Icma.az
close
up
RU
Azərbaycan qazı Suriyada: İlham Əliyevin “enerji körpüsü” strategiyası Yaxın Şərqə çatdı

Azərbaycan qazı Suriyada: İlham Əliyevin “enerji körpüsü” strategiyası Yaxın Şərqə çatdı

Sherg.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycanın Suriyaya  qaz ixracının çox ciddi səbəbləri var


Rizvan Nəbiyev: "Azərbaycan siyasi, iqtisadi, kommersiya parametrlərini nəzərə almaqla Suriyanın ümumilikdə sabitləşməsinə, inkişafına ciddi töhfə vermək niyyətindədir"



Azərbaycanın regionun və Avropanın enerji təhlükəsizliyində rolu günbəgün artır. Ölkəmizin enerji siyasəti təkcə iqtisadi inkişaf deyil, həm də qlobal enerji keçidinə, regional sabitliyə töhfə verən strateji model kimi nümunə göstərilir. Azərbaycanın malik olduğu enerji resurslarından səmərəli istifadəsi nəticəsində reallığa çevrilən enerji layihələri dünyanın enerji xəritəsini yenidən formalaşdırır. Regional çərçivədə qurulan əməkdaşlığın coğrafiyası daha da genişlənir, yeni layihələr gündəmə gətirilir. Tarixən neft ölkəsi olan Azərbaycan bu gün təbii qaz, elektrik enerjisi ixracatçısı kimi dünyanın diqqətindədir. Bu gün 12 ölkəyə qaz ixrac edirik. 8 ölkə Avropa İttifaqının üzvüdür. Hədəf  2030-cu ilə qədər qaz hasilatını daha 8 milyard kubmetr artırmaqdır. Bu gün 25 milyard kubmetr ixrac ediriksə, o zaman üçün təqribən 33 milyard kubmetr təşkil edəcək. Qaz təchizatımızın coğrafi əhatəsinə görə Azərbaycan bu gün dünya miqyasında qabaqcıl yerlərdədir. Bununla yanaşı, ilk dəfə Azərbaycan təbii qazını dost, qardaş ölkənin ərazisi ilə Suriyaya ixrac etməyə başladı. Bu mühüm hadisə təkcə ölkəmizin enerji ixracında deyil, həm də Yaxın Şərq dövlətləri ilə əməkdaşlıqda yeni səhifə deməkdir. Türkiyə vasitəsilə Suriyaya çatdırılacaq Azərbaycan qazı əsasən elektrik enerjisi istehsalı üçün istifadə olunacaq. Azərbaycan ənənəvi tərəfdaşları ilə əlaqələrini möhkəmləndirməklə bərabər, yeni bazarlara çıxışda maraqlıdır. Qaz ixracının coğrafiyasının genişləndirilməsi özündə mühüm məqamları ehtiva edir. Ölkəmiz Suriyanın qaz nəqli şəbəkəsinə qoşulmaqla Livan, İordaniya və Misirə də mavi yanacaq ixrac edə bilər. Yəni Azərbaycanın enerji diplomatiyası əməkdaşlıq formatını yaradan körpüdür. Həm ixrac imkanlarını, həm də siyasi təsir coğrafiyasını genişləndirir. 


Millət vəkili, siyasi elmlər doktoru Rizvan Nəbiyev Sherg.az-a açıqlamasında deyib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən enerji strategiyasının banisi Ulu Öndər Heydər Əliyevdir. Deputat vurğulayıb ki, neftlə bağlı strategiyanın əsası 1994-cü ildə "Əsrin müqaviləsi"nin imzalanması ilə, qaz strategiyasının əsası isə 1996-cı ildə "Şahdəniz" qazının istehsalı, ixracı ilə bağlı imzalanmış Hasilatın Pay Bölgüsü Sazişi (HPBS) ilə qoyulub:

seeBaxış sayı:49
embedMənbə:https://sherg.az
archiveBu xəbər 06 Avqust 2025 09:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see248

Bundesliqa futbolçusu İngiltərə klublarının HƏDƏFİNDƏ

21 Dekabr 2025 03:47see205

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see181

A Seriyası: Yuventus Roma nı əliboş yola saldı

21 Dekabr 2025 02:02see160

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see155

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see153

Prezidentin MDB ölkələri liderlərinin qeyri rəsmi sammitində iştirakı gözlənilir

21 Dekabr 2025 00:59see151

Azərbaycanda qeyri adi toy FOTO

21 Dekabr 2025 03:49see149

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see148

Voltemade ilk 20 dəqiqədə “Çelsi”nin qapısına iki qol vuran dördüncü oyunçu olub

21 Dekabr 2025 02:45see148

“Hakimlərin bizə qarşı kobud səhvləri ilə üzləşirik” “Sabah”ın məşqçisi

21 Dekabr 2025 00:31see143

Mərkəzi oyunu “Yuventus” qazandı

21 Dekabr 2025 02:25see143

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see137

“Güllü”nün qızı həbsdə ilk dəfə danışdı

21 Dekabr 2025 00:55see135

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see132

İngiltərə Premyer Liqası: Liverpul azlıqda qalan Tottenhem i məğlubiyyətə uğratdı

21 Dekabr 2025 00:00see131

İlon Mask buna görə dünyada birinci oldu rekordu yenilədi

21 Dekabr 2025 02:44see130

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see129

XVI turun 2 oyunu keçirilib

20 Dekabr 2025 21:50see127

Türkiyədə daha üç məşhur barədə həbs qərarı çıxarıldı

21 Dekabr 2025 02:44see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri