Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

Qazancımızın neçə faizi ərzağa gedir?

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

2025 ci il kifayət qədər uğurlu oldu

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

ChatGPT də problem yarandı

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Azərbaycanın yolları dünyaya qovuşub

Azərbaycanın yolları dünyaya qovuşub

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ötən il ərazimizdən 14,8 milyon ton yük daşınıb

Yola saldığımız 2024-cü ildə ölkəmizin ərazisi ilə 14,8 milyon ton tranzit yük daşınıb. İl ərzində dəmir yolu vasitəsilə daşınan tranzit yüklərin həcmi rekord həddə çataraq 7,3 milyon ton təşkil edib. Bu və digər məsələlər barədə dünən nəqliyyat sahəsində 2024-cü ildə həyata keçirilmiş tədbirlərə və 2025-ci il üçün nəzərdə tutulmuş planlara həsr olunmuş mətbuat konfransında ətraflı məlumat verilib.  
Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümbətov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində Bakı şəhərinin nəqliyyat infrastrukturu, xüsusilə Bakı Metropoliteninin inkişafı ilə bağlı vacib məsələlərə toxunaraq müvafiq tapşırıqlar verib. Diqqətə çatdırılıb  ki, ölkə başçısının tapşırıqlarına əsasən, Bakı şəhərində nəqliyyat sıxlığının azaldılması və şəhər mobilliyinin inkişafında mühüm rol oynayan Bakı metropoliteninin genişləndirilməsi və mövcud infrastrukturun müasirləşdirilməsi istiqamətində əhəmiyyətli işlər görülür. Yeni nəqliyyat proqramı çərçivəsində paytaxtın ekoloji cəhətdən təmiz, sürətli və birləşdirici ictimai nəqliyyat sistemi olaraq metropolitenin daha geniş əhatə dairəsinə malik olması hədəflənib. Bu çərçivədə yerli və xarici mütəxəssislərin iştirakı ilə paytaxtın nəqliyyat proqramı hazırlanır. Proqramda şəhərin cari və gələcək inkişaf tələbləri nəzərə alınaraq metropolitenin digər nəqliyyat vasitələri ilə inteqrasiyasına xüsusi diqqət ayrılır. Xüsusilə “Yaşıl” və “Bənövşəyi” xətlərin inkişaf etdirilməsi ilə nəqliyyat sistemində balanslı və effektiv hərəkətin təmin edilməsi əsas məqsədlərdən biridir. 
Son illərdə Bakıda 7 metrostansiyanın və 1 deponun inşa edilərək istifadəyə verildiyini xatırladan R.Hümbətov bildirib ki, Metroplitenin 2030-cu ilə qədər inkişafına dair yenilənmiş proqramına əsasən, 2 stansiyanın tikintisinin tamamlanması planlaşdırılır. Bu da sərnişin axınını 88 milyon nəfərədək artırmağa imkan yaradacaq. Bununla yanaşı, yaxın gələcəkdə 1 stansiyanın təmirinin başa çatdırılması və 8 yeni stansiyanın inşası nəzərdə tutulur. 
Ötən müddətdə paytaxtımıza 150 yeni nəsil vaqon gətirilərək istismara verildiyini xatırladan nazir müavini deyib ki, bunun da hesabına metroda istifadə olunan vaqonların yarısı yenilənib.  Onun sözlərinə görə, 2025-ci ildə Bakı metrosuna daha 20 yeni nəsil vaqonun gətirilməsi planlaşdırılır. Diqqətə çatdırılıb ki, yaxın 3 ildə Rusiyanın “Transmaşholdinq” şirkəti ilə imzalanmış müqaviləyə əsasən metroda 65 yeni nəsil vaqon və yaxud hər biri 5 vaqondan ibarət olan 13 qatar xəttə buraxılacaq. Ötən il üçün nəzərdə tutulan 7 qatardan 4-ü artıq Bakıya çatdırılıb. Bu qatarlar, əsasən, “Həzi Aslanov – Dərnəgül” xətti üzrə hərəkət edəcək. Beləliklə, bu il 4 qatarın, 2026-cı ildə isə daha 2 qatarın Bakıya çatdırılması planlaşdırılır. Metropolitenin dəmir yolu təsərrüfatında da mühüm işlərin görüldüyünü bildirən nazir müavini qeyd edib ki, artıq inşa edilən və modernizasiya olunan dəmir yolu xətlərinin ümumi uzunluğu 1500 kilometri keçib.
Nazir müavini yükdaşıma sahəsində əldə olunmuş göstəriciləri diqqətə çatdıraraq bildirib ki, 2024-cü ilin yanvar–noyabr aylarında Azərbaycanda dəmir yolu nəqliyyatı ilə 16,9 milyon ton yük və 7 milyon 672,6 min sərnişin daşınıb. 2023-cü ilin eyni dövrü ilə müqayisədə yük daşınmasında 1,1 faiz, sərnişin daşınmasında isə 21 faiz artım müşahidə olunub. Qeyd olunub ki, sutkada orta hesabla 375 vaqon yüklənib, 437 vaqon isə boşaldılıb. Sutka ərzində dəmir yolunun şimal istiqaməti üzrə 17,4 min ton, qərb istiqaməti üzrə 4,2 min ton, cənub istiqaməti üzrə isə 0,7 min ton yüklənmə işi yerinə yetirilib.
Ötən il hava nəqliyyatı ilə sərnişindaşımanın əvvəlki illə müqayisədə 31 faiz artaraq rekord həddə çatdığını bildirən nazir müavininin sözlərinə görə, hesabat dövründə 7,5 milyon sərnişinə xidmət göstərilib. Diqqətə çatdırılıb ki, 2024-cü ildə metroda sərnişindaşıma pandemiyadan sonra ən yüksək həddə, yəni 30 milyon nəfərə yüksəlib. İl ərzində avtobuslar vasitəsilə daşınan sərnişin sayı isə 20 faiz artaraq 148 milyon nəfərə çatıb.
Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Azərbaycan hökumətinin Bakıda tramvay nəqliyyatının bərpası istiqamətində həyata keçirdiyi tədbirlər barədə məlumat verərək deyib ki, artıq tramvayların effektiv olacağı ərazilər müəyyənləşdirilib: “Tramvay kütləvi daşıma üçündür və onlar üçün, ilk növbədə, uyğun yer olmalıdır. Təhlillər aparmışıq və paytaxtda tramvay xətlərinin inşasının faydalı ola biləcəyi yerləri araşdırmışıq. Şəhər mərkəzində insanların hərəkəti üçün ən səmərəli vasitə metropolitendir. Tramvay Mehdiabad qəsəbəsindən Azadlıq prospektinə doğru, Binəqədidən keçməklə “28 May” metrostansiyasına qədər əhəmiyyətli ola bilər. “Seabreeze” ətrafında yeni yaşayış məntəqələri yaradıldığına görə həmin istiqamətdə də tramvay özünü doğrulda bilər”.
Nazir müavini işğaldan azad olunmuş ərazilərin yol-nəqliyyat infrastrukturu sahəsində həyata keçirilən tədbirlər barədə də media nümayəndələrinə məlumat verib. Qeyd olunub ki, hazırda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında ümumi uzunluğu 3,4 min kilometrə yaxın olan avtomobil yolları inşa edilir. Ümumilikdə isə, 2004-cü ildə ölkədə 21 min kilometr uzunluğunda avtomobil yolları, 335 körpü və 45 tunel inşa edilib. 
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi İdarə Heyətinin sədri Anar Rzayev ölkənin avtobus parkının yenilənməsi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib. O deyib ki, 2024-cü ildə 200 avtobus təmir edilərək xəttə qaytarılıb, 165 ədəd elektrik avtobusu isə daşımalara cəlb edilib. Agentlik sədrinin sözlərinə görə, il ərzində özəl daşıyıcılar tərəfindən ölkəyə 60 yeni avtobus gətirilib və bunun bir hissəsi artıq istismara buraxılıb. Bununla yanaşı, 11 marşrut üzrə 154 avtobus yenilənib. Tam yeni avtobusların fəaliyyət göstərdiyi 2 yeni marşrut yaradılıb. Qeyd olunub ki, bu il Azərbaycandakı özəl daşıyıcıların ölkəyə daha 100-dən artıq avtobus gətirilərək istismara buraxılması gözlənilir.
Bakıda avtobusla sərnişindaşımada nağdsız ödəniş hallarının sayının 17 faiz artdığını diqqətə çatdıran A.Rzayev bildirib ki, 2024-cü ildə paytaxtda daşınmış 476 milyon sərnişinin 77,5 faizi ödənişi nağdsız qaydada həyata keçirib: “Əgər 2022-ci ildə paytaxtda 1000 avtobus nağdsız ödəniş sisteminə qoşulmuşdusa, bu göstərici 2023 və 2024-cü illərdə müvafiq olaraq 1400 və 2 min təşkil edib”.  
Agentlik sədri onu da deyib ki, son zamanlar ölkədə mikromobillik sahəsində qanunvericilik təkmilləşdiriib, “kiçik elek-
trik nəqliyyat vasitəsi” və “kiçik elektrik nəqliyyat vasitəsinin operatoru” anlayışları qanunvericiliyə daxil edilib, bu sahədə nəzarət tədbirləri təkmilləşdirilib. Onun sözlərinə görə, ötən müddətdə Bakıda 31 küçə və prospekt üzrə 35 kilometr uzunluğunda velosiped yolları yaradılıb, bu rəqəmin mərhələlərlə, təxminən, 100 kilometrə çatdırılması nəzərdə tutulur. Qeyd olunub ki, hazırda Bakıda icarəyə verilən 476 mikromobillik vasitəsinin 77 faizini kiçik elektrik nəqliyyat vasitələri (skuter), 18 faizini velosiped, 5 faizini elektrik velosipedi təşkil edir.
Sonda media nümayəndələrinin çoxsaylı sualları cavablandırılıb.

Səhifəni hazırladılar: 
Vaqif BAYRAMOV,
Mirbağır YAQUBZADƏ 
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 11 Yanvar 2025 12:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see211

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see193

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see192

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see180

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see173

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see166

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see164

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see163

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see150

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see147

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see144

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see142

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see138

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see138

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see134

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see132

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see132

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see128

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see128

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri