Azərbaycanın qadın güləşçisi Avropa çempionatında finala yüksəlib
Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.
Azərbaycanın qadın güləşçisi Elnurə Məmmədova (53 kq) Albaniyanın paytaxtı Tiranada keçirilən U-23 Avropa çempionatında finala yüksəlib.
Oxu.Az xəbər verir ki, o, italiyalı Mariya Feroneyə (11:0) və ispaniyalı Karla Solerə (12:0) tam üstünlüklə qalib gələrək finala adlayıb.
Təmsilçimiz sabah həlledici mərhələdə rusiyalı Yekaterina Karpuşkinayla qarşılaşacaq.
Gültəkin Şirinova (57 kq) 1/4 finalda belaruslu Arina Martinavaya 2:10 hesabıyla uduzub. Rəqib finala yüksəldiyi üçün o, sabah təsəlliverici görüşdə türkiyəli Əminə Çakmakla güləşəcək.
Ruzanna Məmmədova (65 kq) əvvəlcə polşalı Olqa Padoşiki (6:3), daha sonra isə rusiyalı Yekaterina Koşkinanı (8:6) mübarizədən kənarlaşdırıb. Ruzanna yarımfinalda belaruslu Kseniya Tsiareniyaya 1:3 hesabıyla məğlub olub. Məmmədova sabah bürünc medal uğrunda Oleksandra Rıbak (Ukrayna) - Beyza Akkuş (Türkiyə) görüşünün qalibiylə üz-üzə gələcək.
Birgül Soltanova (62 kq) isə 1/4 finalda fransalı İris Tibuya 1:3 hesabıyla məğlub olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 11 Mart 2025 23:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















