Icma.az
close
up
RU
Euronews: Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə qalxır

Euronews: Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə qalxır

Icma.az, Sherg.az portalına istinadən məlumat yayır.

"Euronews" telekanalı Daşkənddə (Özbəkistan) keçirilmiş Mərkəzi Asiya Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşü haqqında material hazırlayıb.

"Report"un məlumatına görə, reportajda Azərbaycanın bu formata qoşulması qərarına xüsusi diqqət yetirilib.

"Məşvərət görüşü əlamətdar nəticə ilə başa çatdı: liderlər yekdilliklə Azərbaycanın bu formata tamhüquqlu iştirakçı kimi qoşulmasını təsdiqlədi", - materialda qeyd olunur.

Telekanal vurğulayıb ki, Özbəkistan, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Türkmənistan liderləri bu qərarı tarixi adlandırıblar. Dövlət başçıları qeyd ediblər ki, bu qərar Cənubi Qafqazı rəsmi olaraq Mərkəzi Asiya əməkdaşlığı çərçivəsinə daxil edir və Xəzərdən dünya bazarlarına qədər daha geniş qarşılıqlı əlaqələr məkanı üçün əsas formalaşdırır.

"Azərbaycanın iştirakı formata yeni impuls verəcək, iki strateji əhəmiyyətli region arasında ticarəti, investisiyaları, mədəni əlaqələri və razılaşdırılmış inkişafı genişləndirəcək", - reportajda deyilir.

Reportajda xüsusi diqqət Azərbaycan Prezidenti İlham Əliyevə yönəldilib. "Euronews" qeyd edib ki, İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında münasibətlərin aktiv siyasi dialoq və iqtisadi, mədəni və humanitar əməkdaşlığın artması ilə möhkəmlənən strateji tərəfdaşlığa çevrildiyini vurğulayıb:

"İlham Əliyev Azərbaycanın regional əməkdaşlığın təmin edilməsində artan rolunu vurğulayaraq, iri infrastruktur layihələri, orta dəhliz boyunca tranzit daşımalarının sürətli artımı, həmçinin yeni təşəbbüslər: Rəqəmsal İpək Yolu və Xəzər enerji layihələrini qeyd edib".

Reportajda həmçinin Azərbaycan liderinin Mərkəzi Asiya ölkələrinə Azərbaycanın azad edilmiş ərazilərinin bərpasında dəstəyə görə təşəkkürü də qeyd olunub.

"İlham Əliyev Azərbaycanın Mərkəzi Asiya formatına tam hüquqlu iştirakçı kimi qoşulmasını alqışlayıb və bunu əməkdaşlığı və həmrəyliyi daha da möhkəmləndirəcək tarixi addım adlandırıb", - reportajda vurğulanır.

Daşkənddəki sammit regional əməkdaşlığın daha da möhkəmləndirilməsinə yönəlmiş bir sıra əsas sənədlərin imzalanması ilə başa çatıb.

Telekanal xatırladıb ki, dövlət başçıları ümumi prioritetləri müəyyən edən birgə bəyanat qəbul ediblər, Azərbaycanın məşvərət formatına tamhüquqlu iştirakçı kimi qoşulmasını təsdiqləyiblər, həmçinin Qırğızıstanın 2027-2028-ci illər üçün BMT Təhlükəsizlik Şurasına namizədliyini dəstəkləyiblər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:73
embedMənbə:https://sherg.az
archiveBu xəbər 17 Noyabr 2025 11:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see276

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see234

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see213

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see195

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see185

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see176

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see159

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see159

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see152

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see152

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see152

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see150

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see148

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see145

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see145

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see143

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see143

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see139

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see138

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri