Icma.az
close
up
RU
Azərbaycanın QDİƏT sədrliyi çərçivəsində XİN rəhbərləri Şurasının 50 ci yubiley iclası təşkil olunub

Azərbaycanın QDİƏT sədrliyi çərçivəsində XİN rəhbərləri Şurasının 50 ci yubiley iclası təşkil olunub

Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

27 iyun tarixində Azərbaycan Respublikasının Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) sədrliyi çərçivəsində QDİƏT Xarici İşlər Nazirləri Şurasının 50-ci yubiley iclası videokonfrans formatında təşkil olunub.

XİN-dən APA-ya verilən məlumata görə iclas zamanı müxtəlif sahələr üzrə QDİƏT daxilində mövcud təşəbbüslərin və yeni layihələrin reallaşdırılması, Təşkilatın müxtəlif sahəvi İşçi Qruplarının fəaliyyətinin nəticələri, QDİƏT-Avropa İttifaqı münasibətlərinin inkişaf etdirilməsi və təşkilatın iqtisadi gündəliyinin həyata keçirilməsi ətrafında fikir mübadiləsi aparılıb.

Bununla yanaşı, QDİƏT-in əlaqəli qurumları ilə əməkdaşlığın xüsusi rolunu nəzərə alaraq, onlarla mövcud qarşılıqlı fəaliyyət nəzərdən keçirilərək hazırkı əməkdaşlığın gücləndirilməsi üçün gələcək imkanlar müzakirə olunub.
QDİƏT regionunda əməkdaşlığın hazırkı durumu və inkişaf perspektivlərinə dair üzv ölkələrin nümayəndə heyətləri rəhbərlərinin çıxışları səsləndirilib, müvafiq qərar, tövsiyə və qətnamələr Nazirlər Şurası tərəfindən qəbul edilib.

Üzv ölkələr və QDİƏT Baş Katibi öz çıxışlarında son yarım il ərzində təşkilatın fəaliyyətini sədr ölkə qismində “Bağlantıların gücləndirilməsi, inkişafın təşviqi” şüarı altında fəal, inklüziv və effektiv şəkildə əlaqələndirdiyinə və irəlilətdiyinə görə Azərbaycan tərəfinə öz minnətdarlığını ifadə ediblər. Toplantının sonunda təşkilatda sədrlik növbəti altı ay müddətinə Bolqarıstana təhvil verilib.
Azərbaycan Respublikasının sədrliyi dövründə QDİƏT çərçivəsində regional iqtisadi əməkdaşlığın dərinləşdirilməsi, nəqliyyat, enerji, rəqəmsallaşma və ticarət sahələrində inteqrasiyanın təşviqi istiqamətində ardıcıl və məqsədyönlü iş aparılıb. Azərbaycan eyni zamanda, QDİƏT Biznes Şurasına və QDİƏT Parlament Assambleyasına (PABSEC) da sədrlik edib və bu format çərçivəsində üzv dövlətlərin müvafiq qurumları arasında əməkdaşlığın gücləndirilməsinə xüsusi diqqət ayırıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:125
embedMənbə:https://apa.az
archiveBu xəbər 27 İyun 2025 21:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see200

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see191

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see186

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see167

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see167

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see148

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see143

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see143

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see138

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see137

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see130

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Xamenei: Etirazlar Trampın maraqlarına xidmət edir

09 Yanvar 2026 21:12see127

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see126

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see125

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri