Maka Boçorişvili Azərbaycana səfər edəcək
Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.
Gürcüstanın Baş nazirinin müavini, xarici işlər naziri Maka Boçorişvili noyabrın 24-də Azərbaycana səfər edəcək.
XQ xəbər verir ki, səfər zamanı nazirin bir sıra görüşlər keçirməsi nəzərdə tutulur.
Qeyd edək ki, Maka Boçorişvili 2025-ci il yanvarın 16-17-də Gürcüstanın xarici işlər naziri kimi Azərbaycana ilk rəsmi səfərini edib.
Boçorişvili həmçinin Azərbaycan-Gürcüstan İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyasının 10-cu iclasına qatılıb. Görüşlərdə iki ölkə arasında strateji tərəfdaşlığın inkişafı, siyasi dialoq, iqtisadi-ticarət əlaqələri, enerji təhlükəsizliyi, nəqliyyat-kommunikasiya layihələri və regional əməkdaşlıq məsələləri müzakirə olunub.
Tərəflər Orta Dəhlizin inkişafı, Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu və yaşıl enerji sahəsində əməkdaşlığın perspektivlərini də nəzərdən keçiriblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:137
Bu xəbər 23 Noyabr 2026 17:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















