Icma.az
close
up
RU
Azərbaycanın FIFA referisi: “Atletik” “Qarabağ” matçında ciddi hakim səhvləri görmədim”

Azərbaycanın FIFA referisi: “Atletik” “Qarabağ” matçında ciddi hakim səhvləri görmədim”

Idman.biz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

UEFA Çempionlar Liqasının Liqa mərhələsində baş tutan “Atletik” - “Qarabağ” matçında ciddi hakim səhvləri olmayıb.

Bunu “Report”a FIFA referisi Fariz Yusifov deyib.

O, matçın xorvatiyalı baş hakimi İqor Payaçın düzgün qərarlar qəbul etdiyini bildirib:

“Qarabağ” üçün çətin oyun oldu. Baxmayaraq ki, erkən qol vurduq. “Atletik”in oyun üslubu bizimkindən xeyli fərqlənir. Çox dinamik və sürətli idilər. Bildiyim qədər oyunu idarə edən hakimin UEFA Çempionlar Liqasında böyük təcrübəsi yoxdur. Penalti epizodunda hakimin qərarı düz idi. Çünki təhlil etdikdən sonra qərar vermişdi. Düzdür, ilk baxışda müdafiəçinin topa deyil, məhz “Qarabağ”ın oyunçusuna toxunduğu görünə bilər. Lakin videotəkrara baxanda müdafiəçinin “sürüşmə fəndi”ndən sonra öncə topa toxunduğu görünür. VAR-da da epizodu təhlil edib müdafiəçinin əvvəlcə topa, daha sonra “Qarabağ”ın oyunçusuna toxunduğunu bildirdilər. Hətta fikir verdinizsə, bizim futbolçu da etiraz etmədi. Çünki rəqibin ilk növbədə topa toxunduğunu gördü”.

F.Yusifov bütün qərarların vaxtında və yerində verildiyini söyləyib:

“Oyunda ciddi hakim səhvləri görmədim. Sarı vərəqələr vaxtında və yerində verildi. Maraqlıdı ki, hakim penalti epizodunda qəti şəkildə küncdən zərbə qeydə aldı. Qəti qərar vermək hakimin ən böyük xüsusiyyətlərindən biridir. Həmçinin müdafiəçi də “sürüşmə fəndi”ni düzgün şəkildə yerinə yetirərək, topa bir ayaqla müdaxilə etmişdi. Futbolda əsas amillərdən biri “sürüşmə fəndi”nin düzgün yerinə yetirilməsidir. Düşünürəm ki, hakim düzgün qərar çıxardı”.

Qeyd edək ki, Bilbaodakı “San Mames” stadionunda baş tutan “Atletik” - “Qarabağ” matçı İspaniya klubunun 3:1 hesablı qələbəsi ilə nəticələnib. Qarşılşamanı xorvatiyalı FIFA referisi İqor Payaç idarə edib.

İdman.Biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 23 Oktyabr 2025 15:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see236

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see196

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see196

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see191

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see171

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see160

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see157

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri