Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Bunları hər kəs bilməlidir!

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Rauf Dadaşovun anım günüdür

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Azərbaycanın tarixi davamlılığı Cümhuriyyətlə bağlıdır

Azərbaycanın tarixi davamlılığı Cümhuriyyətlə bağlıdır

Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycançılıq ideyasının təbliği: 

Faiq Ələkbərli: “Cümhuriyyəti tanımayan gənclik dövlət üçün riskdir”


Azadlıq uğrunda uzun illər mübarizə aparan Azərbaycan xalqı bir əsrdə iki dəfə müstəqillik əldə etmək, özünün suveren dövlətini yaratmaq imkanı qazanıb. 1918-ci ilin mayın 28-də qurulan Azərbaycan Xalq Cümhuriyyəti əhəmiyyəti baxımından xalqımızın qan yaddaşına əbədilik həkk olunub. XX yüzilliyin başlanğıcında yeni şəraitdən, dünyanın köhnə nizamının pozulmasından məharətlə istifadə edən ziyalılarımız xalqın milli azadlıq arzularının ifadəçisi oldular. Azərbaycan Xalq Cümhuriyyəti bütün vətəndaşlarını konstitusion hüquqlarla təmin etmişdi. Daxili quruluşundan asılı olmayaraq, bütün ölkələrlə münasibətləri qarşılıqlı faydalılıq əsasında qurmağa çalışmışdı. Təəssüf ki, Azərbaycan Xalq Cümhuriyyəti xarici müdaxilə və beynəlxalq təminatın olmaması səbəblərindən süqut edib. Şərqdə ilk demokratik respublikamiz cəmi 23 ay yaşadı. Cümhuriyyət gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə 23 ay yaşamasına baxmayaraq, nəsillərin yaddaşında xalqımızın tarixinin ən parlaq səhifələrindən biri kimi qalıb. 28 May – Müstəqillik Günü xalqımızın tarixi yaddaşında azadlıq və milli dövlətçilik uğrunda mübarizənin simvoludur. 1918-ci il mayın 28-də yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti təkcə xalqımızın deyil, bütövlükdə Şərq və müsəlman dünyasının ilk demokratik, hüquqi, dünyəvi parlament respublikası kimi tarixə düşüb. Bu tarixi hadisə milli şüurun oyanışının, dövlətçilik iradəsinin və xalqın öz müqəddəratını müəyyən etmək qətiyyətinin bariz nümunəsi idi. Cümhuriyyətin yaradılması ilə İstiqlal Bəyannaməsi qəbul olundu və beləliklə, Azərbaycan xalqı öz dövlət müstəqilliyini bütün dünyaya bəyan etdi. Bu sənəd, əsrlər boyu formalaşan dövlətçilik ənənələrinin müasir dövrdə davamı olmaqla, hüquqi və siyasi baxımdan suverenliyin əsasını qoydu. İstiqlal Bəyannaməsi həm də o dövrdəki geosiyasi çağırışlar fonunda milli iradənin necə böyük gücə çevrildiyini göstərdi. Cəmi 23 ay davam edən fəaliyyət dövründə AXC dövlət quruculuğu sahəsində bir çox fundamental addımlar atdı. Parlamentin və hökumətin yaradılması, dövlət atributlarının – bayraq, vətəndaşlıq və milli ordunun təsis edilməsi, ədliyyə sisteminin formalaşdırılması və diplomatik əlaqələrin qurulması Azərbaycan xalqının müstəqil yaşamağa qadir olduğunu sübut etdi. Bu dövrdə ilk dəfə olaraq bütün vətəndaşlara dinindən, irqindən və cinsindən asılı olmayaraq bərabər hüquqlar verildi, ümumi seçki hüququ təsbit olundu. Qadınlara seçki hüququnun verilməsi isə Azərbaycanın demokratiya tarixində xüsusilə mühüm və fərqləndirici hadisə idi. Xalq Cümhuriyyətinin hökuməti təhsilin milliləşdirilməsini prioritet vəzifə kimi qarşıya qoydu. Bakı Dövlət Universitetinin təsisi milli kadr hazırlığında mühüm mərhələ idi. Eyni zamanda, məhkəmə sistemi və ədliyyə orqanlarının əsaslarının yaradılması hüquqi dövlət quruculuğunun ilk sətirlərini yazdı. Bu sahədə qəbul edilmiş əsasnamələr müasir ədliyyə sistemimizin başlanğıcı hesab olunur. Cümhuriyyətin yaradılması xalqımızın milli mənlik şüurunun bərpası, azərbaycançılıq ideyasının təşəkkülü baxımından əhəmiyyətli dönüş nöqtəsi oldu. Avropa dəyərləri ilə Şərq mədəniyyətini birləşdirən bu dövlət modeli, gələcək nəsillərə milli qürur və dövlətçilik təməlləri miras qoydu. 28 May təkcə tarixə qovuşmuş bir dövlətin yaranması günü deyil, bu həm də milli kimliyin, azadlıq ruhunun və müasir dövlətçiliyin başlanğıcıdır. Cümhuriyyətin 23 aylıq fəaliyyəti xalqımıza dövlət qurmaq mədəniyyətinin, siyasi düşüncənin və vətəndaşlıq məsuliyyətinin örnəyini göstərdi. Bu gün işğaldan azad edilən ərazilərdə Azərbaycan Bayrağının dalğalanması AXC-nin əmanətinin qorunduğunu, Azərbaycanın əbədi və dönməz müstəqillik yolunda inamla irəlilədiyini göstərir. Cumhuriyyətin demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, səhiyyə və s. sahələrdə atdığı addımlar yarımçıq qalmadı. Müstəqilliyini XX əsrin sonlarında yenidən bərpa edən dövlətimiz varislik ənənələrini yaşatdı, inkişaf etdirdi. 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyyasında “Azərbaycanın dövlət müstəqilliyi” haqqında Konstitusiya Aktı” qəbul olundu. Bu mühüm tarixi

sənədlə xalqımız uzun illərdən bəri həsrətində olduğu azadlığına qovuşdu. Bununla da, Azərbaycan tarixində yeni dövrün başlanğıcı qoyuldu. Ümummilli Liderimiz Heydər Əliyev çıxışlarında tez-tez deyirdi ki, biz nadir bir irsin varisləyirik: “Hər bir Azərbaycan vətəndaşı bu irsə layiq olmağa çalışaraq böyük bir tarixi keçmişi, mədəniyyəti, yüksək mənəviyyatı olan ölkəmizin həm dünəninə, həm bu gününə, həm də gələcəyinə dərin bir məsuliyyət hissi ilə yanaşmalıdır”. Heydər Əliyev Azərbaycanın müstəqilliyini möhkəmləndirdi, ölkədə sabitliyi bərpa etdi və dövlət quruculuğunun əsaslarını gücləndirdi. Ulu Öndərin təşəbbüsü ilə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasında üçrəngli bayrağımızın rəsmi şəkildə dövlət bayrağı kimi qəbul olunması müstəqilliyə gedən yolda atılmış cəsarətli addım idi. Bu, həm də Xalq Cümhuriyyətinin ideallarına sədaqətin təntənəsi idi. Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə AXC-nin ideallarına əsaslanan müstəqil, hüquqi və dünyəvi dövlətin qurulması davam etdirilir. Azərbaycanın beynəlxalq nüfuzu artıb, işğaldan azad olunmuş ərazilərdə üçrəngli bayrağımız dalğalanır, vətəndaş cəmiyyəti, iqtisadi və sosial islahatlar dövlət siyasətinin prioritetinə çevrilib. Ulu Öndər Heydər Əliyev və Prezident İlham Əliyev bu irsi müasir dövrə daşıyaraq, Azərbaycanın davamlı və təminatlı inkişaf yolunu müəyyən etdilər. Qeyd edək ki, bir gün sonra Cümhuriyyətinin qurulmasının 107-ci ildönümüdür. 


Türkoloq-alim, AMEA-nın əməkdaşı Faiq Ələkbərli Sherg.az-a açıqlamasında deyib ki, Azərbaycan Xalq Cümhuriyyətinin 107-ci ildönümünün qeyd olunması bizim üçün çox önəmlidir. Alimin sözlərinə görə, bugünkü Azərbaycan Respublikasının ən yaxın tarixdə varlığını ortaya qoyan məhz Azərbaycan Xalq Cümhuriyyətidir:


 "Müasir Azərbaycan Respublikası qədim və orta çağda mövcud olmuş bir çox tarixi dövlətlərimizin davamçısı kimi çıxış edir və etməlidir. Səlcuqların, Baharlıların, Bayandırların, Səfəvilərin, Əfşarların, Qacarların da dövlətçilik baxımından davamı bizik. Ancaq şübhəsiz ki, bugünkü Azərbaycan Respublikası öz varlığına görə Azərbaycan Xalq Cümhuriyyətinin davamçısı, varisidir. Bu, olduqca vacib amildir. Azərbaycan dövlətinin milli-mənəvi gücünü, qüdrətini, varlığını aldığı, siyasi varisi sayıldığı məhz Cümhuriyyətimizdir. Azərbaycan Xalq Cümhuriyyətinin varlığını ictimaiyyətə, ələlxüsus gənc nəslə daha doğru-dürüst çatdırmalıyıq. Əlbəttə, Azərbaycan Xalq Cümhuriyyətinin qarşılaşdığı problemlər, daxili və xarici siyasətində müəyyən çatışmazlıqlar olub. Bu da danılmaz faktdır. Amma unutmayaq ki, tarixi ərazilərimizdə vaxtı ilə mövcud olmuş və sonradan yox edilmiş dövlətçilik zəminində Cümhuriyyəti quran insanlar yetişiblər. Onların Cümhuriyyətə qədər keçdiyi kifayət qədər çətin və mürəkkəb yolu, həmin yolun problemlərini gənc nəslimizə çatdırmalıyıq". 


F.Ələkbərli vurğulayıb ki, əsas vurğulayacağımız məsələ Azərbaycan Cümhuriyyətinin məhz hansı şəkildə ortaya çıxması və bugünümüz, gələcəyimiz üçün nə kimi önəm kəsb etdiyini ortaya qoymaqdır: 

"Burada əsas məsələ odur ki, başda Cümhuriyyətin qurucusu Məhəmməd Əmin Rəsulzadə olmaqla, Nəsib bəy Yusifbəyli, Əlimərdan bəy Topçubaşov, Fətəli xan Xoyski və başqa böyüklərimizin əsas məqsədi aradan qaldırılmış dövlətçiliyimizi bərpa etmək idi. Həmçinin, bu dövlətçiliyi keçmiş dövrdə mövcud olmuş dövlətlərimizin mahiyyətindən irəli gələrək ədalətli idarəetmə prinsipləri üzərində qurmaq olub. Bizim üçün önəmli olan odur ki, Azərbaycan Xalq Cümhuriyyəti öz varlığı ilə həm keçmiş ənənələri özündə ehtiva edib, həm də müasir dövrün tələblərinə cavab vermişdi. Eyni zamanda da gələcəyə yönəlmişdi. Azərbaycan Xalq Cümhuriyyətini nə qədər az öyrənsək, zəif bilsək, yeni nəslin məlumatı az olsa, bütün cəmiyyətimiz üçün problem olacaq. Ona görə də Azərbaycan Xalq Cümhuriyyəti kölgədə qalmamalıdır. Bu, qəbuledilməzdir. Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycan Respublikası deməkdir və öz varlığımız deməkdir. Əgər bu gün yeni nəslin Cümhuriyyətlə bağlı məlumatı, bilgiləri yetərli deyilsə, bu, bizim günahımızdır. Həm dövlət səviyyəsində, həm də ziyalılarımız müstəvisində bu işə ciddi yanaşılmalıdır. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:152
embedMənbə:https://sherg.az
archiveBu xəbər 27 May 2025 12:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see603

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see358

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see270

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see263

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see254

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see249

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see247

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see240

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see237

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see231

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see217

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see217

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see208

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see208

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see207

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see203

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see201

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see200

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see199

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri