Icma.az
close
up
RU
Azərbaycanın Milli Təhlükəsizlik Konsepsiyası yenidən yazılmalıdır

Azərbaycanın Milli Təhlükəsizlik Konsepsiyası yenidən yazılmalıdır

Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycanın Milli Təhlükəsizlik Konsepsiyası 2007-ci ildə imzalanıb. O dövr üçün bu sənəd kifayət qədər dolğun və əhatəli hesab edilirdi. Ölkə işğal şəraitində idi, əsas təhlükə açıq-aşkar görünürdü, prioritetlər də buna uyğun formalaşmışdı.

Sərhəd, ordu və diplomatiya milli təhlükəsizliyin əsas sütunları sayılırdı.

Dünya nisbətən sabit idi, texnologiya isə daha çox imkan, az risk kimi dəyərləndirilirdi.

Aradan on səkkiz il keçib. Dünya dəyişib, təhlükənin forması dəyişib, dövlətlərin zəif düşdüyü yerlər də dəyişib. Bu gün təhlükə tanklarla, toplarla gəlmir. Bəzən sıradan bir xəbərlə, bəzən sosial şəbəkə paylaşımı ilə, bəzən də texniki nasazlıqla özünü göstərir.

Milli təhlükəsizlik yalnız Müdafiə Nazirliyinin mövzusu ilə məhdudlaşmır. Bu anlayış cəmiyyətin psixologiyasına, informasiya mühitinə, texnologiyaya, enerji siyasətinə və insan kapitalına qədər genişlənib.

18 il əvvəlin təhdidləri

2007-ci il konsepsiyası əsasən bir sual ətrafında qurulmuşdu: Azərbaycanı kim və haradan hədələyir?

Bugünkü reallıq isə başqa sual doğurur: Azərbaycan hansı zəifliklər üzərindən sarsıdıla bilər?

Ərazi məsələsi bunun ən aydın nümunəsidir. Konsepsiyanın mərkəzində uzun illər Qarabağ münaqişəsi dayanırdı. Sənəd işğal faktını, danışıqlar prosesini, ATƏT-in Minsk Qrupunu əsas çərçivə kimi qəbul edirdi.

Bu gün həmin mərhələ geridə qalıb. Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə İkinci Dünya müharibəsindən sonra tam qələbə qazanan hələlik yeganə ölkədir. Bu gün Şuşamız, Ağdamımız, Cəbrayılımız, Qubadlımız, Laçınımız, Kəlbəcərimiz, Qarabağımız azaddır. Bu gün ordumuzla yanaşı Azərbaycan diplomatiyası, Azərbaycan diasporu bütün dünyada öz sözünü deyir.

Qısaca, ərazi bütövlüyü faktiki olaraq bərpa olunub. Post-münaqişə dövründə əsas məsələ Qarabağa qayıdış, insanların öz doğma yurduna adaptasiyasıdır.

Müharibə səngərdə aparılmır

Artıq təhlükə və təhdid anlayışı kökündən dəyişib, təhlükə səngərdə yox, cəmiyyətdə formalaşa bilir. İnformasiya mühiti isə 2007-ci ildəki ilə müqayisədə tamamilə başqa bir dünyadır. O vaxt təhlükə əsasən ekstremist çağırışlar və nəzarətsiz media hesab olunurdu. Bu gün informasiya müharibəsi daha incə və təsirlidir. Sosial şəbəkələr, alqoritmlər, saxta videolar, manipulyativ kampaniyalar dövlətin içərisində etimadı zəiflədə, cəmiyyəti qütbləşdirə, insanları bir-birinə qarşı qoya bilir.

Fransa bu prosesi “koqnitiv müharibə” adlandırır və bunu rəsmi təhlükəsizlik doktrinasına daxil edib. NATO artıq informasiyanın insan şüuruna təsirini ayrıca təhlükəsizlik sahəsi kimi qiymətləndirir. Finlandiya isə bu riskə məktəbdən başlayaraq cavab verir, media savadlılığını təhlükəsizlik alətinə çevirir.

Texnologiya sahəsindəki dəyişikliklər təhlükəsizlik anlayışını daha da mürəkkəbləşdirib. 2007-ci ildə kibertəhlükə anlayışı demək olar ki, yox idi. Bu gün isə bir kiberhücum elektrik şəbəkəsini, bank sistemini və ya rabitəni iflic edə bilər. Estoniya 2007-ci ildə məhz belə bir hücumdan sonra milli təhlükəsizlik strategiyasını köklü şəkildə dəyişdi və bu gün NATO-nun kiber müdafiə mərkəzinə ev sahibliyi edir.

ABŞ artıq bəzi kiberhücumları müharibə aktı kimi qiymətləndirmə ehtimalını açıq şəkildə dilə gətirir.

Azərbaycan üçün bu risk xüsusilə həssasdır, çünki ölkə enerji, nəqliyyat və “ağıllı şəhər” infrastrukturu baxımından sürətlə rəqəmsallaşır.

Hər şey dəyişib, konsepsiya yox

Enerji təhlükəsizliyi anlayışı da əvvəlki məntiqdən çıxıb. Uzun illər təhlükə kəmərlərin qorunması ilə ölçülürdü. Bu gün isə əsas risk enerji keçidinə hazır olmamaqdır. Avropa artıq enerji təhlükəsizliyini yaşıl transformasiya və texnoloji müstəqillik kontekstində görür. Almaniya və Norveç milli təhlükəsizlik sənədlərində bərpa olunan enerjini strateji məsələ kimi qeyd edir.

Azərbaycan üçün qlobal enerji xəritəsi dəyişərkən ölkənin rolu da ağıllı şəkildə transformasiya olunmalıdır. İnsan kapitalı məsələsi də köhnə konsepsiyada kifayət qədər dərin işlənməyib. Sənəddə bu mövzu əsasən kadr çatışmazlığı kimi təqdim olunur. Halbuki bu gün əsas risk beyin axını, gənclərin gələcəyə inamsızlığı və dövlətlə cəmiyyət arasındakı psixoloji məsafənin böyüməsidir. Yaponiya, Cənubi Koreya və Baltik ölkələri demoqrafiya və insan kapitalını artıq milli təhlükəsizlik məsələsi kimi sənədləşdirib. Çünki uzunmüddətli təhlükəsizlik silahdan yox, insan resursundan asılıdır.

Diaspora mövzusu da yeni baxış tələb edir. 2007-ci il konsepsiyası diasporu daha çox mədəni körpü kimi görür. Bugünkü dünyada diaspora strukturları ciddi təsir alətinə çevrilib. Bəzi dövlətlər diaspor vasitəsilə başqa ölkələrin daxili proseslərinə təsir göstərir. İsrail diaspora təhlükəsizliyini ayrıca dövlət siyasəti kimi qurub. Ermənistan uzun illər diasporu lobbi mexanizmi kimi istifadə edib. Azərbaycan üçün bu sahə ən strateji resursa çevrilməlidir.

Bütün bunlar göstərir ki, milli təhlükəsizlik anlayışı köklü şəkildə dəyişib. Əgər 2007-ci ildə təhlükəsizlik dövləti qorumaq idisə, bu gün təhlükəsizlik dövlətin işlək qalmasını təmin etməkdir. Bu isə yalnız hərbi güclə yox, cəmiyyətin dayanıqlılığı, informasiya mühitinin sağlamlığı və institutlara etimadla mümkündür. Yeni Milli Təhlükəsizlik Konsepsiyası məhz bu reallığı əks etdirməlidir. Sənəd suallara cavab verməlidir, şüarlar vaxtı bitib. Təhlükə haradadır sualından daha çox, zəiflik haradadır sualını mərkəzə qoymalıdır. Əks halda konsepsiya arxiv sənədi kimi qalacaq, işlək strategiya olmayacaq.

Son aylarda ekspert səviyyəsində Milli Təhlükəsizlik Konsepsiyasının dəyişməsi barədə təkliflər səsləndirilir. Amma yuxarıda sadaladıqlarımız onu deməyə əsas verir ki, Konsepsiyanın dəyişməsi yeni yanaşmalara cavab verməyəcək, odur ki, tamamilə yenisini yazmağa ehtiyac yaranıb.

Elnur Əmirov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://modern.az
archiveBu xəbər 15 Dekabr 2025 17:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see389

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see207

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see207

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see195

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see191

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see191

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see175

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see169

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see168

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see166

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see163

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see163

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see161

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see160

Niyə hər şeyə inanmalısan? QNET haqqında oxuyun

28 Yanvar 2026 14:32see157

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see145

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see140

İlhan Omar canlı yayımda hücuma məruz qaldı

28 Yanvar 2026 15:33see139

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see137

Mançester Siti ni London klubuna dəyişəcək

28 Yanvar 2026 20:10see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri