Icma.az
close
up
RU
Azərbaycanın enerji siyasətində yeni mərhələ: Yaxın Şərqə açılan enerji körpüsü

Azərbaycanın enerji siyasətində yeni mərhələ: Yaxın Şərqə açılan enerji körpüsü

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Son günlərdə Azərbaycanın Suriyaya qaz ixracına başlaması beynəlxalq aləmdə ciddi rezonans doğurub. Bu, sadəcə iqtisadi deyil, həm də geosiyasi baxımdan tarixi bir hadisədir. İlk dəfədir ki, Azərbaycan qazı Yaxın Şərq regionuna, konkret olaraq Suriyaya nəql olunur. Bildiyiniz kimi, Suriya uzun illərdir müharibədən çıxmış, infrastruktur baxımından ciddi dağıntılar yaşamış ölkədir. Azərbaycan qazı bu ölkənin enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayacaq. Bu həm də Azərbaycanın beynəlxalq nüfuzunun və enerji diplomatiyasının uğurudur”.

Bu fikirləri saytımıza Milli Məclisin deputatı Mehriban Vəliyeva bildirib. O qeyd edib ki, əsas siyasi baza  bu il aprelin 11-də keçirilmiş Antalya Diplomatiya Forumunda Azərbaycan Prezidenti cənab İlham Əliyev ilə Suriya dövlət başçısı Əhməd Əl Şaraanın görüşündə qoyulub. Daha sonra iyulun 12-də Suriyanın dövlət başçısının Bakıya rəsmi səfəri zamanı konkret razılaşmalar əldə olundu. SOCAR ilə Suriya hökuməti arasında Anlaşma Memorandumu da imzalandı. Bu, Azərbaycan qazının Türkiyə vasitəsilə Suriyaya çatdırılmasının hüquqi və texniki əsasını təmin etdi.

Gündəlik nə qədər qaz ixracı planlaşdırılır və bu Suriya üçün hansı nəticələr vəd edir? - sualına isə Mehriban Vəliyeva belə cavab verdi: “Suriya tərəfi bəyan edib ki, avqustun 2-dən etibarən gündəlik 3,4 milyon kubmetr Azərbaycan qazı alacaqlar. Bu həcmdə qazın elektrik enerjisinə çevrilməsi nəticəsində təxminən 900-1200 meqavat gücündə elektrik istehsalı gözlənilir. Suriyanın bəzi bölgələrində elektrik cəmi 3-4 saat verilir. Azərbaycan qazı bu problemi aradan qaldırmaq üçün ciddi imkan yaradacaq. Bu addım Azərbaycanın enerji siyasətində  yeni istiqamətləri açır.

Bu, yeni mərhələnin başlanğıcıdır. İndiyədək Azərbaycan 12 ölkəyə qaz ixrac edib. Onların əksəriyyəti Avropa İttifaqının üzvüdür. Lakin artıq təkcə Qərbə deyil, cənub istiqamətində də yeni enerji körpüləri qururuq. Türkiyə üzərindən Suriyaya qaz ixracı perspektivdə İordaniya, Misir və hətta Livana qədər uzana bilər. Suriyanın dağılmış infrastrukturunun bərpası fonunda bu kəmərlərin yenidən işə salınması Azərbaycan qazının coğrafiyasını xeyli genişləndirəcək”.

Deputat layihənin regional sabitliyə və siyasi müstəviyə təsirindən də danışdı: Əlbəttə, bu layihə təkcə iqtisadi deyil, həm də siyasi etimadın göstəricisidir. Azərbaycan bu addımı ilə həm də münaqişədən çıxan bir ölkəyə sülh və sabitlik mesajı verir. Enerji resursları vasitəsilə regionda davamlı inkişaf və əməkdaşlıq formatı yaradır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bu siyasət Azərbaycanın regional liderliyini daha da gücləndirir”.

"Azərbaycan bu yeni ixrac imkanları fonunda Avropaya qaz ixracı istiqamətində hədəflərindən yayınmır ki?" sualına  Mehriban Vəliyeva belə cavab verdi: "Qətiyyən. Əksinə, bu proseslər paralel şəkildə həyata keçirilir. 2024-cü ildə Azərbaycanın qaz ixracı 25,77 milyard kubmetr olub. Bunun 9,81 milyard kubmetri Türkiyəyə, 9,8 milyard kubmetri isə İtaliyaya tədarük olunub. Hədəf 2027-ci ilə qədər illik qaz ixracını 20 milyard kubmetrdən çoxa çatdırmaqdır. “Şahdəniz” yatağında yeni qazma işləri bu məqsədə xidmət edir. Azərbaycan həm Avropanın, həm də Yaxın Şərqin enerji təhlükəsizliyinə töhfə verən etibarlı tərəfdaşdır".

Mehriban Vəliyeva əlavə olaraq qeyd etdi ki, Azərbaycan yaşıl enerjiyə keçidi də strateji məqsəd kimi qarşıya qoyub. 2027-ci ildən etibarən yaşıl enerjinin Avropaya ixracı gözlənilir. Eyni zamanda, elektrik enerjisi istehsal potensialımızın artırılması, onun Yaxın Şərq ölkələrinə ixracı üçün də geniş imkanlar açır. Bu istiqamət də SOCAR-ın və ölkəmizin enerji portfelinin coğrafi baxımdan şaxələndirilməsinə səbəb olacaq. Azərbaycan öz enerji siyasəti ilə regionda və dünyada sabitliyin, inkişafın təminatçılarından biri olmağa davam edəcək. Kilis-Suriya qaz marşurutu  Azərbaycanın Yaxın Şərqə uzanan etibar körpüsüdür.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 05 Avqust 2025 16:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

AzTV sədrinin əcəl, yoxsa dirçəliş zəngi? Helikopter arzusu və 6 7 minlik qonorar...

06 Noyabr 2025 08:35see295

Şəbnəmin fanatına etdiyi hərəkət qınandı VİDEO

05 Noyabr 2025 22:09see221

Bu il Şahdəniz yatağından qaz və kondensat hasilatı sabit qalıb

06 Noyabr 2025 14:50see220

Bu bölgədə məktəblər üçün yeni avadanlıqlar alınacaq 715 minlik LAYİHƏ

06 Noyabr 2025 19:30see214

Serialların uşaq psixologiyasına MƏNFİ TƏSİRLƏRİ

06 Noyabr 2025 23:04see198

Necə rahat oynadığımızı gördünüz? “Qarabağ”ın prezidenti

06 Noyabr 2025 01:16see147

İbrahim Kalın HAMAS la Qəzzada atəşkəsi müzakirə edib

06 Noyabr 2025 06:01see146

“Qalatasaray”dan qələbə, “Barselona” xal itirdi Çempionlar Liqası

06 Noyabr 2025 02:45see140

“Brügge” “Barselona” ilə oyunda hesabda 3 dəfə irəli çıxsa da, qələbə qazana bilməyib VİDEO

06 Noyabr 2025 02:26see140

Kadi Borgesin “Çelsi” ilə oyunda aldığı zədəsi ciddi ola bilər

06 Noyabr 2025 01:11see136

Araz Naxçıvan ın kapitanı: Püşk səbətində yer alan komandalar arasında zəif rəqib yox idi

06 Noyabr 2025 23:55see133

Paramount antisemit aktyorların qara siyahısını tərtib etdi

06 Noyabr 2025 07:01see133

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see133

Fazil Mustafadan AzTV nin helikopter məsələsinə REAKSİYA

06 Noyabr 2025 23:47see132

Rusiya müharibəyə danışa bilməyən əlil əsgərlər göndərir...

07 Noyabr 2025 00:06see129

Noyabr ayında bu bürcləri xoş sürprizlər gözləyir

06 Noyabr 2025 11:45see129

“Belə bir fikir olsa, dəstəkləyərəm” Video

06 Noyabr 2025 01:58see128

Saatda 140 la gedən maşında intim əlaqədə oldular

06 Noyabr 2025 02:32see128

“Qarabağ”da məcburi əvəzlənmə: Kadi Borges zədələndi

05 Noyabr 2025 22:23see126

Süni intellekt 140 yaşa çatmağın yollarını ortaya qoydu..?

07 Noyabr 2025 00:46see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri