Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Bazar 60 faiz kiçilib...

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

Azərbaycanın dünyaya təqdim etdiyi yeni nizam

Azərbaycanın dünyaya təqdim etdiyi yeni nizam

Ses qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Bu gün Avropa Komissiyasında çəhrayı eynəkləri çıxarmalıdırlar, dünyaya real gözlə baxmalıdırlar, Azərbaycan kimi dövlətlərə dəyər verməlidirlər. Cənubi Qafqazı özlərinin sevimli və ya qeyri-sevimli dövlətlərinə bölməli deyillər”.

Bu sözləri Prezident İlham Əliyev 9 apreldə ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda çıxışı zamanı Avropa Komissiyasının Azərbaycana münasibəti məsələsində toxunarkən vurğuladı. Dövlətimizin başçısı həmçinin qeyd etdi ki, bizim Avropa İttifaqı ilə bağlı gözləntilərimiz ciddi şəkildə dəyişib və müzakirələrimizin mövzusu da təbəddülata uğrayıb: “Biz bu təşkilata qoşulandan bəri dünya dəyişib və Avropa da kəskin şəkildə dəyişib. Prezident Trampın hakimiyyətə gəlməsi ilə bu dəyişiklik tamamlandı. Bu gün heç nə baş verməmiş kimi davranmaq, habelə Avropa Şurasında və ya Avropa Parlamentində qəbul edilmiş hər hansı bir qətnamənin nəyisə dəyişəcəyinə inanmaq sadəlövhlük olar. Bizim bu təşkilatlara münasibətimiz bu qeyri-adekvatlığa tamamilə uyğundur. Bir ölkə olaraq Azərbaycan özünü bu regionda rahat hiss edir. Biz artıq bu məsələni müzakirə etdik, istər Cənubi Qafqaz olsun, istərsə də Mərkəzi Asiya və ya Yaxın Şərq. Biz özümüzü rahat hiss edirik, özümüzü təmin edən iqtisadiyyatımız var”.
Forum zamanı taleyüklü bir çox məsələlərə toxunan Prezident İlham Əliyev həmçinin diqqətə çatdırdı ki, sabit siyasi sistemimiz və vahid milli ideya ətrafında səfərbər olmuş cəmiyyətimiz mövcuddur: “İkinci Qarabağ müharibəsindəki Qələbə bu birliyi daha da gücləndirib. Brüsseldə və Strasburqdakı bürokratlar sanki özlərinin başqa planetində yaşayırlar və hesab edirlər ki, hər kəs onlara daha yaxın olmaq istəyir. Həmin dövr çoxdan keçmişdə qalıb. Bəli, biz tərəfdaşlığa və dostluğa açığıq. Ancaq o halda ki, bizim daxili işlərimizə müdaxilə edilmir və bizə yad olan dəyərlər bizə aşılanmır. Bu, bizim mövqeyimizdir”.
Bununla da, Prezident İlham Əliyev Avropa Komissiyası və Avropa İttifaqının ölkəmizə qarşı ikili standartlardan yanaşdığını dünyanın diqqətinə çatdırdı. Nəzərə almaq lazımdır ki, son illərdə istər Avropa Komissiyası, istərsə də Avropa İttifaqı ölkəmizə qarşı qərəzli münasibət sərgiləyir və işğalçı Ermənistana dəstək nümayiş etdirir. Bu mənada, Prezident İlham Əliyevin aprelin 9-da ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda çıxışı hər zaman olduğu kimi, böyük bir cəsarət nümunəsi idi. Yəni dünyaya Azərbaycan həqiqətlərinin bəyan olunması faktı idi. Cənab Prezident ölkəmizin yeni dünya nizamındakı rolu barədə mühüm məsələlərə toxundu. Dövlətimizin başçısının xüsusi vurğuladığı məqamlardan biri də Avropa Komissiyası və Avropa İttifaqının ölkəmizə qarşı mövqeyi idi. Əfsuslar olsun ki, bəzi Avropa təşkilatlarında Azərbaycana qarşı hər zaman ikili standartlar və qərəzin şahidi olmuşuq. Onlar Azərbaycanın reallıqlarını görməzdən gəlirlər. Əslində, biz 30 ilə yaxın müddət ərzində müəyyən gözləmə mövqeyi tutaraq münaqişənin sülh yolu ilə həll olunmasını istədik. Lakin bəzi Qərb dairələrinin ədalətli davranmasını gözləməyin heç bir mənası olmadığını gördük. Nəticədə, 44 günlük Vətən müharibəsində beynəlxalq hüquqa uyğun olaraq haqqımızın öz ordumuz tərəfindən alınması ilə nəticələnən qələbəmiz ən böyük həqiqətimiz oldu.
Ötən ilin noyabrında Azərbaycan COP29 kimi mötəbər tədbirə ev sahibliyi etməklə, dünyaya yeni bir nizam təqdim etdi. Rəsmi Bakı hər zaman sülh tərəfdaşı kimi çıxış etdi və bunu gözəl şəkildə sərgilədi. Üstəlik, ölkəmiz bunu həm fikirdə, həm də əməldə etdi. Lakin Avropa İttifaqı da, Avropa Komissiyası da hər dəfə bu mövqeyimizi görməzdən gələrək Ermənistana dəstək verdilər. Hətta Azərbaycan əleyhinə bəyanatlar, qətnamələr və sanksiyalar qəbul etdilər. Xüsusilə Avropanın timsalında bunu daha çox gördük. Ancaq Avropa Parlamentində və ya Avropa Şurasında ölkəmiz əleyhinə qəbul edilən qətnamələr kağız parçasından başqa bir şey deyil, hansısa hökmu yoxdur. Onlar sadəcə olaraq hər vəclə ölkəmizin qarşısını kəsməyə çalışırlar. Gərək Azərbaycanın 44 günlük Vətən müharibəsindəki qələbəsindən sonra öz ölçülərini götürə və artıq bir yerdə dayanmağı bacaraydılar.
Forumda Prezident İlham Əliyevin önə çəkdiyi daha bir məqam Cənubi Qafqazın gələcəyi ilə bağlı humanist, mühüm islahatlara dayanıqlanan fikirləri oldu: “Azərbaycan olaraq biz Avropa təsisatları ilə yaxşı əlaqələrə malik olmaq istəyirik, xüsusilə də Avropa Komissiyası ilə. Ancaq bizim maraqlarımızın qurban verilməsi hesabına yox. Onların davamlı olaraq bizim daxili işlərimizə qarışması, cəmiyyətimizin müxtəlif seqmentlərinin maliyyələşdirilməsi, gənclərimizin beyinlərinin yuyulması, regionumuzda yaşayan xalqların zəhərlənməsi – bütün bunlar bizə lazım deyil. Budur bizim görmək istədiyimiz Cənubi Qafqaz”!
Göründüyü kimi, ölkə başçısı İlham Əliyev yeni dünya düzəninin qurulmasını ilk növbədə, Cənubi Qafqazda sabitliyin bərpası yönündə hazırladığı planlardan başlamaq fikrindədir. Bunun üçün dəyər və meyarlarına sadiqdir, öz təklif və tələblərini irəli sürür, dostlarla da, düşmən mövqedə dayananlarla da onların öz dilində danışır. Əlbəttə ki, hər bir ölkə üçün gələcək perspektiv onların hansı mövqedə dayanması ilə şərtlənəcək. Bütün hallarda Azərbaycan və onun lideri öz mövqeyində sabit, dəyişməz, qətiyyətli və güclüdür!

Elnarə Akimova
YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı,
filologiya elmləri doktoru

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:241
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 11 Aprel 2025 12:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see531

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see402

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see388

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see374

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see352

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see351

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see307

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see261

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see255

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see247

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see239

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see235

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see231

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see224

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see217

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see203

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see201

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

06 Noyabr 2026 14:01see200

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see198

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

06 Noyabr 2026 13:49see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri