Icma.az
close
up
RU
Azərbaycanın ədalətli müharibədə şanlı qələbəsi

Azərbaycanın ədalətli müharibədə şanlı qələbəsi

Yeniazerbaycan saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Xəyal Aslanov,

YAP Tərtər rayon təşkilatının Səhləbad ərazi partiya təşkilatının sədri 

Tarixə nəzər salsaq, beynəlxalq və regional güclərin hərtərəfli dəstəyi ilə ermənilər tarixi Azərbaycan ərazilərinə müxtəlif adlar və müxtəlif məqsədlər üçün yerləşdirildikdən sonra, zaman-zaman istər tarixi Azərbaycan torpaqlarında, istərsə də Türkiyə, Qafqaz, Orta Asiya və digər yerlərdə terror, etnik təmizləmə, təcavüzkarlıq, pozuçuluq və s. əməllər törətməsi haqda məlumatlar vardır: “Bütün bunlarda məqsəd böyük güclərin əli ilə regionun yerli əhalisini köçürmək, türk-müsəlman xalqlarına qarşı etnik təmizləmə və soyqırımı siyasəti həyata keçirməkdən ibarət olmuşdur. 1988-ci ildən başlayaraq təcüvüzkar Ermənistan Azərbaycanın tarixi torpaqlarına qarşı ərazi iddiaları ilə irəli sürmüş və ölkəmizə qarşı hərbi təcavüzə başlamış, bununla da Ermənistan və onu dəstəkləyən qüvvələrlə birlikdə torpaqlarımızın 20%-ni işğal etmiş,1 milyondan artıq azərbaycanlı öz doğma yurd-yuvasından didərgin düşmüşdür. Ermənistanın və onun arxasında duran qüvvələrin Azərbaycan torpaqlarında 30 il bundan əvvəl başlatdıqları işğalçılıq siyasətinə Azərbaycan Prezidenti, Ali Baş Komandan, Böyük Sərkərdə İlham Əliyevin rəhbərliyi altında 44 gün ərzində son qoyuldu, Müzəffər Azərbaycan Ordusu düşməni yurdumuzdan qovdu, üçrəngli bayrağımızı qeyrət qalamız olan Şuşada dalğalandırdı. Bəli, bunu Azərbaycan xalqının mərd oğulları etdi, qanı və canı bahasına. I Qarabağ müharibəsində həlak olan minlərlə azərbaycanlının qisası alınıb və inanırıq ki, onların ruhu rahatlıq tapıb.

Ermənistan rəhbərliyinin beynəlxalq tədbirlərdə Qarabağı Ermənistanın tərkib hissəsi kimi təqdim etməsi, Şuşanı separatçı və qondarma qurumun paytaxtı elan etməsi, “Cıdır düzü”ndə yallı getməsi Azərbaycana müharibədən başqa yol qoymadı. On minlərlə insan dövlət başçısından ölkədə səfərbərlik elan etməsi üçün küçələrə axışdı. Sentyabrın 27-də Azərbaycan Ordusunun əks-hücum əməliyyatları başlandı.  Azərbaycan əsgəri 44 günlük Vətən müharibəsində öz sözünü layiqincə və artıqlaması ilə dedi, Vətənin çətin günündə ayağa durdu, yağı düşməni torpaqlarımızdan qovdu, suverenliyimizi bərpa etdi, bu şərəfli yolda yaralandı, şəhidlik zirvəsinə qədər yüksəldi

Qeyd edək ki, 30 ilə yaxın davam edən Qarabağ münaqişəsinin sülh yolu həlli üçün çoxlu diplomatik səylər göstərilmiş, beynəlxalq sammitlərdə və beynəlxalq təşkilatlarda bu problemin həlli istiqamətində Azərbaycan Respubliksının operativ və praqmatik fəaliyyətinə baxmayaraq fitnəkar və təxribatçı Ermənistan bizə müharibə variantından başqa çıxış yolu buraxmamışdır. Ali Baş Komandanın qətiyyəti ilə Ordumuzun döyüş hazırlığı hər zaman yüksək səviyyədə olmuş milli ruh, döyüş taktikası və vətənpərvərlik hissləri intellektual və mətin zabitlərimiz tərəfindən əsgərimizə aşılanmışdır.  

Torpaq su ilə qarışsa palçıq, qan ilə qarışsa Vətən olar, deyiblər. Bu torpağı Vətən edən, müqəddəs ocaq edən Şəhidlərimizin qanıdır. O Şəhidlər ki, qorxu nədir bilmədən şəhadətə gözüyumulu getdilər. Vətənimizin bütövlüyü uğrunda igidcəsinə döyüşüb, qəhrəmancasına uca zirvəyə qalxdılar. Əzəldən bəri başı bəlalı xalqımız torpaq uğrunda nə savaşlar verib, nə igidlər itirib, ancaq bir an olsun əyilməyib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:199
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 26 Sentyabr 2025 23:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see502

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see401

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see391

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see276

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see268

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see266

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see261

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see256

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see252

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see238

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see234

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see226

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see223

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see212

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see203

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see195

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see191

Bakıda mağazadan Makadamiya fındığını belə oğurladı

01 Noyabr 2026 09:29see186

Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır

01 Noyabr 2026 11:03see179

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri