Icma.az
close
up
RU
Menu

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

Azərbaycanın hava məkanı üzərindən tranzit daşımaların həcmi 350% artıb

Azərbaycanın hava məkanı üzərindən tranzit daşımaların həcmi 350% artıb

Icma.az, Apa.az portalına istinadən məlumat verir.

Azərbaycanın strateji yerləşməsi və qabaqcıl aeronaviqasiya xidməti Azərbaycanın hava məkanını Avrasiya regionunda ən tələb olunan məkanlardan birinə çevirir. Belə ki, 2014-cü ildən etibarən ölkənin hava məkanı üzərindən tranzit daşımaların həcmi 350% artıb.

Heydər Əliyev Beynəlxalq Aeroportundan "APA-Economics"ə verilən məlumata görə, gündəlik olaraq Azərbaycanın hava məkanından 900-ə yaxın təyyarə keçir ki, onların yarısından çoxu dünyanın aparıcı aviaşirkətlərinin tranzit uçuşlarıdır. EUROCONTROL-un proqnozlarına görə, 2030-cu ilədək orta gündəlik trafik axını 1032-yə, pik günlərdə isə 1300-ə çata bilər.

Hava hərəkətinin təhlükəsizliyini və səmərəliliyini təmin etməkdə əsas rolu “Azərbaycan Hava Yolları” QSC-nin “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsi oynayır. İstifadə edilən AIRCON 2100 hava hərəkətinə nəzarət sistemi, aeronaviqasiya texnologiyaları sahəsində dünya lideri olan INDRA şirkəti tərəfindən hazırlanmışdır və həm milli, həm də beynəlxalq aeronaviqasiya xidmətlərinin sabit işləməsini təmin edir.

Bununla belə, hava hərəkətinin intensivliyinin artması daha müasir həllərin tətbiqini tələb edir. Uzunmüddətli modernləşdirmə strategiyası çərçivəsində, 17 dekabr 2024-cü il tarixində “Azərbaycan Hava Yolları” QSC və INDRA şirkəti arasında hava hərəkətinə nəzarətin ən müasir sisteminə - MANAGAIR-ə keçidi nəzərdə tutan müqavilə imzalanıb.

Yenilənmiş MANAGAIR sistemi yalnız uçuşların təhlükəsizliyini və səmərəliliyini artırmayacaq, həm də aviasiyanın ətraf mühitə təsirinin azaldılmasına töhfə verəcəkdir. Sistem, Avropa ATM Master Planında nəzərdə tutulmuş müasir standartlara uyğundur və aşağıdakı xüsusiyyətləri özündə birləşdirir:

- Uçuş vaxtının qısaldılması və karbon qazı emissiyalarının azaldılması məqsədilə marşrutların optimallaşdırılması;

- Hava hərəkətində konfliktlərin avtomatik aşkarlanması və qarşısının alınması;

- Qərarların qəbuluna dəstək və müəyyən edilmiş standartlara uyğunluğun monitorinqi;

- Səsli rabitə və mesajların ötürülmə protokollarının modernləşdirilməsi;

- Aerodromlar üçün meteoroloji məlumat mübadiləsinin təkmilləşdirilməsi;

- Dəqiq naviqasiya məlumatlarına əsaslanan müasir eniş prosedurları.

“INDRA ilə əməkdaşlıq ən müasir texnologiyaların tətbiqinə imkan yaradır və bu texnologiyalar dünya standartlarına tam cavab verir. Bu addım Azərbaycanın beynəlxalq aeronaviqasiyada lider kimi inkişafında və ən yüksək keyfiyyətli xidmətlərin təqdim edilməsində əhəmiyyətli mərhələ olacaq,” – deyə “Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Samir Rzayev bildirib.

Hava hərəkətinə nəzarət sisteminin modernləşdirilməsi yalnız texnoloji irəliləyiş deyil, həm də Azərbaycanın aviasiya sektorunun strateji inkişafı, onun Avrasiyada aparıcı aviasiya qovşağı statusunun möhkəmləndirilməsidir. Hava hərəkətinə nəzarət, müdafiə sistemləri və rəqəmsal transformasiya sahəsində qlobal lider olan INDRA dünyada təhlükəsiz və dayanıqlı aviasiya sektorunun yaradılmasında əsas rol oynamağa davam edir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:244
embedMənbə:https://apa.az
archiveBu xəbər 18 Dekabr 2024 11:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see303

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see300

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see278

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see275

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see254

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see251

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see242

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see236

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see234

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see230

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see227

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see217

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see208

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

19 Noyabr 2026 13:48see204

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

19 Noyabr 2026 15:03see203

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see190

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see187

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see182

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see182

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri