Icma.az
close
up
RU
Azərbaycanın gələcəyinə hesablanmış praqmatik siyasət

Azərbaycanın gələcəyinə hesablanmış praqmatik siyasət

Icma.az bildirir, Ses qazeti saytına əsaslanaraq.

İdman sahəsində əldə olunan nailiyyətlər uzunmüddətli, məqsədyönlü və ardıcıl şəkildə həyata keçirilən siyasətin məntiqi nəticəsidir. Prezident İlham Əliyevin 2025-ci ilin idman yekunlarına həsr olunan mərasimdəki çıxışında vurğulanan əsas məqamlar bu sahənin sosial həyatın, gənclər siyasətinin və milli özünüdərkin ayrılmaz tərkib hissəsinə çevrildiyini nümayiş etdirir. İdman cəmiyyətin sağlamlığı, birliyi və gələcəyə inamı ilə birbaşa bağlı olan strateji sahə kimi təqdim olunur.

Bu il idmançılar tərəfindən beynəlxalq yarışlarda qazanılan medalların sayının rekord həddə çatması aparılan siyasətin real göstəricisidir. 2000-dən çox medal, o cümlədən təqribən 600-dən artıq qızıl medal idman potensialının yüksək səviyyədə olduğunu sübut edir. Ötən illə müqayisədə nəticələrin daha da artması idmana göstərilən davamlı diqqətin, yaradılan şəraitin və sistemli hazırlığın səmərəsini aydın şəkildə ortaya qoyur. Bu uğurlar təkcə idmançıların əzminin deyil, həm də uzun illər ərzində formalaşdırılmış düzgün yanaşmanın bəhrəsidir və idmanın inkişafının doğru istiqamətdə getdiyini təsdiqləyir.
İdmanın inkişafının dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi formalaşdırılması bu sahəyə verilən xüsusi önəmin göstəricisidir. Həyata keçirilən məqsədyönlü proqramlar nəticəsində idman infrastrukturu yenidən qurulub və müasir tələblərə tam cavab verir. Təkcə paytaxtda deyil, bölgələrdə də idmanla məşğul olmaq üçün geniş imkanlar yaradılıb. Gəncə və Yevlax şəhərlərində Olimpiya İdman komplekslərinin istifadəyə verilməsi regionlarda idmanın kütləviliyini artırmaqla yanaşı, sosial həyatın canlanmasına da ciddi töhfə verib. Bölgələrdə bu cür komplekslərin sayının 46-ya çatması idmanın hər kəs üçün əlçatan olmasının təmin edildiyini göstərir.
Prezident İlham Əliyevin çıxışında vurğulanan məsələlərdən biri sağlam gənc nəslin formalaşdırılmasıdır. Sağlam gənclik olmadan nə davamlı idman uğurlarından, nə də ümumi tərəqqidən danışmaq mümkündür. Uşaqlıqdan idmana marağın artırılması gələcək nailiyyətlərin əsasını qoyur, gəncləri intizamlı, məqsədyönlü və iradəli formalaşdırır. Fiziki sağlamlıqla yanaşı, mənəvi cəhətdən möhkəm gənclərin yetişdirilməsi də prioritet kimi önə çəkilir. Gənclərin sağlam ruhda və vətənpərvərlik dəyərləri əsasında tərbiyə olunması dövlət xəttinin əsas istiqamətlərindəndir.
Cəmiyyətdə mövcud olan müsbət ab-hava, xalqın nümayiş etdirdiyi birlik və həmrəylik bu siyasətin uğurla həyata keçirildiyini təsdiqləyir. İdman gənclərin yalnız fiziki hazırlığında deyil, həm də milli ruhunun formalaşmasında mühüm rol oynayır. Mübarizlik, əzm, məsuliyyət və kollektivlik kimi keyfiyyətlər idman vasitəsilə gənc nəslin xarakterində möhkəmlənir. Fiziki güclə mənəvi saflığın vəhdəti isə davamlı inkişafın əsas şərti kimi dəyərləndirilir.
İdmançıların beynəlxalq arenalarda Dövlət Bayrağını yüksəltməsi hər bir vətəndaş üçün qürur və fəxarət mənbəyidir. Son beş il ərzində bayrağın qalib ölkənin rəmzi kimi dalğalanması idmançılar üzərinə düşən məsuliyyəti daha da artırıb. Onlar yarışlara artıq qalib xalqın nümayəndələri kimi çıxır, bu da psixoloji hazırlığa və nəticələrə birbaşa təsir göstərir. Bu qürur hissi idmançıları daha böyük hədəflərə kökləyir və yeni uğurlara ruhlandırır.
Bu il ölkədə keçirilmiş ən mühüm idman tədbirlərindən biri III MDB Oyunları olub. Yarışların bir neçə şəhəri əhatə etməsi regionlarda mövcud infrastrukturun səviyyəsini, təşkilati imkanları və potensialı nümayiş etdirir. Minlərlə qonağın iştirakı ilə baş tutan bu Oyunlar qonaqpərvərliyin, yaradılmış şəraitin və təşkilatçılıq bacarığının yüksək səviyyədə olduğunu göstərir. Komanda hesabında Azərbaycanın ikinci yerin tutması idmançıların hazırlıq səviyyəsinin göstəricisi kimi dəyərləndirilir. Dövlətimizin başçısının qeyd etdiyi kimi, idmanla məşğul olan bütün qurumlar çox sıx əlaqəli şəkildə fəaliyyət göstərirlər: “Azərbaycanda ənənəvi olaraq bir çox beynəlxalq idman yarışları keçirilir. Bəziləri ənənəvi xarakter alır, bəziləri xüsusilə çox böyük beynəlxalq idman yarışları ilk dəfə idi ki, Azərbaycanda keçirilmişdir. MDB ölkələrinin üçüncü Oyunları çox yüksək səviyyədə keçirilmişdir”.
Bakıda ilk dəfə keçirilən UFC turniri və ənənəvi Formula 1 yarışları idman tədbirlərinə ev sahibliyi etmək potensialını bir daha təsdiqləyir. Formula 1 yarışlarından sonra turist axınının artması bu tədbirlərin təkcə idman deyil, həm də iqtisadi və tanıtım baxımından əhəmiyyətini ortaya qoyur. Yarım milyardlıq auditoriya qarşısında paytaxtın müasir simasının nümayiş olunması idmanın təqdimat imkanlarını daha da genişləndirir və ölkənin tanıdılmasına mühüm töhfə verir.
Gələn il Qusarda, Şahdağ Xizək Mərkəzində keçiriləcək Xizək üzrə Dünya Kuboku idman tarixində yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilir. Bu tədbir Şahdağı beynəlxalq qış idmanı xəritəsinə daxil etməklə yanaşı, bölgənin turizm və iqtisadi potensialını da artırır. İnfrastrukturun genişləndirilməsi, yeni trasların salınması və xidmət sahələrinin inkişafı minlərlə iş yerinin yaradılmasına səbəb olub və regional inkişafı sürətləndirib.
Bakı şəhərinin “Dünyanın İdman Paytaxtı” seçilməsi idman sahəsində görülən işlərə verilən yüksək dəyərin bariz ifadəsidir. İdmançıların və mütəxəssislərin mükafatlandırılması isə artıq uzun illərdir formalaşmış ədalətli və stimullaşdırıcı ənənənin davamıdır. Bu yanaşma idman şöhrətini ucaldan insanların əməyinə verilən dəyəri və gələcək nəsillər üçün yaradılan motivasiyanı əks etdirir. İdman sahəsində əldə edilən nailiyyətlər strateji baxışın, ardıcıl siyasətin və güclü ictimai dəstəyin məntiqi nəticəsidir. Bu xəttin davam etdirilməsi qarşıdakı illərdə də yeni Qələbələrin, daha böyük uğurların və güclü idman irsinin formalaşması üçün möhkəm zəmin yaradır.

Asif Əsgərov
Milli Məclisin deputatı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:185
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 29 Dekabr 2025 16:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see399

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see383

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see313

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see308

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see233

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see217

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see215

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see213

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see206

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see203

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see193

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see190

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see188

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see182

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see181

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see180

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see178

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see174

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see165

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri