Icma.az
close
up
RU
Azərbaycanın ədalətli müharibədə şanlı qələbəsi

Azərbaycanın ədalətli müharibədə şanlı qələbəsi

Ses qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Tarixə nəzər salsaq, beynəlxalq və regional güclərin hərtərəfli dəstəyi ilə ermənilər tarixi Azərbaycan ərazilərinə müxtəlif adlar və müxtəlif məqsədlər üçün yerləşdirildikdən sonra, zaman-zaman istər tarixi Azərbaycan torpaqlarında, istərsə də Türkiyə, Qafqaz, Orta Asiya və digər yerlərdə terror, etnik təmizləmə, təcavüzkarlıq, pozuçuluq və s. əməllər törətməsi haqda məlumatlar vardır: “Bütün bunlarda məqsəd böyük güclərin əli ilə regionun yerli əhalisini köçürmək, türk-müsəlman xalqlarına qarşı etnik təmizləmə və soyqırımı siyasəti həyata keçirməkdən ibarət olmuşdur. 1988-ci ildən başlayaraq təcüvüzkar Ermənistan Azərbaycanın tarixi torpaqlarına qarşı ərazi iddiaları ilə irəli sürmüş və ölkəmizə qarşı hərbi təcavüzə başlamış, bununla da Ermənistan və onu dəstəkləyən qüvvələrlə birlikdə torpaqlarımızın 20%-ni işğal etmiş,1 milyondan artıq azərbaycanlı öz doğma yurd-yuvasından didərgin düşmüşdür. Ermənistanın və onun arxasında duran qüvvələrin Azərbaycan torpaqlarında 30 il bundan əvvəl başlatdıqları işğalçılıq siyasətinə Azərbaycan Prezidenti, Ali Baş Komandan, Böyük Sərkərdə İlham Əliyevin rəhbərliyi altında 44 gün ərzində son qoyuldu, Müzəffər Azərbaycan Ordusu düşməni yurdumuzdan qovdu, üçrəngli bayrağımızı qeyrət qalamız olan Şuşada dalğalandırdı. Bəli, bunu Azərbaycan xalqının mərd oğulları etdi, qanı və canı bahasına. I Qarabağ müharibəsində həlak olan minlərlə azərbaycanlının qisası alınıb və inanırıq ki, onların ruhu rahatlıq tapıb.

Ermənistan rəhbərliyinin beynəlxalq tədbirlərdə Qarabağı Ermənistanın tərkib hissəsi kimi təqdim etməsi, Şuşanı separatçı və qondarma qurumun paytaxtı elan etməsi, “Cıdır düzü”ndə yallı getməsi Azərbaycana müharibədən başqa yol qoymadı. On minlərlə insan dövlət başçısından ölkədə səfərbərlik elan etməsi üçün küçələrə axışdı. Sentyabrın 27-də Azərbaycan Ordusunun əks-hücum əməliyyatları başlandı. Azərbaycan əsgəri 44 günlük Vətən müharibəsində öz sözünü layiqincə və artıqlaması ilə dedi, Vətənin çətin günündə ayağa durdu, yağı düşməni torpaqlarımızdan qovdu, suverenliyimizi bərpa etdi, bu şərəfli yolda yaralandı, şəhidlik zirvəsinə qədər yüksəldi.

Qeyd edək ki, 30 ilə yaxın davam edən Qarabağ münaqişəsinin sülh yolu həlli üçün çoxlu diplomatik səylər göstərilmiş, beynəlxalq sammitlərdə və beynəlxalq təşkilatlarda bu problemin həlli istiqamətində Azərbaycan Respubliksının operativ və praqmatik fəaliyyətinə baxmayaraq fitnəkar və təxribatçı Ermənistan bizə müharibə variantından başqa çıxış yolu buraxmamışdır. Ali Baş Komandanın qətiyyəti ilə Ordumuzun döyüş hazırlığı hər zaman yüksək səviyyədə olmuş milli ruh, döyüş taktikası və vətənpərvərlik hissləri intellektual və mətin zabitlərimiz tərəfindən əsgərimizə aşılanmışdır.

Torpaq su ilə qarışsa palçıq, qan ilə qarışsa Vətən olar, deyiblər. Bu torpağı Vətən edən, müqəddəs ocaq edən Şəhidlərimizin qanıdır. O Şəhidlər ki, qorxu nədir bilmədən şəhadətə gözüyumulu getdilər. Vətənimizin bütövlüyü uğrunda igidcəsinə döyüşüb, qəhrəmancasına uca zirvəyə qalxdılar. Əzəldən bəri başı bəlalı xalqımız torpaq uğrunda nə savaşlar verib, nə igidlər itirib, ancaq bir an olsun əyilməyib.

Xəyal Aslanov

YAP Tərtər rayon təşkilatının Səhləbad ərazi partiya təşkilatının sədri

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:143
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 26 Sentyabr 2025 12:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see356

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see349

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see342

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see310

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see301

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see300

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see272

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see272

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see264

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see259

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see242

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see239

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see239

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see237

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see233

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see230

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see226

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see224

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see214

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri