Icma.az
close
up
RU
Azərbaycanın parlamentarizm tarixi: Demokratiyanın təzahürü

Azərbaycanın parlamentarizm tarixi: Demokratiyanın təzahürü

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Demokratik dəyərlərin seçkili qurumlarda təzahürü bu istiqamətdə uğuru siyasət aparıldığını göstərən əsas faktordur. 

Azərbaycanda demokratik ənənələrin formalaşması hələ 2000-ci illərdə başlamışdı. Aydındır ki, demokratiyaya keçid ani qərarlarla mümkün deyil. Bu proses uzun və çətin yoldur və təkamül yolu ilə formalaşmalı, davamlı xarakter almalıdır.

Azərbaycanda bu prosesin ən bariz nümunəsi Milli Məclisidir. 

Xronoloji ardıcıllığa nəzər saldıqda, parlamentdə təkamül yolu ilə demokratik ənənələrin formalaşması prosesini aydın şəkildə görmək mümkündür.

Belə ki, 6 noyabr 2005-ci il, 7 noyabr 2010-cu il, 1 noyabr 2015-ci il, 9 fevral 2020-ci il və 1 sentyabr 2024-cü il tarixlərində keçirilən parlament seçkiləri ölkədə təkamül yolu ilə demokratik ənənələrin formalaşması prosesinin mühüm tərkib hissəsidir. 

Parlament tərkibin formalaşmasından əvvəl elan olunan seçkilərə hər keçən ildə cəmiyyətin marağının artması, eyni zamanda ildən-ilə seçkilərə qatılan namizədlərin sayının və müxtəlifliyinin artması bu prosesin mərhələli şəkildə uğurla getdiyini göstərir.

Parlament tərkibinin formalaşmasından sonra isə hər il bu istiqamətdə müxtəlif yeniliklərə imza atılır ki, bunun ən mühim hissəsi isə Milli Məclis rəhbərliyində müxalifət nümayəndələrinin təmsil olunmasıdır.

Belə ki, Azərbaycanın müstəqil parlamentarizm tarixində ilk dəfə olaraq 2020-ci ildə müxalif siyasi partiyalar qanunvericilik orqanının rəhbərliyində təmsil olunmağa başladılar. Milli Məclisin sədr müavini, komitə sədri və sədr müavinləri vəzifəsinə müxalif siyasi partiyaların nümayəndələri seçildi. 

O dövr üçün bu gediş parlamentdə demokratik dəyərlərə verilən önəmin göstəricisi idi. Məhz 2020-ci ilin seçkilərindən sonra parlamentin ilk iclasında çıxış edən Prezident İlham Əliyev belə demişdi:

“Beləliklə, bütün siyasi qüvvələrin iştirak etdiyi seçkilər nəticəsində çoxpartiyalı parlament formalaşıb və hesab edirəm ki, bu, demokratiyanın inkişafında önəmli addımdır. Bildiyiniz kimi, Yeni Azərbaycan Partiyası yerlərin əksəriyyətini qazanıb. Təbii ki, Yeni Azərbaycan Partiyasının Milli Məclisdə sözü kifayət qədər qiymətlidir və təsirlidir.

Yeni Azərbaycan Partiyasını təmsil edən deputatlar bu gün səhər mənim tapşırığımla yığışmışlar və önəmli qərarlar qəbul etmişlər. 

Mənim tövsiyəm o olmuşdur ki, partiyaların nümayəndələri altıncı çağırış Milli Məclisin rəhbərliyində və komitələrin rəhbərliyində təmsil olunsunlar.

Bu günə qədər belə bir hal olmamışdır. Keçən çağırış Milli Məclisin komitələrinin rəhbərliyində, parlamentin rəhbərliyində müxalifət nümayəndələri təmsil olunmurdu. Ancaq mən hesab edirəm ki, Azərbaycanda siyasi sistemi möhkəmləndirmək, siyasi münasibətləri sağlam zəmində gücləndirmək üçün buna ehtiyac var.

Əlbəttə, hesab edirəm ki, Yeni Azərbaycan Partiyası ümumi maraqlar naminə bu sahədə də çox düzgün addım atır”, - deyə Prezident İlham Əliyev Milli Məclisin 2020-ci ilin 10 mart tarixində keçirilən ilk iclasında çıxışı zamanı vurğulayıb.

Bu isə onu göstərir ki, demokratik ənənələrin formalaşması, inkişaf etdirilməsi dövlət siyasətinin tərkib hissəsidir və bu gün də bu istiqamətdə ardıcıl işlər aparılır.

Beləliklə də, 10 siyasi partiyanın (Yeni Azərbaycan Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası, Ana Vətən Partiyası, Böyük Quruluş Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Demokratik İslahatlar Partiyası, Azərbaycan Demokratik Maarifçilik Partiyası, Vəhdət Partiyası, ReAL Partiyası, Milli Cəbhə Partiyası) VI çağırış Milli Məclisdə təmsil olunması bilavasitə ölkədə yaşanan demokratik münasibətlərin təzahürü idi. 

VII çağırış parlament seçkilərində də bir çox ilklər yaşandı ki, onların da ən vacibi seçkilərin bütün Azərbaycan ərazilərində baş tutması idi. Belə ki, Milli Məclisə 2024-cü il sentyabrın 1-də keçirilən növbədənkənar parlament seçkiləri ilk dəfə olaraq Qarabağ daxil olmaqla Azərbaycanın bütün ərazisində baş tutdu. Seçkilərdə isə 68 nəfər Yeni Azərbaycan Partiyasından, 13 nəfər müxalifət partiyalarından, 44 nəfər isə bitərəf statusu ilə parlamentin VII çağırışının tərkibini formalaşdırdı. 

Seçkilərdə nəticə qazanan 10 müxalifət partiyasından Vətəndaş Həmrəyliyi Partiyası 3, Ədalət, Hüquq, Demokratiya Partiyası 2, digər 8 partiyanın (Ana Vətən Partiyası, Demokratik İslahatlar Partiyası, Böyük Quruluş Partiyası, Azərbaycan Demokratik Maarifçilik Partiyası, ReAL Partiyası, Böyük Azərbaycan Partiyası, Azərbaycan Milli İstiqlal Partiyası, Milli Cəbhə Partiyası) hər biri 1 nəfərlə Milli Məclisdə təmsil olundu. 

VII çağırış parlamenti də demokratik dəyərləri ön planda tutaraq ötən çağırışda olduğu kimi müxalifət təmsilçilərini Milli Məclisin rəhbərliyinə seçilməsi təşəbbüsünü göstərdi. 

Bununla da Milli Məclis sədrinin 1 müavini, 1 komitə sədri, 5 komitə sədrinin müavini, 1 komissiya sədrinin müavini müxalifət partiyasının nümayəndəsi seçildi.

Seçkili qurumda yaranan və inkişaf edən bu ənənə demokratik dəyərlərin sürətlə inkişaf etdiyinin təzahürüdür. Onu da nəzərə almaq lazımdır ki, parlament demokratiyası, azad cəmiyyət kimi fundamental dəyərlər Azərbaycan xalqının müasir həyatında əhəmiyyətli yer tutur.

Bu dəyərlərin qorunması və inkişafı isə dövlət üçün əsas prioritetlər sırasındadır ki, bunu da parlament tarixinə qısa nəzər salaraq görmək mümkündür.

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri, deputat Arzuxan Əlizadə “Cebheinfo.az”-a açıqlamasında deyib ki, parlamentdə azlıqda olan partiyaların rəhbərlikdə təmsil olunması demokratiyanın təzahürüdür:

“2019-cu ildə ölkədə fəaliyyət göstərən bütün siyasi təşkilatlarla bir araya gələrək təkliflərimizi ümumiləşdirməyi və ümumi konsensusla qəbul edilmiş təkliflər paketini həm ictimaiyyətə, həm də hakimiyyətə təqdim etməklə bağlı bir təşəbbüsüm oldu.

Dörd partiya olaraq biz həmin təşəbbüsü yürütdük və bütün siyasi təşkilatlarla görüşlərimiz oldu. Təəssüflər olsun ki, bütün partiyalar bu təşəbbüsə lazımı səviyyədə qoşulmadılar. Amma 14 partiyanın birgə imzaladığı birgə sənəd ərsəyə gəldi.

Həmin təkliflər paketində də parlamentdə azlıqda olan partiyaların Milli Məclis rəhbərliyində təmsil olunması ilə bağlı bir təklif vardı. Konkret olaraq bu təklif qəbul edildi və elə 2020-ci il seçkilərindən sonra parlamentdə azlıqda olan partiyalar da Milli Məclis rəhbərliyində təmsil olundular.

Bunu da biz parlamentdaxili demokratik ənənələrin formalaşmasının davamı kimi dəyərləndirdik. 2024-cü il seçkilərindən sonra da bu ənənə davam etdirildi. 

Parlamentdə sədr müavinlərindən biri, komitə sədrlərindən biri azlıqda olan partiyaların təmsilçisidir.

Eyni zamanda, digər partiya təmsilçiləri də komitə sədrlərinin müavini olaraq faktiki Milli Məclis rəhbərliyində təmsil olunurlar.
Bu da partiyalara yaranmış imkan və demokratiyanın təzahürü kimi qiymətləndirmək olar”.

Vilayət Muxtar
“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:230
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 21 Dekabr 2024 13:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see765

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see504

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see298

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see286

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see273

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see268

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see267

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see265

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see248

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see237

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see225

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see223

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see222

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see220

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see216

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see216

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see215

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see206

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see198

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri