Azərbaycanın dövlət zəmanətli borcun məbləği açıqlanıb
Icma.az, Apa.az saytına istinadən bildirir.
Bu ilin iyulun 1-i tarixinə Azərbaycanın dövlət zəmanətli borcun məbləği (daxili və xarici dövlət zəmanətli borc) 7.232,3 milyon manat və ya 2026-cı il üzrə 130.873,5 milyon manat məbləğində proqnozlaşdırılan ÜDM-in 5,5 faizini təşkil edib.
"APA-Economics" bu barədə Maliyyə Nazirliyinin "2026-cı ilin I yarımili üzrə dövlət borcu və dövlət zəmanətli borca dair Statistik Bülleten"inə istinadən xəbər verir.
Dövlət zəmanətinin 4.928,0 milyon manatı (2.898,8 milyon ABŞ dolları) və ya 68,1 faizi xarici dövlət zəmanətli kreditlərin, 2.304,3 milyon manatı və ya 31,9 faizi isə daxili dövlət zəmanətli kreditlərin payına düşür. Xarici dövlət zəmanətli borcun əhəmiyyətli dərəcədə azalmasının səbəbi “Cənub Qaz Dəhlizi” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən dövlət zəmanəti ilə cəlb edilmiş 2.000,0 milyon ABŞ dolları məbləğində xarici valyuta nominallı istiqrazların geri qaytarılması olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 30 İyul 2026 11:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















