Icma.az
close
up
RU
Sabiq nazir Ramiz Mehdiyevlə bağlı ŞOK DETALLARI açıqladı

Sabiq nazir Ramiz Mehdiyevlə bağlı ŞOK DETALLARI açıqladı

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

“Ramiz Mehdiyev 1990-ci illərin ortalarında belə özünə ətraf yığmaqla məşğul idi”. 

Bu sözləri sabiq maliyyə naziri Fikrət Yusifov “Cebheinfo.az”-a açıqlamasında deyib.

O bildirib ki, nazir olduğu dövrdə Ramiz Mehdiyevlə aralarında hər zaman gərginlik yaşanıb: 

“Mənim ölkənin maliyyə sisteminə rəhbərlik etməyimə, bu vəzifəyə Ulu Öndər Heydər Əliyev tərəfindən təyin olunmağıma baxmayaraq, Ramiz Mehdiyev məni öz ətrafında görmək istəyirdi və bunu açıq şəkildə ifadə edirdi. Bir neçə dəfə cəhd etməsinə baxmayaraq, mən onu sərt şəkildə rədd etdim. Buna görə də aramızda gərginlik və düşmənçilik formalaşmışdı. 

Hətta Ramiz Mehdiyev 1997-ci ildə bir dəfə Prezident ailəsinin maliyyə vəziyyətini məndən soruşmuşdu. Mənə “Sən maliyyə naziri olaraq bunu bilməlisən” demişdi. Cavabında isə “Bu, mənim biləcəyim məsələ deyil. Üstəlik, siz özünüz Prezident Administrasiyasının rəhbəri olaraq dövlət başçısının aylıq qazancını bilirsiniz. 

Ümumiyyətlə, sizi maraqlandıran bu məsələ ilə bağlı məlumatım yoxdur” demişdim. Bilsəydim belə, Ramiz Mehdiyevə nə isə deməzdim”.

Həmsöhbətimiz qeyd edib ki, vəzifəsindən getməsində də Ramiz Mehdiyevin əli olub: 

“Ramiz Mehdiyev bəzi qəzetləri maliyyələşdirmək üçün məndən qeyri-qanuni olaraq vəsait tələb edirdi. Lakin başa saldım ki, onun istədiyi vəsaiti vermək üçün rüşvət almaq lazımdır, amma mən rüşvət almıram. Ona görə də hanısa qəzeti maliyyələşdirməyim mümkün deyildi. 

Yəni belə çox təmasımız olub. Səfər Əbiyev müdafiə naziri olanda onunla ciddi münaqişəmiz yaranmışdı, daha sonra isə vəzifədən getdim. Ramiz Mehdiyevə mənim işdən azad olunmağımla bağlı sərəncamı hazırlamaq tapşırılmışdı. Mehdiyev sərəncama “Fikrət Yusifov işdə yol verdiyi ciddi nöqsanlara görə vəzifəsindən azad edilsin” yazmışdı. 

Lakin Prezident həmin kağızı onun başına atmışdı və “Konstitusiyanın müfaviq maddəsini rəhbər tutaraq vəzifəsindən azad edilsin” yazılmasını tapşırmışdı. Prezident vurğulamışdı ki, Fikrət Yusifovun dövlət qarşısında kifayət qədər xidmətləri olub”. 

Fikrət Yusifovun sözlərinə görə, deputat seçilməyinin qarşısı da Ramiz Mehdiyev tərəfindən alınıb: 

“Mən daha sonra bir neçə dəfə seçkilərdə iştirak edərək parlament müstəvisində dövlətə xidmət etmək istədim. Ancaq Ramiz Mehdiyev buna imkan vermədi, bütün yollarla deputat seçilməyimin qarşısını aldı. Yəni bu adam mənim həyatımda və yolumda böyük əngəllər yaradıb. Vəzifəmdən getməyimdə də xüsusi rolu olub. Ramiz Mehdiyev paslanmış təfəkkürə malik kinli bir adamdır. 

Hətta zamanında mənim haqqımda açılan cinayət işi və həbs olunmağımla da Ramiz Mehdiyevin hansısa formada əlaqəsi ola bilər. Lakin bunu dəqiq bilmirəm. Hər halda, əli varsa, istintaq ortaya çıxaracaq”.

Sabiq nazir Mehdiyevə çalışan icra başçılarından da danışıb: 

“Ramiz Mehdiyevin kiməsə yaxşılığı dəyməyib. O, maddi maraqlarını təmin edərək insanları vəzifələrə təyin etməyə çalışıb. Məsələn, Mehdiyev onlarla icra başçısını pul alaraq təyin etmişdi. Nəticədə, o icra başçıları da ona verdikləri rüşvətə görə korrupsiya ilə məşğul olurdular. Çox sayda icra başçısının işdən çıxarılması və həbs olunması da bununla bağlıdır. Onların hamısı Mehdiyevin kadrları idi. Bu yaxınlarda Ramiz Mehdiyevə çalışan şəxslərdən ibarət böyük bir siyahının istintaq zamanı ifşa olunacağını güman edirəm”. 

F.Yusifov onu da diqqətə çatdırıb ki, Ramiz Mehdiyev birmənalı şəkildə Rusiyaya çalışırdı: 

“Ona göstərişlər Kremldən gəlirdi. Dövlət çevrilişi etmək istəyi ilə bağlı Rusiyaya məktub göndərməsi də bunu bir daha sübut edir”. 

Elmir Mustafa 
“Cebheinfo.az”

Açar sözlər: Ramiz Mehdiyev Fikrət Yusifov nazir qalmaqal

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:340
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 29 Oktyabr 2025 14:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see696

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see537

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see486

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see355

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see338

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see289

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see275

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see269

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see256

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see233

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see229

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see228

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see228

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see215

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see215

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see209

Bakıda bu görüntüləri "biabırçılıq" adlandırdı

01 Noyabr 2026 21:10see192

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see188

İvanka Tramp lüks oteldə istirahətinə görə tənqid olundu Foto

01 Noyabr 2026 22:00see186

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri