri keçirildi. Həmin dövrdə Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının sədri kimi QH-yə üzv ölkələr adından pandemiyaya qarşı mübarizənin gücləndirilməsi məqsədilə dövlət və hökumət başçıları səviyyəsində videokonfrans formatında BMT Baş Assambleyasının Xüsusi Sessiyasının keçirilməsi təklifini irəli sürməsi çox doğru olaraq qlobal təhdidə qlobal cavab kimi dəyərləndirilir. Sessiya baş tutdu və 150 ölkə tədbirdə qəbul olunan qətnamənin lehinə səs verdi.

Bu gün Azərbaycanın beynəlxalq səviyyədə liderliyi, həmçinin Qlobal Cənubu daim təşviq etməsi fonunda da qabarıq şəkildə nəzərə çarpır. Ölkəmiz Qlobal Cənubla Qlobal Qərb arasında dialoqun inkişafına davamlı töhfə verir. Etiraf olunur ki, bu gün Azərbaycan Qlobal Cənubun ümid yerinə çevrilib.

COP29-un gözəl miraslarından biri

Öz növbəsində icraçı direktor Aygün Əliyeva QHT-lərə Dövlət Dəstəyi Agentliyinin bu qlobal toplantıya tərəfdaş kimi dəstək olduğunu vurğulayıb. O, bu platformanın yaradılması ideyasının COP29 dövründə Azərbaycan vətəndaş cəmiyyətindən gəldiyini məmnunluqla qeyd edib.

Son vaxtlarda aktuallığı artan iqlim çağırşlarına həssas yanaşması Azərbaycanın qlobal liderliyinə daha bir nümunədir. Ötən ilin noyabr ayında respublikamız BMT-nin iqlim konfransına  - COP29-a uğurla ev sahibliyi etdi. COP29-un keçirilməsi üçün Bakının məkan seçilməsi beynəlxalq birliyin ölkəmizə artan inamını təsdiqləyir. Azərbaycan qısa müddətdə yüksək səviyyəli hazırlıqlar görməklə və konfransda bir sıra mühüm nəticələrə, xüsusilə də iqlim maliyyələşməsində, kiçik ada dövlətlərinə dəstək göstərilməsində  irəliləyişlərə  nail olmaqla bu etimadı yüksək səviyyədə doğrultdu. Elə Qlobal Cənub QHT Platformasının yaradılması da COP29-un gözəl miraslarından biridir. Xatırladaq ki, Azərbaycan Milli QHT Forumu 2024-cü il noyabrın 15-də COP29 çərçivəsində keçirilən Qoşulmama Hərəkatı regionu QHT-lərin “Cənub-Cənub əməkdaşlığı vasitəsilə iqlim fəaliyyətinin inkişafı: QHT-lərin rolu” adlı beynəlxalq konfransda Qlobal Cənub QHT Platformasının yaradılmasının vaxtının çatdığını elan edib. Bu təşəbbüs beynəlxalq dəstək qazanaraq 140-a yaxın ölkənin QHT-ləri tərəfindən alqışlanıb, 1000-dən çox xarici QHT bu təşəbbüsü müdafiə edən birgə bəyanat yayıb.

Üzvlərinin 84 faizi inkişaf etməkdə olan ölkələrin vətəndaş cəmiyyətlərini təmsil edən COP29 QHT Koalisiyası da bu təşəbbüsün reallaşdırılması üçün çağırış edib. Koalisiya ötən ilin sonunda Qlobal Cənub QHT Platformasının təsisatlandırılması üçün məsələ qaldırıb, Azərbaycan Milli QHT Forumundan prosesin aparılması xahiş olunub. Öz növbəsində Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyi yeni qlobal təşəbbüsün reallığa çevirməsinə dəstək göstərib. Dünyanın 110-dan çox ölkəsindən aparıcı QHT rəhbərləri onlara ünvanlanan dəvəti qəbul ediblər. Bu, həm Qlobal Cənub, həm də Azərbaycan üçün əsl QHT səfərbərliyidir

Qlobal Cənubun ümid yeri

Yeni qlobal vətəndaş cəmiyyəti platforması aprelin 28-29-da Bakıda “Həmrəy fəaliyyət: yeni və ədalətli dünya üçün Qlobal Cənub QHT-lərinin gücləndirilməsi” adlı Forumda təsis edilib. Aygün Əliyevanın verdiyi məlumata əsasən,  Forum 700-dən çox təşkilatı birləşdirir və iqtisadi, siyasi, sosial məsələlərin müzakirəsi üçün ideal bir platforma yaradır.

Yeni platfrmanın qısa müddətdə böyük populyarlıq qazanması və BMT səviyyəsində dəstəklənməsi heç də tədadüfi deyil. Etiraf olunur ki, Qlobal Cənubun problemləri daha çoxdur. Bu gün Qlobal Cənub açıq-aşkar dünyadakı ədalətsizliyin ünvanına çevrilib. Blə bir şəraitdə Azərbaycan haqq-ədalət, beynəlxalq hüquq prinsiplərindən çıxış etməklə Qlobal Cənubun yanında yer alır. Məhz respublikamızın fəallığının nəticəsidir ki, Qlobal Cənubun səsi dünyaya çatdırılır. Proseslər onu deməyə əsas verir ki, Bakıda yaradılan yeni QHT platforması əmkdaşlıq və Qlobal Cənubun problemlərinin həlli üçün daha geniş imkanlar açacaq.

Mübariz FEYİZLİ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:236
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 03 İyun 2025 09:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see276

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see259

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see246

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see237

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see229

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see225

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see217

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see210

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see207

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see201

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see201

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see201

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see193

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see185

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see182

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see182

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see177

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see173

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see169

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri