Icma.az
close
up
RU
“Azərbaycanın görkəmli şəxsiyyətləri”

“Azərbaycanın görkəmli şəxsiyyətləri”

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanası oxucularına müxtəlif kitabların təqdim edilməsi ilə yanaşı, 2006-cı ildən “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından biblioqrafiyaların çapı ilə də məşğuldur. 

Əsasən mədəniyyət və ədəbiyyat sahəsi üzrə ərsəyə gətirilən biblioqrafiyalar geniş oxucu kütləsinin istifadəsinə verilir. Bu fəaliyyət yalnız Azərbaycan ədəbiyyatına deyil, həm də dünya ədəbiyyatına və digər elmi sahələrə aid mənbələri əhatə edir. Mövzu ilə bağlı Azərbaycan Milli Kitabxanasının direktoru – əməkdar mədəniyyət uişçisi, professor Kərim Tahirovla həmsöhbət olduq. 

– Kərim müəllim, biblioqrafiyaların hazırlanmasında əsas məqsəd nədir?

– Başlıca məram və məqsəd Azərbaycan ədəbiyyatının, mədəniyyətinin inkişafında böyük rolu olmuş görkəmli şəxsiyyətlərin əsərlərini tam şəkildə toplayaraq bir kitab halında çap etməkdir. Bu seriyadan 19 il ərzində 130-a qədər kitab nəşr olunub. 2006-cı ildə çap etdiyimiz ilk kitab Azərbaycanın görkəmli alimi Mir Cəlal Paşayevə aid idi. Biblioqrafiyalarımız çox vaxt yubileyləri qeyd edilən şəxsiyyətləri əhatə edib. Yubileylərin keçirilməsi ilə bağlı Prezident İlham Əliyevin sərəncamları olub və bu sənədlərə əsasən bu işləri həyata keçirmişik. Lakin yubileyi olmayan, ədəbiyyatımızda, mədəniyyətimizdə dərin iz qoymuş digər şəxslərin də biblioqrafiyalarını hazırlamışıq. Buraya şairlərimiz, yazıçılarımız, dramaturqlarımız, musiqişünaslarımız, rəssamlarımız, jurnalistlərimiz, qismən də ayrı-ayrı elm sahələrinə aid tanınmışlarımız daxildir. 

– Məsələn, kimlərin biblioqrafiyaları hazırlanıb?

– Mir Cəlal Paşayevlə başladığımız biblioqrafiyalarımız ümummilli lider Heydər Əliyev, Nizami Gəncəvi, Məhəmməd Füzuli, Mirzə Fətəli Axundov, Səməd Vurğun, Bəxtiyar Vahabzadə, Üzeyr Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov, Emin Sabitoğlu, Cahangir Cahangirov, Rəşid Behbudov, Tahir Salahov, Teymur Əhmədov, Seyran Səxavət, Vaqif Bəhmənli və digər görkəmli şəxsiyyətlər və ədiblər barəsindədir. Biz biblioqrafiyalara həmin şəxslərin təkcə Azərbaycanda deyil, dünya kitabxanalarında, muzeylərində saxlanılan nadir əsərlərini də daxil etmişik. Bununla bağlı bizim şöbələrin işçiləri gərgin əmək ortaya qoyur. Əgər hansısa görkəmli şəxsiyyət haqqında biblioqrafiya tərtib ediriksə, onun həyat və yaradıcılığından tutmuş, barəsində deyilən fikirlərə kimi kitaba daxil edirik. Biblioqrafiyalara ön sözü həmin sahənin görkəmli alimləri yazırlar. Məsələn, ədəbiyyat sahəsidirsə, İsa Həbibbəyli, Nizami Cəfərov kimi akademiklərin ön sözü olur. Biz onlayn resurslarımızdan istifadə edərək biblioqrafiyaları kitabxanamızın saytına da yerləşdiririk, yəni hazırladığımız kitablar təkcə Azərbaycan oxucusu üçün deyil, dünyanın istənilən nöqtəsində hər kəs üçün əlçatan olur. Hətta bizə xarici ölkələrdən biblioqrafiyada mənbə olaraq qeyd edilən hansısa kitabın istənilməsi ilə bağlı xeyli geridönüşlər olur. 

– Əlbəttə, blioqrafiyaların hazırlanması, yenilənməsi müasir elmin inkişafına da töhfələr verir?

– Elədir. Alimlərimizin, müdafiəçilərimizin tədqiqat aparmaq istədikləri sahə üzrə işlərini xeyli asanlaşdırırıq. Onlar bir kitab əsasında mənbələri asanlıqla əldə edə bilirlər. Bir biblioqrafiyanın tərtib edilməsi təxminən 2 ilə yaxın müddət tələb edir. Hazırladığımız biblioqrafiyaların təqdimatlarının, demək olar, hamısında akademik İsa Həbibbəyli iştirak edib. O, AMEA-nın işçilərinə üzünü tutaraq bildirib ki, Milli Kitabxana sizin işinizi 50–60 faiz asanlaşdırıb. Bütün bunlar kollektivimizin əməyinin nəticəsidir. Kitabxanamızda zəngin arxiv yatır, hər kəsin istifadə etməsinə nail oluruq deyə bu, vacib, zəruri seriyadır. 

– Bu seriyadan ən son olan biblioqrafiyanız kimə həsr edilib?

– Son biblioqrafiya Azərbaycan mətbuat tarixində müstəsna xidmətləri olmuş alimimiz Şirməmməd Hüseynov barəsindədir. 

– Bəs hazırda hansı biblioqrafiya üzərində iş gedir?

– Məhəmməd Füzuliyə dair biblioqrafiyanı çapa vermişik. Sual oluna bilər ki, axı Füzuli ili keçən il olub. Biz hansısa şəxsiyyətin yubileyi olanda bilərəkdən ilin sonunu gözləyirik ki, il ərzində onun barəsində toplanan materialları da biblioqrafiyaya da daxil edək.

Rizvan FİKRƏTOĞLU 
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:239
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 30 Yanvar 2025 09:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see351

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see343

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see261

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see255

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see247

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see238

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see238

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see236

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see231

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see231

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see223

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see214

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see211

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see207

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see202

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see198

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see194

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see190

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see189

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri