Azərbaycanın kimya sənayesi məhsullarının ixracı azalıb
Yenisabah portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
2026-cı ilin ilk 7 ayının nəticələrinə əsasən, Azərbaycanın kimya sənayesi məhsulları ixracında həcm və dəyər ifadəsində geriləmə qeydə alınıb.
“Yeni Sabah” xəbər verir ki, cari ilin yanvar-iyul aylarında 403 min 393.65 ton kimya sənayesi məhsulu ixrac olunub ki, bunun da statistik dəyəri 183 milyon 686.20 min dollar təşkil edib. Bu göstərici ölkənin ümumi ixracının 0.95%-ni, qeyri-neft sektoru üzrə ixracın isə 3.10%-ni təşkil edib.
Müqayisə üçün qeyd edək ki, 2025-ci ilin müvafiq dövründə 640 min 413.66 ton (statistik dəyəri 194 milyon 025.82 min dollar) kimya sənayesi məhsulu ixrac olunmuşdu. Ötən il bu məhsullar ümumi ixracın 1.27%-ni, qeyri-neft ixracının isə 9.29%-ni təşkil edirdi. pizza hut
Beləliklə, ötən ilin eyni dövrü ilə müqayisədə kimya sənayesi məhsullarının ixrac həcmi fiziki çəkidə təxminən 237 min ton, dəyər ifadəsində isə 10.3 milyon dollar azalıb. Qeyri-neft ixracındakı payı isə 9.29%-dən 3.10%-ə düşüb.
Cəlalə Cəlalqızı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 11 Sentyabr 2026 09:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















