Icma.az
close
up
RU
Paşinyan döyüş qabağı meydanı təmizləyir

Paşinyan döyüş qabağı meydanı təmizləyir

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ermənistanda Masis (Uluxanlı) şəhər icmasının meri David Hambartsumyan İrəvana qayıdarkən “Zvartnots” hava limanında həbs edilib. 

Hüquq-mühafizə orqanlarının əməkdaşları onu təyyarədən enərkən saxlayıb. Qeyd edək ki, Hambartsumyan oktyabrın 28-də Moskvadan İrəvana uçub.

Hmbartsumyan 2018-ci ildə dinc etirazçılara qarşı silahdan istifadə etməkdə və kütləvi iğtişaşlar təşkil etməkdə təqsirli bilinir. İrəvan şəhər məhkəməsi oktyabrın 23-də  qeyd edilən ittiham üzrə Ambartsumyanın 6 il 3 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb. Ambartsumyan özü oktyabrın 27-də gizlənmək niyyətində olmadığını və oktyabrın 28-də İrəvana qayıtmaq istədiyini bildirib. 

Müxalifət artıq bildirib ki, hakimiyyətin Hambartsumyana qarşı davranışı  proqnozlaşdırılan idi. Çünki onlar qarşıdan gələn seçkilərdən əvvəl siyasi meydanı rəqiblərdən təmizləyirlər.  Xatırladaq ki, keçmiş prezident Serj Sarkisyanın rəhbərlik etdiyi Ermənistan Respublika Partiyası və parlamentdəki “Şərəfim var” fraksiyası David Hambartsumyanın baş nazirliyə namizədliyini irəli sürüb.

Bu məqsədlə eks-prezidentin komandası parlamentdə baş nazir Nikol Paşinyana etimadsızlıq səsverməsi keçirməyi planlaşdırdığını açıqlayıb. Qeyd edək ki, David Hambartsumyanın Ermənistana dönüşü onun seçkilərdə Rusiyanın namizədi olması barədə ehtimalların irəli sürülməsinə səbəb olub.

Lakin o, revanşist müxalifəti ətrafında birləşdirə biləcək yeni siyasi fiqur deyil. Hambartsumyan bununla üçüncü dəfədir ki, ERP və “Şərəfim var” fraksiyası tərəfindən Nikol Paşinyana alternativ kimi baş nazirliyə namizəd göstərilir. İlk dəfə bu ilin iyun ayında Paşinyana qarşı impiçment təşəbbüsü ilə çıxış edən “Şərəfim var” fraksiyası Hambartsumyanın namizədliyini irəli sürmüşdü. 

Lakin onun zəruri olan dəstəyi əldə edə bilməməsi Hambartsumyanın siyasi uğursuzluğuna səbəb oldu. Belə ki, “Şərəfim var” fraksiyasının 6 deputatı var. Robert Köçəryanın “Ermənistan” blokundan seçilmiş deputatların sayı isə 28 nəfər təşkil edir.

Bu iki fraksiya birlikdə 34 imza təşkil edə bilər. İmpiçment məsələsini parlamentin müzakirəsinə təqdim etmək üçün minimum 36 deputat sayı lazımdır. Yəni nəinki Hambartsumyan, ümumilyyətlə, impiçment təklifi  prosedura uyğun səsləri toplaya bilmədi. Üstəlik, Köçəryanın deputatları imzaları toplamağa hazır olduqlarını bəyan etsələr də son nəticədə Hambartsumyana dəstək vermədilər. Bu da Serj Sarkisyanla Robert Köçəryan arasındakı siyasi nifaqla bağlıdır.  

İyun revanşından əliboş çıxan Serj Sarkisyan sentyabrın 26-da növbəti dəfə impiçment təşəbbüsü ilə çıxış edərək Ermənistan Respublika Partiyasından və “Şərəfim var” fraksiyasından David Hambartsumyanın namizədliyini irəli sürdü.

Bu dəfə də Robert Köçəryan Serj Sarkisyanın namizədinin lehinə imza verməməyi tapşırdı. Robert Köçəryan hələ bir neçə gün əvvəl Sarkisyana dəstək verməyəcəyini bildirmişdi. 

Bu baxımdan, Serj Sarkisyan David Hambartsumyanla imtiçmentə getməyin hər hansı nəticə verməyəcəyini özü də bilir. Ona görə də Hambartsumyanı üçüncü dəfə baş nazirliyə namizəd irəli sürmək siyasi absurddur. Lakin David Hambartsumyanın həbsi Ermənistandakı siyasi vəziyyətlə bağlı bir qənaəti möhkəmlədir. 

Nikol Paşinyan 2026-cı ilin iyun ayında keçiriləcək parlament seçkilərində Rusiyanın dəstəkləyə biləcəyi namizədləri cinayət məsuliyyətinə cəlb etməklə neytrallaşdırmaq taktikasını seçib. Rusiyalı milyarder Samvel Karapetyanın, Gümrü şəhərinin meri Vardan Qukasyanın, eləcə də Erməni Apostol Kilsəsində aparılan həbslər seçkilərdə həqiqətən də Paşinyanın siyasi meydanı təmizləmək niyyətindən xəbər verir.

Son günlər Serj Sarkisyanın 2005-ci ildə Ermənistan Müdafiə Nazirlyinin balansında olan torpaq sahələrini satması ittihamı üzrə məhkəmə prosesinə cəlb edilməsi onun həbsi ilə nəticələnə bilər. Bu məsələdə Robert Köçəryan da Serj Sarkisyanın zindana atılmasında maraqlı tərəfə çevrilib. 

Həmin dövrdə prezident olan Köçəryan məsuliyyətdən xilas olmaq üçün məhkəmədə Serj Sarkisyanın əleyhinə ifadə verib. O bildirib ki, 2005-ci ildə müdafiə naziri Serj Sarksiyan olduğundan bu məsələnin ona aidiyyatı yoxdur. Bununla da Köçəryan Sarkisyanı qurban verməklə vəziyyətdən çıxmağa çalışıb.

Əgər Sarkisyan  azadlıqdan məhrum edilərsə, bu müxalifət daxilində siyasi parçalanmanı daha da dərinləşdirəcək. Cəmi 6 faiz reytinqə malik olan Köçəryan isə revanşistlərin tam dəstəyini ala bilməyəcək.  Diqqəti çəkən məqamlardan biri Qərbin Ermənistanda aparılan həbslərə səssiz qalmasıdır. Bu da seçkilərdə Qərbin Nikol Paşinyana dəstəyinin əlaməti kimi başa düşülə bilər. 

Xüsusilə də, ABŞ və Avropa İttifaqı Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmağa yaxın olduğu və kommunikasiyaların açılmağa başladığı  bir vaxtda Nikol Paşinyanaın hakimiyyətdən getməsində maraqlı deyil. 

Müşfiq Abdulla 
“Cebheinfo.az”

Açar sözlər: Paşinyan David Hambartsumyan

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:194
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 29 Oktyabr 2025 14:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see502

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see454

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see356

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see293

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see288

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see277

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see260

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see252

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see237

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see232

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see225

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see221

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see218

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see216

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see212

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see208

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see207

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see195

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see184

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri