Icma.az
close
up
RU
Azərbaycanın paytaxtını dəyişmək realdırmı? Qarşıdakı PLANLAR

Azərbaycanın paytaxtını dəyişmək realdırmı? Qarşıdakı PLANLAR

Olke.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycanda paytaxtın köçürülməsi mövzusu zaman-zaman gündəmə gəlir. Müzakirələr zamanı ilk versiya kimi paytaxtın Gəncə və digər böyük şəhərlərə köçürülə biləcəyi ilə bağlı fikirlər səsləndirilir.

Bu dəfə isə Mətbuat Şurasının sədri Rəşad Məcid Ağdamda və Xankəndidə yeni paytaxt salınmasını təklif edib.

Beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli siyasi baxımdan belə bir qərarın verilib-verilməməsi barədə Ölkə.Az-a danışıb. 

O, hesab edir ki, hazırkı vəziyyətdə paytaxtın köçürülməsi Azərbaycan üçün prioritet məsələlərdən biri deyil:

“Ümumiyyətlə, paytaxtların köçürülməsi və ya dəyişdirilməsi sosial, mədəni, iqtisadi, siyasi, hərbi, strateji mövqelərdən və qərarlardan, bir az da dərin şəkildə konstitutsion müzakirələrdən asılıdır. Məncə, inzibati qərarla həll olunması doğru da deyil. Çünki nəticədə bu, sosial bir hadisədir. Onun iştirakçıları cəmiyyətin bütün təbəqələrində təmsil olunan sosial qruplardır. Bunlarsız mümkün deyil. 

Amma bir bu suala cavab vermək lazımdır ki, Azərbaycanın dövlət siyasətinin prioriteti nədir?
Prioritet heç bir halda paytaxtın köçürülməsi deyil. Prioritet bütövlükdə Qarabağa, azad torpaqara qayıdış, yendiənqurmadır. Bunu da bir az ümumiləşdirsək, təhlükəsizlik qayğılarıdır. Çünki yerləşdiyimiz coğrafiyanın ciddi təhlükəsizlik və hərbi problemləri var. Bunları həll etmədən paytaxt dəyişikliyinə getmək nə dərəcədə uyğundur?! Yəni ölkənin öncəliyi paytaxt dəyişdirmək ola bilməz. Bu xüsusda yanaşanda görürük ki, 5 vacib məsələ saysaq, bu, 6-cı yerdə dayana bilər”.

Bununla belə Ə.Əlibəyli hesab edir ki, Bakı paytaxt olaraq coğrafi baxımdan uğursuz mövqedədir:

“Eyni zamanda özümüzü də incə bir məqam üzərindən təkzib etməli oluruq. Bu da hərbi təhlükəsizliyin təminatında Bakının uğursuz bir coğrafiyada yerləşməsi faktorudur. Təsəvvür edin ki, ölkənin strateji idarələri ilə Xəzər dənizi arasındakı məsafə 5-10 km-dir. Bu, dəniz müdafiə sistemlərinə ciddi əngəllər yaradır. Bu mənada bir məntiq də var ki, paytaxt ölkənin mərkəzində olsa daha yaxşıdır.

Əslində, paytaxtın nəzərdə tutulmuş paytaxt kimi köçürülməsi deyil, bəlkə də, mobil paytaxt kimi köçürülməsinə imkan yarana bilər. Bir halda təhsil şəhərciyinin və idarəetmə sturukturundakı qurumların köçürülməsi ola bilər. Amma bu da qarşıdakı müddətdə baş tutacaq bir plan ola bilər. 
Lakin Bakının iqtisadi ağırlığı, infrastruktur mərkəzli olması və əmək bazarını özündə cəmləşdirməsi digər paytaxt ideyalarını uğursuz edir”.

Billurə Yunus

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:238
embedMənbə:https://olke.az
archiveBu xəbər 25 Fevral 2025 15:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see306

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see285

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see262

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see257

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see251

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see232

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see227

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see216

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see212

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see211

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see208

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see206

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see200

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see193

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see192

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see189

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see187

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see177

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see175

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri