Icma.az
close
up
RU
Azərbaycanın enerji siyasəti ölkənin iqtisadi qüdrətini yüksəldir

Azərbaycanın enerji siyasəti ölkənin iqtisadi qüdrətini yüksəldir

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ötən əsrin sonlarında müstəqilliyini bərpa edən Azərbaycan Respublikası karbohidrogen ehtiyatlarından səmərəli istifadə etməklə regional və beynəlxalq səviyyədə dünya dövlətləri ilə enerji sahəsində əməkdaşlığa xüsusi önəm verir. Bu əməkdaşlığın təməl prinsipi ümummilli lider Heydər Əliyev tərəfindən işlənib hazırlanmışdır. Heydər Əliyev Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra qarşıya qoyduğu prioritetlərdən biri düzgün enerji strategiyasının qurulması, dünyanın qabaqcıl ölkələri ilə energetika sahəsində qarşılıqlı faydalı münasibətlərin yaradılması idi.

1994-cü il sentyabrın 20-də Bakıda “Əsrin müqaviləsi”nin imzalanması ilə Xəzər dənizində beynəlxalq əməkdaşlığın bünövrəsi və region ölkələrinin dünya iqtisadiyyatına inteqrasiyasının əsası qoyuldu. Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənilməsini nəzərdə tutan bu sazişin reallaşması təkcə ölkəmiz üçün deyil, Qərbin bir sıra aparıcı dövlətləri, eləcə də Cənubi Qafqaz və Orta Asiya regionu üçün də strateji əhəmiyyət daşıyırdı. Regionda beynəlxalq əməkdaşlığın təməlini qoymuş bu enerji müqaviləsi, eyni zamanda, Azərbaycanın müstəqil dövlət olaraq öz təbii sərvətlərinə sahib çıxmağa, milli mənafelərini sonadək müdafiə etməyə qadir olduğunu göstərdi.

Ulu öndərin qalibiyyətli neft strategiyasının onun layiqli varisi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi ölkəmizin iqtisadi qüdrətini artırmaqla yanaşı, beynəlxalq nüfuzunun da xeyli artmasına səbəb olmuşdur. Məhz bunun nəticəsidir ki, dünyanın sabit və dinamik inkişaf etməkdə olan ölkəsinə çevrilmiş Azərbaycan Respublikası uzun illərdir ki, müstəqil iqtisadi siyasət yürüdür, bir sıra qlobal enerji və nəqliyyat layihələrinin təşəbbüskarı və fəal iştirakçısı rolunda çıxış edir. Özünün zəngin karbohidrogen ehtiyatları hesabına enerji təhlükəsizliyini tam təmin etmiş ölkəmiz Avropanın da enerji təhlükəsizliyinə mühüm töhfələr verir.

2025-ci ilin birinci rübü ərzində, operativ məlumatlara əsasən, ölkəmizdə 6,9 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Hasilatın 4 milyon tonu “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun, 1 milyon tonu (kondensat) “Şahdəniz” və 0,14 milyon tonu (kondensat) “Abşeron” yataqlarının payına düşüb. Hesabat dövründə Azərbaycan Dövlət Neft Şirkəti üzrə neft (kondensatla birlikdə) hasilatı isə 1,8 milyon ton təşkil edib. 2024-cü il üzrə qazma, hasilat, emal və ixrac göstəricilərinə dair hesabata əsasən, qurumun müstəqil şəkildə və ya əsas payçı qismində istismar etdiyi yataqlarda il ərzində 7 milyon 485 min 590 ton neft çıxarılıb. Ümumilikdə, isə, ötən il Azərbaycanda 29 milyon 46 min 321 ton neft hasil olunub.

Bu ilin mart ayında ölkə üzrə gündəlik neft (kondensatla birlikdə) hasilatı 76,9 min ton (580 min barel) olub. Bunun da 62,6 min tonunu (462 min barel) xam neft, 14,3 min tonunu (118 min barel) kondensat təşkil edib. Bu isə Azərbaycanın “OPEC plyus” razılaşması çərçivəsində götürdüyü öhdəliyin 83,8 faizinə bərabərdir. Məlum olduğu kimi, “OPEC plus” ölkələri nazirlərinin 37-ci iclasında əldə edilmiş razılaşmaya görə, 2025-ci il üçün Azərbaycanın hasilat kvotası gündəlik 551 min barel (74 min 259 ton) müəyyən olunub.

Ölkə üzrə neftin nəqli bu ilin ötən dövründə də ahəngdar rejimdə davam etdirilib. Dövlət Statistika Komitəsindən məlumatına görə, bu ilin birinci rübündə ölkənin magistral neft kəmərləri ilə 9 milyon 28,8 min ton neft nəql edilib. Bu göstərici əvvəlki ilin eyni dövrünə nisbətən 636 min ton və ya 6,6 faiz azdır. Yanvar–mart aylarında 5,7 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bunun 4,9 milyon tonu konsorsiumların, 0,7 milyon tonu SOCAR-ın, 0,14 milyon tonu isə “Abşeron” yatağının payına düşüb. Hesabat dövründə nəqletmənin 6 milyon 880,8 min tonu və ya 76,2 faizi Bakı – Tbilisi – Ceyhan neft ixrac kəməri ilə həyata keçirilib. BTC kəməri ilə nəql edilmiş neftin 5 milyon 727,4 min tonunu və ya 83,2 faizini Azərbaycanda hasil edilən neft, 1 milyon 153,4 min tonunu və ya 16,8 faizini isə Türkmənistan və Qazaxıstandan daxil olan neft həcmləri təşkil edib.

Ötən il isə xarici bazarlara ixrac edilən neftin həcmi 16,6 milyon ton təşkil edib. Qeyd edək ki, bura şirkətin öz imkanları ilə çıxardığı neft həcmləri ilə birlikdə ölkəmizdə fəaliyyət göstərən beynəlxalq konsorsiumlar tərəfindən hasil olunan neftin Azərbaycan dövlətinə və SOCAR-a məxsus mənfəət payları da daxildir.

Energetika Nazirliyinin məlumatına əsasən, 2025-ci ilin yanvar-mart aylarında Azərbaycanda 12,6 milyard kubmetr təbii qaz hasil edilib. Qazın 3,4 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”nin, 6,8 milyard kubmetri “Şahdəniz”in, 0,4 milyard kubmetri “Abşeron” yatağının, 2 milyard kubmetri isə SOCAR-ın payına düşüb. Yeri gəlmişkən, SOCAR-ın 2024-cü il üzrə qazma, hasilat, emal və ixrac göstəricilərinə dair açıqladığı hesabatda bildirilir ki, ötən il ölkəmizdə qaz hasilatı 2023-cü ilin müvafiq göstəricisi ilə müqayisədə 4,4 faiz artaraq 50,4 milyard kubmetr təşkil edib.

Hesabat dövründə xaricə qaz satışı 6 milyard kubmetr təşkil edib. Bunun 3 milyard kubmetr Avropaya, 2,3 milyard kubmetr Türkiyəyə (o cümlədən TANAP-la 1,4 milyard kubmetr), 0,7 milyard kubmetr isə Gürcüstana satılıb. Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 0,4 milyard kubmetr və ya 6,25 faiz azdır. Belə ki, 2024-cü ilin yanvar-mart aylarında Azərbaycandan xaricə 6,4 milyard kubmetr həcmində qaz satışı həyata keçirilib.

Xatırladaq ki, Azərbaycan qazının Avropaya tədarükünə Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə 2020-ci ilin sonunda başlayıb. Hazırda kəmərin ötürücülük qabiliyyəti ildə 12 milyard kubmetr təşkil edir və 2027-ci ilin sonunadək 20 milyard kubmetrə çatdırılması nəzərdə tutulub. Ümumi uzunluğu 878 kilometr təşkil edən boru kəmərinin 550 kilometri Yunanıstanın şimal hissəsindən, 215 kilometri Albaniya ərazisindən, 105 kilometri Adriatik dənizinin dibi ilə, 8 kilometr isə İtaliya ərazisindən keçir. Bolqarıstana “mavi yanacağ”ın nəqli TAP-a birləşdirilən Yunanıstan – Bolqarıstan interkonnektoru (birləşdirici kəmər) vasitəsilə həyata keçirilir.

“Bulgargaz EAD” dövlət şirkəti “Şahdəniz-2” yatağından 1 milyard kubmetr qazın tədarükü üçün “Şahdəniz” konsorsiumu ilə müqavilə imzalayıb. Ümumi uzunluğu 182 kilometr olan boru kəmərinin 150 kilometrlik hissəsi Bolqarıstan ərazisindən keçir. Kəmərin illik ötürücülük qabiliyyətinin 3-5 milyard kubmetr olacağı gözlənilir. Yeri gəlmişkən, Azərbaycanın energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib ki, Azərbaycanın qaz təchizatının Avropadakı coğrafiyası birmənalı olaraq genişlənəcək.

Azərbaycanın “mavi yanacağ”ı Gürcüstana Cənubi Qafqaz boru kəməri ilə nəql olunur. Energetika Nazirliyinin məlumatına görə, bu ilin birinci rübündə qonşu ölkəyə 0,7 milyard kubmetr qaz ixrac olunub. Bu iə ötən ilin müvafiq dövrünə nisbətən 0,2 milyard kubmetr və ya 22,2 faiz azdır. Xatırladaq ki, 2024-cü ilin yanvar-mart aylarında Gürcüstan Azərbaycandan 0,9 milyard kubmetr qaz alıb.

Bu ilin yanvar-mart aylarında Azərbaycandan Türkiyəyə qaz satışı isə 2,3 milyard kubmetr təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə dəyişməz qalıb. Bununla belə, hesabat dövrü ərzində TANAP-la Türkiyəyə qaz ixracında artım qeydə alınıb. Belə ki, cari ilin yanvar-mart aylarında Azərbaycandan qardaş ölkəyə bu kəmərlə qaz ixracı 7,7 faiz artaraq 1,4 kubmetrə çatıb.

Bir məqamı da qeyd edək ki, 1997-ci ilin noyabr ayında “Çıraq” yatağından ilkin neftin hasilatına başlanıldığı vaxtdan bu il aprelin 1-dək “Əsrin müqaviləsi” çərçivəsində 605,6 milyon ton neft və 233,2 milyard kubmetr səmt qazı hasil olunub. “Şahdəniz” yatağından hasilata başlanıldığı 2006-cı ilin sonlarından isə indiyədək 243,6 milyard kubmetr qaz və 49,6 milyon ton kondensat çıxarılıb. Ötən müddətdə Azərbaycanın yeni neft strategiyası çərçivəsində hasil edilmiş neftin və təbii qazın müvafiq olaraq 653,2 milyon tonu və 174,8 milyard kubmetri alternativ kəmərlər vasitəsilə ixraca nəql olunub.

Ölkənin emal müəssisələrinin ahəngdar işi də əvvəlki dövrlərdə olduğu kimi, bu ilin ilk rübündə də uğurla davam edib. Yanvar-mart aylarında ölkə üzrə neftin emalı 1,4 milyon ton təşkil edib. 2024-cü ildə isə SOCAR tərəfindən 5 milyon 809 min 329 ton neft və 3 milyard 377 milyon 532 min kubmetrdən çox qaz emal edilib. İl ərzində SOCAR-ın Azərbaycandakı müəssisələrində istehsal olunan 2 milyon 309 min 642 ton neft, neft-kimya və qaz-kimya məhsulları xarici bazarlara ixrac edilib. İxrac olunan neft, neft-kimya və qaz-kimya məhsullarının həcmində 2,8 faizlik artım qeydə alınıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 16 Aprel 2025 11:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təsadüf, yoxsa səssiz yazılmış ssenari? Məryəm Bağırova yazır

16 İyul 2025 12:49see1220

Forma sponsorluq gəlirlərinə görə ən yaxşı 10 klub SİYAHI

16 İyul 2025 19:20see187

10 illik dövr başa çatdı Real dan getdi

16 İyul 2025 15:01see145

Biz dəyərlərimizlə bir birimizə bağlıyıq

17 İyul 2025 10:35see122

Vaqif Poeziya Günləri milli bir şifrədir Aqşin Yenisey

17 İyul 2025 05:32see121

GÖYÇAY SAKİNLƏRİ ÖRÜŞ SAHƏSİNDƏ SÜNİ GÖL YARADILMASINA ETİRAZ EDİR “İstifadə etməyə su tapmırıq” / Foto

16 İyul 2025 15:32see115

Bakıda ikimərtəbəli evdə GÜCLÜ YANĞIN

17 İyul 2025 12:42see113

Velosipedlərin parklanması üçün konstruksiyaların alınmasına bu qədər vəsait sərf ediləcək

17 İyul 2025 12:51see112

Bu il 100 yeni dövlət standartı qəbul edilib

16 İyul 2025 16:13see112

Livan druzlarının lideri: İsrail Suriyada xaos yaratmaq üçün bəzi druzlardan istifadə edir

16 İyul 2025 18:50see112

Azər Həşimov: Ölkə çempionatda sürpriz komanda olmağa çalışacağıq

16 İyul 2025 22:45see112

Gürcüstan Rusiyadan deportasiya olunmuş Ukrayna vətəndaşlarını sərhəddən buraxmır

16 İyul 2025 21:25see111

Çində imtahanda aşağı bal topladığına görə oğlan evdən qovuldu

18 İyul 2025 02:01see111

Türkiyə BƏƏ Yüksək Səviyyəli Strateji Şuranın iclası keçiriləcək

16 İyul 2025 07:30see111

“Neftçi” yeni ev formasını təqdim edib FOTO

16 İyul 2025 23:05see111

İrəvan imtina edir, yoxsa..?

16 İyul 2025 15:43see111

“Real” müdafiəçisinin rekordu

16 İyul 2025 07:18see111

TƏBİİ TƏLƏ: Yayın kəşfi ağcaqanadların sonunu gətirəcək

17 İyul 2025 00:56see111

Orban: Ukrayna münaqişəsinin həlli üçün Putin və Tramp arasında görüşün keçirilməsi zəruridir

18 İyul 2025 02:19see110

Ukraynaya veriləcək silahlar məlum oldu “NYT” detalları açıqladı

16 İyul 2025 10:54see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri