Icma.az
close
up
RU
“Azərbaycanın müharibədən sonra regionda yaratdığı yeni siyasi nizam...”

“Azərbaycanın müharibədən sonra regionda yaratdığı yeni siyasi nizam...”

Icma.az, Adelet.az portalına istinadən məlumat verir.

“Avropa Siyasi Birliyinin 7-ci sammiti Danimarkada keçirilir. Bu sammitdə Avropanın fundamental təhlükəsizlik məsələləri, enerji problemləri və Rusiya-Ukrayna müharibəsi əsas müzakirə predmeti olacaq. Hazırda Avropa ölkələri son 50 ildə özünün ən gərgin təhlükəsizlik qayğıları ilə üzləşib. Rusiyanın artan aqressiyası Avropa Siyasi Birliyini konkret qərarlar qəbul etməyə vadar edir. Azərbaycan da Avropa Siyasi Birliyinin  birliyin üzvüdür və sammitdə iştirak edir”. 

Adalet.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. 

Politoloqun sözlərinə görə, hazırda Azərbaycanla Avropa Siyasi Birliyi arasinda münasibətlər normaldı:

“Avropa Parlamenti və Avropa Şurasından fərqli olaraq Avropa Siyasi Birliyi Azərbaycanla siyasi əməkdaşlığın genişləndirilməsində maraqlıdır. Azərbaycanın ikinci Qarabağ müharibəsindən sonra regionda yaratdığı yeni siyasi nizam təkcə Cənubi Qafqazla məhdudlaşmır. Bu, Avropa və Asiyanı birləşdirən yeni nəqliyyat arteriyasının açılmasına gətirib çıxarır. Ona görə də Avropa Azərbaycanla bütün sahələrdə əməkdaşlıq imkanlarını nəzərdən keçirir. Həmçinin Azərbaycanın enerji təchizatında oynadığı rol Avropa üçün cəzbedicidir”. 

M.Əsədullazadə bildirib ki, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində atılan addımlar Cənubi Qafqazı ASB üçün strateji əhəmiyyətli edir:

“Avropa İttifaqı özünün "qonşuluq siyasəti" strategiyası müxtəlif maneələrlə qarşılaşır və özünü doğrultmur. Amma, Avropa Siyasi Birliyi Cənubi Qafqaz ölkələri ilə təhlükəsizlik, siyasi-iqtisadi və enerji məsələlərini müzakirə etməklə, regionun ümumi baxışı müsbət istiqamətdə formalaşdırır. Rusiyanın Ukraynaya qarşı hərbi işğalı regionda yeni bir böhranlı situasiya formalaşdırır. Ona görə də Avropa Siyasi Birliyi Rusiyanın təzyiqi ilə daima üzləşən Cənubi Qafqaz ölkələrinə dəstəyi artırmış olacaq.

Qeyd edim ki, sammit çərçivəsində Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri N. Paşinyanın görüşü mümkündür. Hər iki lider iki ölkə arasında sərhədlərin delimitasiya -demarkasiyasını Zəngəzur istiqamətindən başlanmasını müzakirə edə bilər. Həmçinin anklav kəndlərlə bağlı müəyyən ortaq məxrəcə gəlinməsi mümkündür. Həmçinin Zəngəzur dəhlizində işlərin başlanması və Konustitusiya dəyişikliyi məsələləri müzakirə oluna bilər”. 

Vasif ƏLİHÜSEYN

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:89
embedMənbə:https://adalet.az
archiveBu xəbər 02 Oktyabr 2025 12:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see277

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see215

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see200

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see189

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see179

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see166

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see159

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see153

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see153

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see153

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see153

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see150

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see148

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see146

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see145

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see142

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see140

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see139

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see134

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri