Icma.az
close
up
RU
Hindistanın Azərbaycanın ŞƏT ə üzvlüyünə veto qoyması bu ölkənin cılızlığını göstərir Deputat

Hindistanın Azərbaycanın ŞƏT ə üzvlüyünə veto qoyması bu ölkənin cılızlığını göstərir Deputat

Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Məlum olduğu kimi, Çin Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzvlüyünü dəstəkləsə də, Hindistan təklifi yenə bloklayıb. Pakistan isə Ermənistanın ŞƏT-ə üzvlüyünü bloklayıb. Bu addım Hindistanın Azərbaycanın üzvlük müraciətini yenidən bloklamasına cavabdır.

Hindistanın Azərbaycanın sözügedən təşkilata tamhüquqlu üzvlük təklifini bloklamasının səbəbi nə ola bilər?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirdi ki, Azərbaycan Respublikasının Şanxay Əməkdaşlıq Təşkilatına tamhüquqlu üzvlüyünə dair müraciəti qarşısında Hindistanın əngəl kimi çıxış etməsi, yəni Bakının bununla bağlı ərizəsinə veto qoyması istər beynəlxalq münasibətlər prinsipləri baxımından, istərsə də çoxtərəfli diplomatiya prinsipləri baxımından qəbuledilməzdir və Hindistanın xarici siyasət kursunun cılızlığını, acizliyini göstərir.

"Sirr deyil ki, Hindistanın Azərbaycana münasibətdə bu cür radikal və yolverilməz münasibəti Azərbaycan-Pakistan münasibətləri ilə, daha doğrusu Azərbaycanın Pakistanın beynəlxalq hüququn aliliyinə əsaslanan mövqeyini dəstəkləməsi ilə bağlıdır. Baxmayaraq ki, Şanxay Əməkdaşlıq Təşkilatının təməl prinsipləri çoxtərəfli diplomatiyaya əsaslanır, yəni heç bir üzv dövlət digər dövlətə münasibətdə ikitərəfli mübahisələri çoxtərəfli platformaya daşımamalıdır, lakin Hindistan Azərbaycan-Pakistan münasibətlərinə əsaslanaraq Azərbaycanın təşkilata üzvlüyü qarşısında əngələ çevrilir ki, bu da təşkilatın özünün həm qarşısında duran mövcud vəzifələr, həm də perspektivləri baxımından yolverilməz presedentlərə gətirib çıxarır. Bu mənada, Şanxay Əməkdaşlıq Təşkilatının üzvləri Hindistana müvafiq şəkildə təsir göstərməli və Hindistanın bu cür qəbuledilməz davranışları ifşa edilməlidir. Həmçinin Hindistana xatırladılmalıdır ki, uzun bir dövr ərzində, yəni Azərbaycan və Ermənistan arasında münaqişənin davam etdiyi bir periodda Hindistan davamlı şəkildə işğala, təcavüzə, separatizmə dəstək vermiş, hətta münaqişədən sonra belə münaqişənin yenidən alovlanması üçün Ermənistanın revanşist dairələrinin silah-sursat və siyasi dəstəklə təchiz olunmasını davam etdirmişdir. İndiki məqamda, Azərbaycan və Ermənistanın artıq ortaq yol tapdığı bir şəraitdə Hindistanın bu dəfə aqressiv ritorikasını başqa bir müstəviyə keçirməsi əslində Hindistanın bölgə üçün təhdidə çevrildiyini, öz bölgəsində və bütövlükdə üzv olduğu Şanxay Əməkdaşlıq Təşkilatında sağlam, sülh və sabitlik, iqtisadi əməkdaşlıq mühitinə ciddi təhdid kimi çıxış etdiyini göstərməkdədir", - deyə millət vəkili qeyd etdi.

Xədicə BAXIŞLI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:57
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 02 Sentyabr 2025 19:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see279

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see241

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see171

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see152

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see145

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri