Icma.az
close
up
RU
Azərbaycanın multikultural irsində İsmayıllı molokanlarının toy mərasimləri

Azərbaycanın multikultural irsində İsmayıllı molokanlarının toy mərasimləri

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 12 iyun, AZƏRTAC

AMEA Folklor İnstitutunun Azsaylı xalqların folkloru şöbəsində elmi seminar keçirilib.

İnstitutdan AZƏRTAC-a bildirilb ki, seminarda şöbənin aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru Vüsal Səfiyeva “İsmayıllı molokanlarının toy adətləri” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə Azərbaycanda yaşayan azsaylı xalqların və etnik qrupların mədəni irsinin öyrənilməsinin əhəmiyyətindən bəhs olunub, müxtəlif etnokonfessional icmaların ölkəmizin tolerantlıq ənənələrinin formalaşmasındakı roluna diqqət çəkilib. Bildirilib ki, molokanlar Şirvan bölgəsində, əsasən İsmayıllı rayonunun İvanovka kəndində yaşayan və öz dini-mədəni kimliyini qoruyub saxlayan etnik qruplardan biridir.

Tədqiqatçı molokanların Rusiyadan Cənubi Qafqaza köçürülməsi, dini dünyagörüşü və məişət xüsusiyyətləri haqqında ətraflı məlumat verib. Bildirilib ki, molokanlar XVIII əsrdə pravoslavlıqdan ayrılmış “mənəvi xristianlar” cərəyanının davamçılarıdır və iki əsrdən artıq müddətdə öz adət-ənənələrini yaşatmağı bacarıblar. Məruzəçi İvanovka kəndinin tarixi, sosial-mədəni həyatı, molokan icmasının təsərrüfat fəaliyyəti və ailə münasibətlərindən də bəhs edib. Vurğulanıb ki, molokanların toy mərasimləri dini inancları və patriarxal həyat tərzi ilə sıx bağlıdır.

Çıxış zamanı toy mərasiminin əsas mərhələləri - gənclərin tanışlığı, elçilik, nişanlanma, başlıq pulu, cehiz hazırlığı, toyqabağı mərasimlər, nikah və toy süfrəsi haqqında geniş məlumat təqdim olunub. Bildirilib ki, toylar əsasən payız və qış aylarında keçirilir, mərasimlərdə dini ayinlər və dualar mühüm yer tutur, spirtli içkilərdən istifadə olunmur, qonaqlara isə ənənəvi yeməklər təqdim edilir.

Məruzədə XIX əsrin sonlarına aid etnoqrafik mənbələrdə, SMOMPK məcmuəsində İvanovka molokanlarının toy adətlərinin ətraflı təsvir olunduğu qeyd edilib. Müasir dövrdə də bu ənənələrin bir çoxunun qorunub saxlanıldığı, bəzi elementlərin isə zamanın tələblərinə uyğun şəkildə dəyişdiyi vurğulanıb.

Sonda İsmayıllı molokanlarının toy adətlərinin Azərbaycanın multikultural və etnomədəni irsinin mühüm tərkib hissəsi olduğu qeyd edilib.

Seminar iştirakçıları mövzu ətrafında fikir mübadiləsi aparıblar.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://azertag.az
archiveBu xəbər 12 İyun 2026 10:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri