Icma.az
close
up
RU
Azərbaycanın mövqeyi möhkəmlənir: SOCAR ın xaricdə ilk kəşfiyyat layihəsi

Azərbaycanın mövqeyi möhkəmlənir: SOCAR ın xaricdə ilk kəşfiyyat layihəsi

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyətinin İsrailə işgüzar səfəri çərçivəsində Azərbaycan-İsrail iqtisadi əməkdaşlığının inkişafına dair bir sıra görüşlər keçirilib, müzakirələr aparılıb.

Səfərdə ölkələrimiz arasında iqtisadi tərəfdaşlığın güclənməsinə dair müzakirələr aparılıb, SOCAR “Union Energy” şirkəti ilə Anlaşma Memorandumu imzalanıb. 

İsrail Dövlətinin Prezidenti İsxak Hersoqun iqtisadiyyat naziri Mikayıl Cabbarovla görüşü zamanı  Azərbaycan və İsrail xalqları arasında tarixi və mədəni əlaqələr vurğulanıb, dövlət başçılarının təşəbbüsləri sayəsində münasibətlərin strateji müttəfiqlik səviyyəsində olduğu diqqətə çatdırılıb. 

Tərəflər qarşılıqlı əlaqələrin istiqamətləri və iqtisadi əməkdaşlıq məsələlərini nəzərdən keçiriblər. Həmçinin, ölkəmizin Orta Asiyaya çıxış nöqtəsi kimi dəyərləndirilməsi, ikitərəfli və çoxtərəfli formatlarda əlaqələrin inkişafı perspektivləri haqqında fikir mübadiləsi aparılıb. 

İsrailin energetika və infrastruktur naziri Eli Kohenlə görüşdə enerji sahəsində səmərəli qarşılıqlı münasibətlərin qurulduğu, bu istiqamətdə işbirliyinin gücləndirilməsi məqsədilə işlərin davam etdirildiyi qeyd edilib, iqtisadi tərəfdaşlığın inkişafı imkanları diqqətə çatdırılıb. Azərbaycanın İsrailin enerji təhlükəsizliyində rolu, bu ölkənin qaz yataqlarının istismarında SOCAR-ın təcrübəsindən istifadənin önəmi qeyd olunub. Görüş zamanı iqtisadi sferada əhəmiyyətli təşəbbüs və layihələr, enerji gündəliyinin prioritet istiqamətləri dəyərləndirilib. 

İsrailə səfər çərçivəsində bu ölkənin Eksklüziv İqtisadi Zonasında (EEZ) “I” blokunda kəşfiyyat üçün lisenziyaların təqdim edilməsi mərasimi keçirilib. Tədbirdə iqtisadiyyat naziri Mikayıl Cabbarov, SOCAR-ın prezidenti Rövşən Nəcəf, İsrailin enerji və infrastruktur naziri Eli Koen və digər rəsmi şəxslər iştirak ediblər. Bu, SOCAR-ın Azərbaycandan kənarda ilk kəşfiyyat layihəsidir. 

Lisenziyalar SOCAR-ın beynəlxalq mövqeyinin möhkəmlənməsi və innovativ təcrübələrdən yararlanması baxımından strateji üstünlüklərə malikdir. Səfərdə həmçinin, SOCAR və “Union Energy” şirkəti tərəfindən Eksklüziv İqtisadi Zonasında birgə kəşfiyyat işlərinin aparılması üzrə Anlaşma Memorandumu imzalanıb. Sənədi SOCAR-ın prezidenti Rövşən Nəcəf və “Union Energy” şirkətinin icraçı direktoru Oded Nagar imzalayıblar. Vurğulanıb ki, sənədin icrası tərəflərin beynəlxalq əməkdaşlıq şəbəkəsinin genişləndirilməsinə və yeni enerji ehtiyatlarına çıxışına təkan verəcək.

Azərbaycanla İsrail şirkətləri  arasında imzalanan memorandumun əhəmiyyəti ilə bağlı millət vəkili Azər Badamov “Cebheinfo.az”-a bildirib ki, İsraildə SOCAR və “Union Energy” şirkəti tərəfindən Eksklüziv İqtisadi Zonasında birgə kəşfiyyat işlərinin aparılması üzrə Anlaşma Memorandumunun imzalanması, sənədin  icrası tərəflərin beynəlxalq əməkdaşlıq şəbəkəsinin genişləndirilməsinə və yeni enerji ehtiyatlarına çıxışına təkan verəcək:

“Bu, SOCAR-ın Azərbaycandan kənarda ilk kəşfiyyat layihəsidir. SOCAR neft kəşfiyyatı və istehsalı sahəsində böyük təcrübəyə malik şirkətə çevrilib. 

Kəşfiyyat işlərinin aparılması üçün lisenziyanı alması və ölkədən kənarda fəaliyyətə başlanması SOCAR-ın beynəlxalq şirkətə çevrilməsi deməkdir. Gələcəkdə SOCAR digər regionlarda da layihələrin reallaşdılmasında iştirak edə bilər”. 

Deputat bu  memorandum həm də ölkələrimiz arasında münasibətlərin möhkəmlənməsi baxımından çox əhəmiyyətli hesab edir: 

“Azərbaycanın əsrlərlə neft sahəsində qazandığı təcrübəsi ölkə hüdudlarından kənarda tətbiq olunmağa başlanıb və bunu həm gəlirlərin əldə olunması, həm də beynəlxalq mövqelərimizin möhkəmlənməsi baxımından əhəmiyyətli hesab edirəm”.

Nigar Abdullayeva
“Cebheinfo.az”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:113
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 19 Mart 2025 15:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna və Finlandiya prezidentləri ABŞ görüşləri öncəsi məsləhətləşmələr aparıblar

26 Dekabr 2025 22:06see193

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

26 Dekabr 2025 20:07see165

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see160

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see150

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

26 Dekabr 2025 18:02see149

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see149

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

26 Dekabr 2025 19:26see149

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see144

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see139

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see135

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see135

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see134

2025 ci il Qafqaz Müsəlmanları İdarəsi üçün nə ilə yadda qaldı?

27 Dekabr 2025 00:47see134

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see133

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see133

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see132

İlon Maskın “Grok”u “ChatGPT” və “Google Gemini”dən üstün adlandırıldı

26 Dekabr 2025 23:07see131

Türkiyə millisinin üzvü keçmiş komandasına qayıda bilər

27 Dekabr 2025 00:52see127

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see127

Azərbaycan və BƏƏ hərbçilərinin birgə təlimi keçiriləcək

26 Dekabr 2025 19:06see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri