Icma.az
close
up
RU
Azərbaycanın haqlı və hüquqi tələblərini yerinə yetirməyən Ermənistanla sülh müqaviləsi imzalana bilməz

Azərbaycanın haqlı və hüquqi tələblərini yerinə yetirməyən Ermənistanla sülh müqaviləsi imzalana bilməz

Icma.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Vaşinqton razılaşmaları Azərbaycanla Ermənistan arasında sülhün bərqərar olmasını təsbit edib". Bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan “İctimai Televiziya”ya müsahibəsində bildirib. Onun sözlərinə görə, sənədin gələcəkdə imzalanması və ratifikasiyası planlaşdırılır: “İnfrastrukturun keçəcəyi ərazi Ermənistana məxsus olacaq”, – deyə Mirzoyan vurğulayıb. Erməni nazirin sözlərinə görə, hazırda Azərbaycanın nəzarətində olan Ermənistanın suveren əraziləri mövcuddur, eləcə də Ermənistanın nəzarətində olan Azərbaycan torpaqları var. Mirzoyan həmçinin qeyd edib: “Vaşinqtonda heç bir Konstitusiya müzakirə olunmayıb və bizim üçüncü bir ölkə qarşısında onu dəyişmək kimi öhdəliyimiz yoxdur”Ermənistan konstitusiyasına dəyişiklik etməsə, hansı sülhdən danışmaq olar?

Politoloq Elşad Həsənov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, avqustun səkkizində Vaşinqton razılaşmalarından sonra Ermənistan Azərbaycan sülh müqaviləsini paraflandırdı, orada Zəngəzur dəhlizinin 99 illik ABŞ şirkətinə verilməsi və Tramp marşrutu açılması barədə razılığa gəlindi: “Ermənistan ərazisindən keçən infrastrukturun ərazisi Ermənistandır. Ancaq 99 illiyə bu ərazini Amerika şirkəti götürür və onu istifadə edir. Yəni heç kəs o torpağı Ermənistandan almır, ancaq yolun təhlükəsizliyini Amerika təmin edir. Bu, bizim üçün çox vacibdir, çox önəmlidir. Çünki artıq beş il idi ki, bu məsələ həll olunmamış qalırdı”.

Elşad Həsənov

Elşad Həsənov qeyd edib ki, İran deyirdi ki, “bura bizim qırmızı xəttimizdir”, digər tərəfdən Rusiya deyirdi ki, “həmin yola nəzarəti Rusiya Federal Təhlükəsizlik Xidməti həyata keçirməlidir”, Ermənistanın baş naziri Nikol Paşinyan da Ermənistan Dövlət Təhlükəsizlik Xidməti tərəfindən yeni bir idarənin yaradılması haqqında əmr imzalamışdı və bütün bunların nəticəsində məsələ uzanırdı.

“ABŞ-ın Türkiyədəki səfiri bildirdi ki, həmin yolu Amerika Birləşmiş Ştatlarının şirkəti 99 illik icarəyə götürəcək. Doğrudan da bu hadisə reallaşdı və ardınca Vaşinqtonda razılaşma baş tutdu. Mirzoyanın “biz Konstitutsiyanı dəyişməklə bağlı heç kəsin qarşısında öhdəlik ötməmişik” fikri yanlışdır. Onlar bu öhdəliyi artıq götürüblər. Onlar birbaşa bildirmir ki, Azərbaycanın tələbi ilə bu məsələni dəyişirik. Paşinyan dəfələrlə çıxış edərək bildirib ki, “biz miflərdən uzaqlaşmalıyıq. Biz real Ermənistan yaratmalıyıq. Konstitusiyanın dəyişdirilməsi ilə bağlı işçi qrupu da yaradıblar. Konstitusiyaya dəyişiklik edəcəklər və bu barədə Azərbaycan prezidenti Vaşinqtonda olarkən bildirdi”-deyə politoloq bildirib.

Elşad Həsənov qeyd edib ki, Azərbaycanın iki əsas tələbi vardı, bunlardan biri də ATƏT-in Minsk qrupunun ləğv olunması, digəri konstitusiyaya dəyişiklik: “ATƏT-in Minsk qrupu ilə bağlı proses başlayıb və tezliklə ləğv olunacaq. İkinci məsələ Ermənistanın konstitusiyasının preamulasında Azərbaycana qarşı torpaq iddiasından əl çəkməsi məsələsidir. Bu məsələ mütləq olunmalıdır ki, paraflanmış müqavilə, ratifikasiya olunsun. Ermənistan konstitusiyaya dəyişiklik etməsə, Azərbaycan yarımçıq sülhlə razılaşmayacaq. Bunu Ermənistan da, Amerika da, Avropa İttifaqı da bilir. Bu səbəbdən də mütləq Ermənistanda konstitusiyaya dəyişiklik edilməlidir.

Ermənistan Konstitusiyasında Türkiyəyə qarşı da torpaq iddiaları var. O cümlədən, onların Gürcüstandan da Cavaxeti ilə bağlı ərazi iddiası var. Biz özümüzə aid olan məsələni qaldırmışıq. Bunu da onlar etmək məcburiyyətində qalacaqlar. Əks halda, hansı sülhdən danışmaq olar? Belə vəziyyətdə sülh müqaviləsi imzalamaq olmaz. Bu, mümkün olan iş deyil.

Paşinyan bildirir ki, Konstitusiya məhkəməsi paraflanmış sülh müqaviləsinin müddəalarında konstitusiyaya aid ciddi bir fakt tapmasa, demək bunu təsdiq etmək olar. Biz isə bildirmişik ki, mütləq konstitusiyaya dəyişiklik edilməlidir. Ermənistan Azərbaycana qarşı torpaq iddialarından əl çəkməlidir. Bu da mütləq olacaq.

Artıq Ermənistan mətbuatında referendumun 2027-ci ildə keçiriləcəyi ilə bağlı iddialar yer alır. Ancaq onların gələn ilin iyuna qədər vaxtları var. Bu vaxta qədər də elə parlament seçkilərinə bərabər də referendum da edə bilərlər. Məsələ həll oluna bilər. Əks təqdirdə, Azərbaycan həmin sülh müqaviləsini təsdiqləməyəcək”.

İradə Cəlil, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 28 Avqust 2025 15:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see173

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see160

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see151

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see136

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see134

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri