Azərbaycanın iki rəqəmsal sosial layihəsi Avstraliyada mükafatlara layiq görülüb
Moderator.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi (DOST RİM) tərəfindən Beynəlxalq SOS Fondunun “Duty of Care 2024” müsabiqəsinə təqdim olunan “Proaktiv təyinat mexanizmi” və “Əmək və Məşğulluq” altsistemi layihələri münsifər heyəti tərəfindən yüksək qiymət alıb.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Moderator.az-a verilən məlumata görə, hər iki layihə müsabiqənin “İnnovasiya” kateqoriyası üzrə qalib seçilərək mükafatlara layiq görülüb.
Mükafatlar Avstraliya İttifaqının Sidney şəhərində keçirilmiş "Qayğı Vəzifəsi Sammiti"ndə Azərbaycan Respublikasının Avstraliya İttifaqı, Fici Respublikası və Yeni Zelandiyadakı müvəqqəti işlər vəkili Vaqif Cəfərova təqdim olunub.
“Yenidən təsəvvür edilən gələcək üçün aparıcı dəyişiklik” mövzusunda təşkil edilmiş müsabiqəyə Avstraliya, Yeni Zelandiya, ABŞ, Almaniya, Polşa, Çin, Koreya, Malayziya, Sinqapur və s. daxil olmaqla 29 ölkədən layihələr təqdim edilib.
Beləliklə, ilk dəfə olaraq Azərbaycanın rəqəmsal sosial layihələri Avstraliya qitəsində mükafata layiq görülüb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 14 Noyabr 2024 12:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















