Icma.az
close
up
RU
Azərbaycanın millisinin baş məşqçisi: “Super Liqada çempionluğa iki komanda namizəddir”

Azərbaycanın millisinin baş məşqçisi: “Super Liqada çempionluğa iki komanda namizəddir”

Idman.biz portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Çimərlik futbolu üzrə Azərbaycan Super Liqasında çempionluğa iki komanda namizəddir.

İdman.biz xəbər verir ki, bu barədə “Report”a açıqlamasında yığmanın baş məşqçisi Sahib Məmmədov bildirib.

O, əsas mübarizənin “Marafon” və VTB komandaları arasında gedəcəyini düşünür: “Reqlamentə görə bütün komandalar bir-birilərinə qarşı oynayacaqlar. Ən çox xal toplayan çempion olacaq. Koronavirusa qədər çimərlik futbolu üzrə Azərbaycan çempionatı var idi. Son 6 ildə təşkil olunmurdu. Əlbəttə, bu çempionatın keçirilməsi çox yaxşı hadisədir. Çünki milli üçün yeni futbolçular tapıla bilər. Altı komanda iştirak edəcək. Favoritlər, yəni çempionluğa əsas namizədlər “Marafon” və VTB komandalarıdır. Çünki yığma üzvlərinin yarısı bu komandaların birində, yarısı digərindədir. Mənə elə gəlir ki, əsas mübarizə bu kollektivlər arasında olacaq”.

Mütəxəssis çempion komandanın “Euro Winners Cup”ın əsas mərhələsində iştirak edəcəyini vurğulayıb:

“Çempion komanda Azərbaycanı “Euro Winners Cup”ın əsas mərhələsində təmsil edəcək. İkinci yeri tutan komanda isə bu yarışın pley-offu sayılan “Euro Challengers”ə qatılacaq”.

Qeyd edək ki, çimərlik futbolu üzrə Azərbaycan Super Liqası sabah start götürəcək və iyulun 15-nə qədər davam edəcək.

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 10 İyul 2025 15:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see329

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see296

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see296

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see287

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see285

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see279

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see277

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see273

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see268

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see261

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see246

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see243

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see235

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see229

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see227

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see226

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see225

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see212

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see212

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri