Icma.az
close
up
RU
Azərbaycanın möhtəşəm salnaməsi İlham Əliyevin liderliyi ilə yazılır

Azərbaycanın möhtəşəm salnaməsi İlham Əliyevin liderliyi ilə yazılır

Icma.az, Ses qazeti portalına istinadən məlumatı açıqlayır.

Müasir Azərbaycanın siyasi leytmotivi artıq hər kəsə bəllidir: iradə, dəmir məntiq, əzm, qələbə, inkişaf və tarixi ədalətin bərpası. Bu salnamənin müəllifi isə bir nəfərdir – cənab Prezident İlham Əliyev. Son 20 ildə onun addımlarını ard-arda düzəndə yalnız siyasi xronologiya yaranmır; həm də xalqın taleyinin dəyişdirildiyi, milli qürurun bərpa olunduğu bütöv bir dövr görünür. Bu gün biz təkcə liderin fəaliyyətinə nəzər salmırıq, həm də Azərbaycanın gələcək yüzilliyini müəyyən edən bir dövlətçilik fəlsəfəsini izləyirik. Cəna Prezident İlham Əliyev üçün siyasət taktika deyil, ölkənin strateji taleyinə yazılan əbədi yol xəritəsidir. Azərbaycan Prezidentinin yaratdığı model həm hüquqi, həm iqtisadi, həm sosial, həm də geosiyasi müstəvilərdə öz gücünü qətiyyətlə göstərir. “Azərbaycanın milli inkişaf strategiyasında əsas hədəf modern, dayanıqlı, öz resurslarına söykənən və qlobal siyasətə təsir edən dövlət quruculuğudur.” Bu hədəflər artıq reallıqdır: İqtisadi artımın yeni mərhələsi – qeyri-neft sektorunun liderliyə yüksəlməsi, sənayeləşmə, regional inkişaf proqramları. Sosial rifahın güclənməsi – əmək haqlarının artımı, sosial paketlərin genişləndirilməsi, rifah dövlətinə transformasiya. Yeni texnologiyalar və rəqəmsal siyasət – süni intellekt, kibertəhlükəsizlik, “yaşıl enerji xəritəsi”. Azərbaycan bu gün təkcə bölgənin enerji təminatçısı deyil, həm də regional təhlükəsizliyin sabitlik dayağıdır.

2020-ci il Vətən müharibəsində əldə edilən tarixi Zəfər təkcə torpaqların azad olunması deyildi. Bu qələbə dövlətçilik fəlsəfəsini yenidən yazdı, Azərbaycan xalqının gücünü bütün dünyaya sübut etdi. Bu il Zəfərin 5-ci ilidir – Azərbaycanın qürur salnaməsinin beşinci səhifəsidir. Beş il ərzində Qarabağ və Şərqi Zəngəzur yenidən quruldu. Bölgəyə qayıdış başladı. Dövlət ən böyük quruculuq prosesini həyata keçirdi. Xankəndidən Laçına, Füzulidən Zəngilana qədər bütün ərazilər dirçəlişin mərkəzinə çevrildi. Zəfər Azərbaycanın gələcək beş əsrə yönəlik yol xəritəsini müəyyənləşdirən milli sərvətdir. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bu gün regionda tamamilə yeni təhlükəsizlik arxitekturasının müəllifidir. Bu arxitekturanın ən mühüm bəndi isə Azərbaycanla Ermənistan arasında ABŞ-da imzalanması gözlənilən sülh müqaviləsidir. Bu müqavilə sıradan bir diplomatik sənəd deyil. Bu Cənubi Qafqazda yeni beynəlxalq hüquqi reallıqları təsdiq edəcək, Azərbaycan torpaqlarının bütövlüyünü dünya düzənində tam legitimləşdirəcək, Bölgədə sabitlik və əməkdaşlıq üçün tarixi baza yaradacaq, Regional iqtisadi layihələrə qapı açacaq. Bu müqaviləyə gedən yol, təsadüfi yox, Azərbaycan Prezidentinin dəqiq siyasi hesablamalarının, diplomatik cəsarətinin və güclü dövlət məntiqinin nəticəsidir. Bu gün dünyanın aparıcı gücləri Azərbaycanla strateji əməkdaşlığı prioritetə çevirir. Səbəbi aydındır. Azərbaycan enerji təhlükəsizliyində Avropanın dayağıdır. Asiya ilə Avropanı birləşdirən nəqliyyat qovşağıdır. Türk dünyasının siyasi mərkəzində mühüm söz sahibidir. Qlobal multilateral diplomatiyanın real oyunçusudur. Beləliklə “Azərbaycan Prezidentinin diplomatik fəallığı beynəlxalq sistemdə yeni balanslar yaradır.” Bu artıq təkcə təhlil deyil – qlobal siyasətin etirafıdır. Cənab Prezident İlham Əliyev təkcə bu günün yox, gələcək onilliklərin də siyasi landşaftını formalaşdırır. Onun liderliyində Azərbaycan öz sözünü deyən, öz gücünü göstərən, öz maraqlarını təmin edən, öz gələcəyini özü müəyyən edən bir dövlətdir. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə görülmüş genişmiqyaslı işlər, sistemli və ardıcıl tədbirlər, dərin islahatlar nəticəsində hazırda Azərbaycan siyasi və makroiqtisadi baxımdan sabit, təhlükəsiz ölkə, regionun siyasi, iqtisadi və mədəni mərkəzi, irimiqyaslı enerji, nəqliyyat və infrastruktur layihələrinin təşəbbüskarı və fəal iştirakçısı, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı tərəfdaş, dünya kosmos ailəsinin üzvü, mühüm tranzit qovşağıdır. Azərbaycan dövləti postpandemiya və postkonflikt dövründə keyfiyyətcə yeni olan və 2022‒2030-cu illəri əhatə edən strateji inkişaf mərhələsinə daxil olub. Bu strateji dövrdə yeni nəsil struktur və institusional islahatlar vasitəsilə iqtisadi artımın müasir və dayanıqlı mənbələrinin hərəkətə gətirilməsi, milli iqtisadiyyatın innovasiya yönümünün və maliyyə dayanıqlığının daha da gücləndirilməsi, ölkə iqtisadiyyatının qlobal dəyər zəncirinə səmərəli inteqrasiya yolu ilə Azərbaycan dövləti öz qüdrətini daha da artırmaqla, yüksək rifah cəmiyyətinin qurulması istiqamətində yeni hədəfləri gerçəkləşdirmək əzmindədir.

Bu gün bütün dünya Azərbaycanı liderin xarizması, dövrün inkişaf strategiyası və xalqın iradəsi ilə tanıyır. Və bu inkişaf tarixinin hər fəslində bir həqiqət yazılıb. Azərbaycanın gücü – İlham Əliyevin siyasi iradəsinin gücüdür.

Rüstəm Nağıyev,

YAP Gədəbəy rayon təşkilatının sədri

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:320
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 22 Dekabr 2025 12:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see383

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see352

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see302

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see278

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see275

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see267

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see257

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see249

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see248

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see234

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see225

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see224

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see221

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see217

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see216

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see212

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see211

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see207

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see205

“PAŞA Sığorta”nın yeni mobil tətbiqi istifadəyə verilib

18 Noyabr 2026 12:12see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri