Icma.az
close
up
RU
Milli maraqlar üzərində qurulan enerji siyasəti

Milli maraqlar üzərində qurulan enerji siyasəti

Icma.az xəbər verir, Ses qazeti saytına əsaslanaraq.

Məlumdur ki, Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclaslarının ardıcıl olaraq Bakıda keçirilməsi heç də təsadüfi deyil. Bu Azərbaycanın, daha dəqiq desək, Prezident İlham Əliyevin sözügedən nəhəng layihənin əsas təşəbbüskarlarından biri olması ilə bilavasitə bağlıdır. Layihənin ilkin ideyası irəli sürüləndə bəziləri buna skeptik yanaşır, onun uğurla həyata keçiriləcəyinə inanmırdı. Ölkəmizə qarşı əks-mövqe tutan bəzi beynəlxalq dairələr isə bu təşəbbüsü qeyri-real adlandırır, layihənin yalnız kağız üzərində qalacağını düşünürdülər. Amma zaman göstərdi ki, bu cür iddialar əsassızdır. Bu gün artıq reallığa çevrilmiş və tam gücü ilə fəaliyyət göstərən Cənub Qaz Dəhlizi nəinki texniki və iqtisadi göstəriciləri ilə, həm də siyasi və geostrateji çəkisi ilə diqqət mərkəzindədir. Bu meqalayihə Azərbaycanın yalnız enerji sahəsindəki uğurlarını deyil, həm də siyasi iradəsinin gücünü ortaya qoydu. Ölkəmiz bu layihə ilə bir daha sübut etdi ki, yalnız öz milli maraqlarını deyil, regionun və Avropanın enerji təhlükəsizliyini də təmin etməyə qadirdir. Layihənin uğurla başa çatdırılması Azərbaycanın beynəlxalq nüfuzunu artırmaqla yanaşı, ölkəmizi etibarlı enerji tərəfdaşı kimi tanıdıb. Bu dəhliz, həmçinin region ölkələri arasında iqtisadi və siyasi əməkdaşlıq üçün yeni bir platforma yaradıb. Ölkəmizin bu təşəbbüsü əslində yalnız infrastruktur sahəsinə aid texniki layihə deyil, qlobal enerji siyasətində balansı qoruyan, sabitlik və təhlükəsizliyə töhfə verən bir strateji modeldir. Bu tədbirlər Azərbaycanın enerji sahəsində əldə etdiyi nailiyyətlərin nümayişi, həm də qarşılıqlı faydalı əməkdaşlığın yeni konturlarının cızılması baxımından xüsusi əhəmiyyət kəsb edir. Burada yalnız cari vəziyyətə qiymət verilmir, eyni zamanda gələcək üçün strateji istiqamətlər müəyyənləşdirilir. Hər il artan iştirakçı sayı - o cümlədən Azərbaycanla yanaşı, Avropa İttifaqı ölkələrinin, ümumilikdə 24 dövlətin, 7 beynəlxalq maliyyə qurumunun və 42 nüfuzlu enerji şirkətinin bu görüşlərə qatılması ölkəmizə olan inamın və hörmətin göstəricisidir.

Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, aprelin 4-də Bakıda "Gülüstan" sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclasları keçirildi. Ölkə başçısı İlham Əliyevin tədbirdə iştirak etməsi Azərbaycanın dünyanın enerji təhlükəsizliyinə verdiyi töhfənin növbəti bariz nümunəsidir. Prezident İlham Əliyevin tədbirdəki dərin məzmunlu çıxışı, enerji sahəsində irəli sürdüyü baxışlar və konkret yanaşmalar Azərbaycanın həm ənənəvi, həm də alternativ enerji resursları sahəsində geniş imkanlara malik olduğunu bir daha nümayiş etdirdi. Dövlət başçısının çıxışı Azərbaycanın gələcək enerji strategiyasını və bu sahədə qoyduğu hədəfləri daha aydın şəkildə anlamaq baxımından mühüm əhəmiyyət kəsb etdi.

Prezident qeyd etdi ki, Cənub Qaz Dəhlizi enerji təhlükəsizliyi layihəsidir. Enerji təhlükəsizliyi təmin olunmadan milli təhlükəsizliyin bütövlüyündən söhbət açmaq çətindir. Məhz bu reallıq Azərbaycanın beynəlxalq müstəvidə artan nüfuzunun əsas dayaqlarından biridir. Rəsmi Bakı uzun illərdir verdiyi vədlərə sadiqliyi, qlobal miqyasda reallaşdırdığı və bir vaxtlar mümkünsüz kimi görünən layihələrlə sübut edib ki, sözdən əmələ keçid onun xarakterik cəhətidir. Bu reallaşan uğurlar nəticə etibarilə Azərbaycanın etibarlı tərəfdaş imicini daha da möhkəmləndirir. Hazırda Azərbaycan təkcə öz enerji təhlükəsizliyini tam şəkildə təmin etmir, həm də digər ölkələrin, o cümlədən Avropa İttifaqına üzv dövlətlərin bu sahədəki ehtiyaclarının ödənməsində mühüm rol oynayır. Ölkəmiz neft, təbii qaz, elektrik enerjisi və neft-kimya məhsullarını ixrac etməklə qlobal enerji bazarının aparıcı iştirakçılarından birinə çevrilib. Qarşıya qoyulan strateji hədəflər isə daha da iddialıdır - Azərbaycan yaxın illərdə qazın, elektrik enerjisinin və neft-kimya məhsullarının ixrac həcmini əhəmiyyətli dərəcədə artırmaq niyyətindədir. Bu isə ölkəmizin enerji resurslarına olan tələbatın tarixən ən yüksək həddə çatdığı bir zamanda xüsusi əhəmiyyət kəsb edir. Toplantının gündəliyində yer alan vacib mövzulardan biri də "yaşıl kabel" layihəsi oldu. Avropaya qədər uzanacaq bu mühüm təşəbbüsün texniki əsaslandırma mərhələsinin tamamlanmaq üzrə olması layihənin reallığa bir addım daha yaxınlaşdığını göstərir. Əgər bu təşəbbüs reallaşarsa, Azərbaycanda bərpaolunan enerji ixracı sahəsində tamamilə yeni bir dövr başlanacaq. Bu həm də ölkənin "yaşıl enerji" sahəsinə cəlb edəcəyi investisiyaların miqyasını genişləndirəcək, enerji siyasətinin daha çevik, strateji və innovativ əsaslar üzərində qurulmasına təkan verəcək. Məşvərət Şurasının iclası çərçivəsində Azərbaycanın enerji siyasətinin coğrafiyası və məzmunu daha da genişlənir, yeni tərəfdaşlıq və əməkdaşlıq formatları yaranır. Bu platforma vasitəsilə ölkəmiz təkcə resurs ixrac edən dövlət kimi deyil, həm də qlobal enerji gündəmini formalaşdıran, dialoqa açıq və sabitlik yaradan bir aktor kimi çıxış edir. Azərbaycanın enerji siyasəti təkcə iqtisadi deyil, eyni zamanda siyasi və strateji baxımdan da geniş müsbət təsir doğurur - həm region ölkələrinə, həm də enerji qıtlığı ilə üzləşən Avropa dövlətlərinə fayda gətirir.

Ən əsası, belə tədbirlər Azərbaycanın beynəlxalq münasibətlərə və enerji təhlükəsizliyinə dair məsuliyyətli və konstruktiv yanaşmasının göstəricisidir.

Emin Məmmədov,

YAP Göygöl rayon təşkilatı üzrə “Azərişıq” ASC Qərb RETSİ-nin Göygöl Elektrik şəbəkəsi ərazi partiya təşkilatının sədri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 08 Aprel 2025 09:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see315

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see280

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see273

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see268

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see262

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see259

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see258

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see243

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see237

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see233

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see225

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see224

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see223

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see221

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see218

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see216

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see211

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see197

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see191

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri