Icma.az
close
up
RU
“Azərbaycanın mövqeyi aydın, birmənalı və qətidir“ ŞƏRH

“Azərbaycanın mövqeyi aydın, birmənalı və qətidir“ ŞƏRH

Sia Az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Yeni geostrateji konfiqurasiyadan kənarda qalaraq bölgədə autsayder vəziyyətinə düşən İran siyasi isterikadadır. Belə olmasaydı, mehriban qonşuluq prinsipi əsasında daim xoş niyyət göstərərək dostluq əlini uzadan, mütəmadi şəkildə siyasi jestlərlə etimad mühiti formalaşdırmağa çalışan Azərbaycana qarşı terror - təxribat xarakterli hücuma cəhd göstərməzdi".
Bu fikirləri SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nurlan Qələndərli deyib.
Onun sözlərinə görə, tarixi Zəfər qazanaraq ərazi bütövlüyünü bərpa edən Azərbaycan İranla münasibətlərdə tamamilə yeni bir səhifə açmaq niyyətində idi: "Xüsusilə də, qələbədən dərhal sonra Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Xudafərin körpüsünü “dostluq körpüsü” adlandırmasını rəsmi Tehran ona uzadılan dost əli kimi qiymətləndirməliydi. Amma bu ölkə Azərbaycanın sərhəd təhlükəsizliyini təmin etməsindən narahatlıq duyaraq bunu İranın “qırmızı xətti” kimi dəyərləndirməklə, sərhədlərimizin yaxınlığında hərbi təlimlər keçirməklə, necə deyərlər, körpüləri yandırdı. Bundan sonra bir-birinin ardınca yeni istehsalına başladıqları PUA-larla məğlub Ermənistan ordusunu silahlandırmaları, Qafanda tələm-tələsik konsulluq açmaları, Tehranla İrəvan arasında qardaşlaşma müqaviləsinin imzalanması və İran mediasında Azərbaycan əleyhinə aparılan qara piar kampaniyasının şiddətlənməsi reallıqların nədən ibarət olduğunu göstərdi. Nəhayət, bu dövlətin müsəlmanlara qarşı misli görünməmiş terror aktları, soyqırımı törətmiş ermənilərə qucaq açması İranın adında daşıdığı İslamla heç bir əlaqəsi olmadığını, dindən siyasi maraqları təmin etmək üçün riyakarcasına istifadə etdiyini göstərir. Bəli, görünən dağa bələdçi lazım deyil: fars rejimi üçün siyasi mənfəət dini dəyərlərdən üstündür".
Şöbə müdiri vurğulayıb ki, bir müddət əvvəl hansısa əyalət mollasını ölkənin danışan dilinə çevirərək Azərbaycana qarşı iftiralar səsləndirilməsi siyasi acizliyin və miskinliyin pik həddi olmaqla heç də dövlətçilik ənənələrindən, strateji diplomatiyadan və böyük siyasətdən xəbər vermirdi: "Bu gün isə Naxçıvan Muxtar Respublikasında mülki obyektlərə hücum aktları birmənalı şəkildə regionda gərginliyin artmasına hədəflənən hərbi-siyasi sabotajdır. Bu, böhran vəziyyətindəki Tehranın dövlət ərkanı və ağlına malik olmadığını təsdiqləyir. Heç şübhəsiz, isterika və geosiyasi təcrid vəziyyətində olan, sanksiya əsirinə çevrilmiş İranın dağıdıcı mövqeyi və qeyri-adekvat siyasəti regionda reallıqları dəyişə, proseslərə yön verə bilməz. Tehran bu reallığı nə qədər tez dərk etsə, bir o qədər özü üçün faydalı olar. Əks halda, bumeranq effekti, yaxud yeni geosiyasi zəlzələlər İranın ciddi dağıntılar altında qalmasına səbəb ola bilər. Hər halda, düşünmək vaxtıdır. Amma təkcə düşünmək yetməz. Azərbaycanın mövqeyi aydın, birmənalı və qətidir: terror-təxribat xarakterli hücuma görə üzr istənilməli, izahat verilməli və cinayətkarlar cəzalandırılmalıdır".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:187
embedMənbə:https://sia.az
archiveBu xəbər 07 Mart 2026 11:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see324

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see321

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see320

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see314

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see301

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see296

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see294

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see290

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see276

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see274

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see266

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see249

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see247

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see244

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see233

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see225

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see225

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see221

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see215

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri