Icma.az
close
up
RU
Azərbaycanın kədəri türk xalqının da kədəridir

Azərbaycanın kədəri türk xalqının da kədəridir

Icma.az, Sia Az saytına istinadən bildirir.

"Dünən Bakı-Qrozni səfərini edən Azərbaycan Hava Yollarına (AZAL) aid sərnişin təyyarəsinin havanın pisləşməsi səbəbindən Aktauya məcburi eniş edərkən meydana gələn qəza başda Azərbaycan xalqını, türk millətini kədərləndirmişdir". Bu sözləri SİA-ya açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq səfiri, “İMZA” İctimai Birliyinin Türkiyə təmsilçisi Hulusi Kılıç deyib.

Hulusi Kılıç qəzada dünyasını dəyişənlərə Allah rəhmət diləyib, ailələrinə və yaxınlarına başsağlığı verib: "Azərbaycan xalqına da başsağlığı vermək istəyirəm. Türk millətinin də başı sağ olsun. Yaralılara təcili şəfalar diləyirəm.

Cənab Prezidentin Zirvə görüşünə gedərkən havada bu məlumatı alması ilə dərhal Bakıya dönməsi və qəza ilə əlaqədar məlumat alması böyük bir Liderliyin göstəricisidir. Həm də vətəndaşına verdiyi dəyərin əsl göstəricisidir. Azərbaycan Prezidentinin tapşırığı ilə Baş Nazir Əli Əsədovun başçılığı ilə komissiya yaradılıb və Aktauya azərbaycanlı həkimlər və səlahiyyətlilər göndərilmişdir. Azərbaycan xalqını kədərləndirən bu hadisə Türkiyədə də böyük bir kədərlə qarşılanmış, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cənab Prezident İlham Əliyevə başsağlığı vermişdir.

Təyyarə qəzaları çox az olan qəzalardır. Bu qəza Azərbaycan tarixində üçüncü təyyarə qəzası olmuşdur: 1996, 2005 və dünən meydana gələn qəza. Təyyarələrdə qara qutu var. Qara qutu ilə qəzanın səbəbi araşdırılıb məlumat yayılacaq. Buna inanırıq ki, AZAL təyyarələrinə lazımi baxıb edib. Bu, çox önəmlidir. Onun üçün qara qutu hər şeyi ortaya çıxaracaq. Görürük ki, havanın pisləşməsi səbəbindən Qrozniyə gedərkən təyyarənin istiqamətini Aktauya çevirməsi hava şəraiti ilə bağlıdır. Millətimizin başı sağ olsun. Mustafa Kamal Atatürkün bir sözü var: "Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir". Bəli, Azərbaycanın kədəri türk xalqının da kədəridir".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:206
embedMənbə:https://sia.az
archiveBu xəbər 26 Dekabr 2024 10:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see641

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see320

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see310

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see303

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see299

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see298

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see283

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see272

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see265

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see257

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see249

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see244

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see235

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see235

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see235

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see231

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see231

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see229

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see227

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see217
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri