Icma.az
close
up
RU
Qarabağda uğurlu antiterror əməliyyatı hərbi tariximizin parlaq səhifəsidir

Qarabağda uğurlu antiterror əməliyyatı hərbi tariximizin parlaq səhifəsidir

Icma.az, Milli.az portalına istinadən məlumat verir.

İkinci Qarabağ müharibəsində əldə edilən böyük Zəfərin davamı olaraq, 19-20 sentyabr 2023-cü ildə cəmi 23 saat ərzində müvəffəqiyyətlə lokal antiterror əməliyyatının keçirilməsi erməni separatizminin məhvinə və konstitusiya-hüquq nizamının bütün ölkə ərazisində bərpasına gətirib çıxardı. 

Azərbaycan Respublikası Prezidentinin dediyi kimi, qisamüddətli "əməliyyat nəticəsində rəşadətli Azərbaycan Ordusu qarşısında qoyulmuş bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirmişdir. Beləliklə, növbəti parlaq Qələbə nəticəsində Azərbaycan Respublikasının suverenliyi tam bərpa edilmişdir. Azərbaycan xalqının həyatında müstəsna əhəmiyyət kəsb edən şanlı Zəfər sayəsində bu gün Azərbaycan Respublikasının Dövlət Bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanmaqdadır".

Bir sutkandan da az müddətdə 406 kvadratkilometr ərazi düşməndən azad edilərək, Silahlı Qüvvələrimizin nəzarətinə keçdi. Əməliyyat nəticəsində düşmənin 8 tankı, 22 artilleriya qurğusu, 14 minaatanı, 3 zenit-raket kompleksi, 8 radioelektron mübarizə vasitələri, 9 hərbi nəqliyyat vasitəsi olmaqla çoxsaylı silah və texnikası məhv edildi, 1731 müxtəlif döyüş texnikası ələ keçirildi.

İkinci Qarabağ müharibəsi dövründə olduğu kimi, antiterror əməliyyatının gedişində Azərbaycan tərəfi ciddi şəkildə beynəlxalq humanitar hüquq normalarına riayət etdi. 12 avqust 1949-cu il tarixli Dörd Cenevrə Konvensiyalarından irəli gələn öhdəliklər nəzərə alınaraq,  təhlükəsizliyinə zəmanət verilən inzibati, sosial, təhsil, tibbi, dini və digər obyektlərin mühafizə və müdafiəsi təşkil edildi, qadınlar, uşaqlar, qocalar, habelə fiziki imkanları məhdud olan şəxslərə və xəstələrə lazımi yardımlar göstərildi. Bu addımlar əyani şəkildə nümayiş etdirdi ki, Azərbaycan Respublikası hər zaman üzərinə götürdüyü beynəlxalq öhdəliklərə sadiqdir.    
Mühüm məqamlar sırasında Azərbaycan ərazisində qanunsuz yerləşən işğalçı Ermənistanın qoşun birləşmələrinin tam şəkildə tərksilah edilməsi, ölkə ərazisindən qovulması, marionet xunta rejiminin ləğvi və separatçıların rəhbərlərinin həbsi xüsusi olaraq qeyd edilməlidir. Xankəndi, Xocalı, Ağdərə, Xocavənd, Əsgəranda üçrəngli bayrağımızın dalğalanması ərazi bütövlüyümüzün və suverenliyimizin bərpasini bütöv dünya birliyinə bəyan etdi.  

Nizami Səfərov,
Azərbaycan Respublikası Milli Məclisinin deputatı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:197
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 23 Sentyabr 2025 09:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri