Icma.az
close
up
RU
Menu

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

57 yaşlı Cennifer Lopez belə formada qalır

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

Gündə 5 ədədi qanda şəkəri sala bilər

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

İçində partlayıcı olan deserti yeyən kişi öldü

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

“Azərbaycanın gələcəyi elmin və innovasiyanın inkişafına bağlıdır”

“Azərbaycanın gələcəyi elmin və innovasiyanın inkişafına bağlıdır”

Xalqcebhesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Azərbaycanda elm sahəsi son illərdə müəyyən irəliləyişlərə nail olsa da, ümumi vəziyyət hələ də kifayət qədər problematikdir. Elmi-tədqiqat sektorunun inkişafı üçün bəzi addımlar atılsa da, beynəlxalq arenada Azərbaycan elminin mövqeyi zəif qalmaqda davam edir. Dünya universitetləri və elmi institutları ilə müqayisədə Azərbaycan elminin təsir gücü və istinad sayı hələ də arzulanan səviyyədə deyil. Buna baxmayaraq, müəyyən sahələrdə bəzi uğurlar qeyd olunur, lakin sistemli problemlər bu inkişafın davamlı olmasını çətinləşdirir. Elm sahəsində problemlərin əsas səbəblərindən biri elmi fəaliyyətin stimullaşdırılmaması və maliyyələşmənin aşağı səviyyədə olmasıdır. Hazırda Azərbaycanda elmi-tədqiqat institutlarının maliyyələşməsi əsasən dövlət büdcəsindən təmin olunur. Ancaq ayrılan vəsait dünya ölkələri ilə müqayisədə çox aşağıdır. Dünyada ÜDM-in 2-3%-i elmə yönəldildiyi halda, Azərbaycanda bu göstərici 0.2%-dən də azdır. Bu, elmi tədqiqatlar üçün infrastrukturun yetərsiz olması və beynəlxalq səviyyədə elmi araşdırmaların rəqabət aparmasının qarşısını alır”.

Bu sözləri xalqcəbhəsi.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov söyləyib.

K.Əsədov digər ciddi problemin Azərbaycan elminin qlobal bazarda tanınmaması olduğunu deyib: “Azərbaycanda çalışan alimlərin məqalələrinin beynəlxalq elmi bazalarda yayımlanması aşağı səviyyədədir. Son 5 ildə Azərbaycan alimlərinin “Scopus” və “Web of Science” kimi beynəlxalq indeksli elmi jurnallarda yayımlanan məqalələrinin sayı artsa da, hələ də dünya reytinqlərində yer alan ölkələrlə müqayisədə geridə qalır. 2023-cü ildə Azərbaycandan olan alimlərin top 10% sitat gətirilən məqalələrdə payı 11.2% təşkil edib, bu isə inkişaf etmiş ölkələrlə müqayisədə çox aşağı göstəricidir. Beynəlxalq elmi arenada uğur qazanmaq üçün Azərbaycan alimlərinin dünya universitetləri və elmi tədqiqat institutları ilə əməkdaşlığı genişləndirilməlidir. Hazırda Azərbaycanın bir çox elmi-tədqiqat institutları və universitetləri beynəlxalq qrant və layihələrə müraciət etsələr də, bu sahədə real nəticələr hələ zəifdir. Dünyada elmi tədqiqatların böyük hissəsi qrantlar hesabına aparılır, lakin Azərbaycan alimləri qrant almaqda çətinlik çəkir. Bunun əsas səbəblərindən biri elmi işlərin keyfiyyətinin beynəlxalq tələblərə tam cavab verməməsi və xarici dil biliyinin kifayət qədər olmamasıdır”.

Ekspert son illərdə Azərbaycan elminin bəzi sahələrdə diqqətəlayiq irəliləyişlər əldə etdiyini də bildirib: “Xüsusilə, neft-kimya, nanomateriallar, alternativ enerji və biotexnologiya sahələrində bir sıra yeni tədqiqatlar aparılıb. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və bəzi universitetlər bu sahələrdə beynəlxalq əməkdaşlıqlar qurmağa başlayıb. Lakin bu cür inkişaflar hələ də sistemli deyil və daha çox fərdi təşəbbüslərlə bağlıdır. Elmin inkişafı üçün gənc alimlərin yetişdirilməsi və onlara dəstək verilməsi vacibdir. Azərbaycanda elmi kadrların sayı azalma tendensiyası göstərir. Hazırda elmi işçilərin orta yaşı 55-dən yuxarıdır. Gənc alimlərin sayının az olması gələcəkdə Azərbaycan elminin inkişafını sual altına qoyur. Çünki elmi araşdırmalar aparmaq üçün gənc nəslin elmi fəaliyyətə cəlb edilməsi və onlara dəstək göstərilməsi əsas şərtlərdən biridir. Son 10 ildə Azərbaycanda elmlər doktoru dərəcəsi alanların sayı 30%-dən çox azalıb, bu da elmi kadrların yetişdirilməsində ciddi problemlərin olduğunu göstərir”.

Elmi tədqiqatların inkişafı üçün universitetlərdə və elmi institutlarda müasir laboratoriyaların yaradılmasının vacib olduğunu deyən ekspert əlavə edib ki, Azərbaycanda bir çox elmi-tədqiqat institutlarında texniki avadanlıq köhnəlib və müasir elmi araşdırmalar aparmaq üçün yetərli deyil: “Qərb universitetlərində hər bir elmi tədqiqatçıya ayrılan illik maliyyə dəstəyi 20.000-50.000 dollar arasında dəyişdiyi halda, Azərbaycanda bu göstərici 2.000-3.000 dollar civarındadır. Bu isə alimlərin dünya elmi ilə rəqabət aparmasını mümkünsüz edir. Bundan əlavə, Azərbaycan elminin sənaye və bizneslə əlaqəsi çox zəifdir. İnkişaf etmiş ölkələrdə elmi araşdırmaların böyük hissəsi özəl sektor tərəfindən maliyyələşdirilir. Məsələn, ABŞ və Avropada elmi tədqiqatların təxminən 60%-i özəl şirkətlərin dəstəyi ilə həyata keçirilir. Azərbaycanda isə bu göstərici 5%-dən azdır. Sənaye və biznes sektoru elmi araşdırmalara maraq göstərmir, çünki bu sahədə dövlət və özəl sektor arasında əlaqələr yetərli səviyyədə deyil. Əgər elmi tədqiqatlar sənayenin tələblərinə uyğunlaşdırılmasa, elmin real iqtisadi faydası olmayacaq və nəticədə alimlər daha çox nəzəri araşdırmalara üstünlük verəcək”.

Onun sözlərinə görə, elmi fəaliyyətin inkişafı üçün təhsil sisteminin də bu sahəyə yönəlik islahatlara ehtiyacı var: “Universitetlərdə magistratura və doktorantura pillələrində tələbələrin elmi araşdırmalar aparması üçün yetərli mühit yaradılmır. Elmi iş yazan tələbələr üçün real laboratoriyalar, müasir tədqiqat metodları və qrant imkanları az olduğu üçün onlar daha çox xaricdə təhsil almağa üstünlük verirlər. Son 5 ildə Azərbaycanlı gənc alimlərin böyük hissəsi xaricə köç edib və orada elmi fəaliyyətini davam etdirir. Beyin axınının qarşısını almaq üçün yerli universitetlərdə və elmi institutlarda alimlər üçün daha cəlbedici şərait yaradılmalıdır. Son illərdə bəzi beynəlxalq uğurlar da əldə edilib. Azərbaycanlı alimlər nanomateriallar, süni intellekt və enerji sahəsində bir neçə beynəlxalq tədqiqat layihəsinə qatılıb. 2023-cü ildə Azərbaycan alimlərinin 20-yə yaxın elmi işi beynəlxalq konfranslarda mükafat alıb və yüksək istinad dərəcəsinə malik olub. Lakin bu uğurlar hələ də sistemli inkişafı əks etdirmir və daha çox fərdi səylərin nəticəsidir”.

K.Əsədov sonda qeyd edib ki, Azərbaycan elminin beynəlxalq səviyyədə tanınması üçün elmi araşdırmalar yönündə maliyyələşdirmə artırılmalı, elmi institutlarda və universitetlərdə müasir laboratoriyalar qurulmalı, gənc alimlər üçün qrant proqramları genişləndirilməli, elmi tədqiqatlar sənaye və biznes sektorları ilə əlaqələndirilməli, beynəlxalq elmi jurnallarda məqalə çap etmək üçün alimlərə dəstək verilməlidir: “Əgər bu addımlar atılmazsa, Azərbaycan elmi beynəlxalq səviyyədə rəqabət aparmaq iqtidarında olmayacaq və elmi inkişaf yalnız kağız üzərində qalacaq. Elm olmadan nə texnologiya inkişaf edə bilər, nə də ölkənin iqtisadi gücü artar. Azərbaycanın gələcəyi elmin və innovasiyanın inkişafına bağlıdır. Əgər bu sahəyə real sərmayə qoyulmasa, ölkə uzun illər ərzində dünya elmi arenalarında kənarda qalacaq”.

Röya İsrafilova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:246
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 11 Mart 2025 15:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see318

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see316

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see303

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see297

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

26 Noyabr 2026 15:04see296

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see293

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see292

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see291

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see283

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see283

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see258

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see257

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see254

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see253

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see248

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see247

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

26 Noyabr 2026 20:35see243

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

26 Noyabr 2026 18:26see242

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see239

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri