Icma.az
close
up
RU
Hindistanın vetosu: Azərbaycanın ŞƏT üzvlüyünə gedən yolunda müvəqqəti əngəl

Hindistanın vetosu: Azərbaycanın ŞƏT üzvlüyünə gedən yolunda müvəqqəti əngəl

Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.

Müasir beynəlxalq münasibətlər sistemində regional təşkilatların çəkisi sürətlə artır. Qlobal güc mərkəzlərinin rəqabəti fonunda dövlətlər təkcə ikitərəfli əlaqələrlə kifayətlənmir, həm də müxtəlif çoxşaxəli qurumlara qoşularaq həm siyasi, həm iqtisadi, həm də təhlükəsizlik sahəsində öz mövqelərini möhkəmləndirməyə çalışırlar. Bu mənada Avrasiya məkanında fəaliyyət göstərən Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) son illərdə diqqət mərkəzinə çevrilib.

2001-ci ildə yaradılmış bu qurum ilk vaxtlarda yalnız təhlükəsizlik və sərhəd məsələlərini hədəfləsə də, zaman keçdikcə iqtisadi əməkdaşlıq, enerji, nəqliyyat və geosiyasi məsələləri də gündəminə daxil etdi. Bu gün təşkilatın sıralarında dünyanın ən böyük dövlətlərindən bəziləri - Çin, Rusiya, Hindistan və Pakistan yer alır. Bu fakt təkcə təşkilatın nüfuzunu göstərmir, həm də onun üzvlüyünə can atan ölkələrin sayını artırır.

Azərbaycan da ŞƏT-in fəaliyyətində uzun illərdir müşahidəçi qismində iştirak edir və bu platforma vasitəsilə həm regional əməkdaşlığını genişləndirməyə, həm də yeni siyasi və iqtisadi dividendlər qazanmağa çalışır. Coğrafi mövqeyi, enerji resursları, Cənubi Qafqazda aparıcı aktor olması Azərbaycanın bu təşkilata tamhüquqlu üzvlük istəklərini əsaslandırır.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Əli Mustafa bildirib ki, Hindistanın Azərbaycana qarşı veto qoyaraq Şanxay Əməkdaşlıq Təşkilatına tamhüquqlu üzv olmağımıza mane olması xoş bir hadisə deyil. Əslində, Azərbaycanın təşkilata üzv olması həm ölkəmiz, həm də təşkilat üçün müəyyən siyasi dividendlər gətirə bilərdi. Təəssüf ki, Hindistan buna razılıq vermədi:

"Doğrudur, Hindistanın bu addımı atmaq üçün formal bəhanəsi var və bu, daha çox Pakistanla bağlı görünür. Lakin mənə elə gəlir ki, burada başqa motivlər də mövcuddur. Ola bilsin ki, Hindistanın mövqeyinin arxasında Rusiyanın təsiri dayanır. Çünki son vaxtlar Rusiya Zəngəzur dəhlizi məsələsində və ATƏT-in Minsk qrupunun ləğvi məsələsində susqun mövqe sərgilədi. Bu fonda isə Azərbaycanın SCO-ya üzvlük məsələsində qarşısına Hindistan çıxarıldı və onun vasitəsilə proses yubadıldı".

Əli Mustafa: Azərbaycan isə həm coğrafi, həm siyasi, həm də geosiyasi baxımdan bu təşkilatın üzvü olmağa uyğundur

Onun sözlərinə görə,  bu, ciddi əngəl deyil. Çünki təşkilatın özü struktur baxımından möhkəm deyil, sadəcə toplantılar keçirilir və getdikcə yeni üzvlərlə genişlənir:

"Azərbaycan isə həm coğrafi, həm siyasi, həm də geosiyasi baxımdan bu təşkilatın üzvü olmağa uyğundur. Böyük ehtimalla Çin də Azərbaycanın üzvlüyündə maraqlıdır. Lakin görünən odur ki, Hindistan üzərindən üçüncü qüvvələr bu prosesi əngəlləməyə çalışır".

Müsahibimiz əminliklə diqqətə çatdırıb ki, zamanla Azərbaycan israrla bu istiqamətdə fəaliyyət göstərsə, üzvlük məsələsi açılacaq və Şanxay Əməkdaşlıq Təşkilatı ölkəmizi qəbul edəcək: 

"Sadəcə, hələlik müəyyən vaxt tələb olunur. Bu hadisəni böyük bir uğursuzluq kimi dəyərləndirmək doğru olmaz. Bununla yanaşı, Hindistanla münasibətlərimizi də aydınlaşdırmalıyıq. Çünki əslində nə Azərbaycanın Hindistanla düşmənçilik etməyə, nə də Hindistanın bizə qarşı düşmən mövqeyi tutmağa ciddi əsası var. Bu məsələnin arxasında Hindistan deyil, daha çox başqa güclərin dayandığını düşünmək olar".

Əli Hüseynov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:39
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 04 Sentyabr 2025 12:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see282

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see254

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see233

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see166

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see160

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see153

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see145

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see141

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see141

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see138

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see136

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see133

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see132

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see132

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see132

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see131

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see130

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see130

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see129

“Subway Surfers” 14 il sonra qayıdır

16 Yanvar 2026 21:34see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri