Icma.az
close
up
RU
Azərbaycanın qlobal şahmat taxtasında praqmatik modeli

Azərbaycanın qlobal şahmat taxtasında praqmatik modeli

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Müasir beynəlxalq münasibətlər sistemində geosiyasi güc mərkəzləri arasında rəqabət dərinləşdikcə, kiçik və orta gücə malik dövlətlərin balanslaşdırılmış xarici siyasət yürütməsi həm çətinləşir, həm də strateji əhəmiyyət kəsb edir. Bu çərçivədə Azərbaycan son illərdə regional sabitliyin təminatçısı olmaqla yanaşı, həm Qərb dövlətləri, həm də qlobal Cənub ölkələri ilə paralel və çoxşaxəli əməkdaşlıq quraraq çoxvektorlu diplomatiyanın uğurlu modelini nümayiş etdirir.

Azərbaycanın xarici siyasəti təkcə coğrafi mövqeyinə görə deyil, həm də siyasi çevikliyinə görə postsovet məkanında nümunə göstərilən dövlətlər sırasındadır. Ölkəmiz eyni zamanda Avropa İttifaqı, NATO və Qərb dövlətləri ilə siyasi və iqtisadi əlaqələr saxlayır, enerji təhlükəsizliyi sahəsində strateji rol oynayır, digər tərəfdən isə Rusiya və Çinlə strateji tərəfdaşlıq münasibətləri qurub. İki fərqli geosiyasi düşərgə ilə eyni vaxtda işləmək Azərbaycanın diplomatik çevikliyini göstərsə də, dünya sistemində formalaşan yeni qütblər arasında incə tarazlığın qorunması ehtiyacını da ön plana çıxarır.

Qlobal Cənuba bağlı nisbətən inklüziv və balanslı missiya son illərdə, xüsusilə Ukrayna müharibəsindən sonra Rusiya tərəfindən daha çox ideoloji və qarşıdurma yönlü bir çalarla təqdim olunur. Moskva bu platformanı təkcə iqtisadi əməkdaşlıq imkanları kimi deyil, həm də Qərbə qarşı “qeyri-Qərb” bloku kimi qələmə verməyə başlayıb. Moskvanın siyasi ritorikasında Qlobal Cənub “qeyri-kolonial dünyanı” təmsil edən, Qərb hegemoniyasına qarşı çıxan cəbhə kimi təqdim edilir. Onun ritorikası, xüsusilə Afrika və Latın Amerikası ölkələrində rezonans doğurmağa hesablanıb. Lakin sual yaranır: Çin, Hindistan, Braziliya və Cənubi Afrika bu yanaşmaya, doğrudan da, şərikdirlərmi? Cavab, sadəcə “yox” deyil, eyni zamanda, “çox komplekslidir”. Məsələn, Çin Qlobal Cənub platformasından, əsasən, öz iqtisadi gücünü artırmaq, yeni bazarlara çıxmaq və “Bir kəmər, bir yol” təşəbbüsünü təşviq etmək üçün istifadə edir. Qlobal Cənub Pekin üçün Qərbə qarşı müharibə meydanı deyil, daha çox iqtisadi təsir dairəsinin genişlənməsi üçün əlverişli alətdir. Çin ABŞ-la rəqabət aparsa da, bu rəqabət daha çox texnologiya, ticarət və təsir dairəsi səviyyəsindədir, birbaşa ideoloji qarşıdurma formatında deyil.

***

Yeri gəlmişkən, Rusiya ilə eyni blokda yer alan Braziliya və Cənubi Afrika daha çox daxili və regional balanslara əsaslanan siyasət yürüdür. Braziliya özünü heç bir halda Qərbə qarşı hər hansı siyasi ittifaqda görmək istəmir. Eyni ilə Cənubi Afrika da Rusiya ilə münasibətlərini tarixi kontekstdə saxlayaraq, Qərblə münasibətlərini sarsıtmaqda maraqlı deyil. Rusiya Qlobal Cənub platformasını geosiyasi qarşıdurma alətinə çevirmək istəsə də, digər tərəfdaşlar bu tendensiyaya ya səssiz qalır, ya da passiv müqavimət göstərirlər. Bu isə onu göstərir ki, layihənin gələcəyi yalnız Moskvanın iradəsindən deyil, üzv ölkələrin praqmatik və fərqli maraqlarından asılı olacaq. Hazırkı şərtlər daxilində Qlobal Cənub daha çox “mövcud nizamın korrektoru” funksiyasını yerinə yetirir, nəinki onun tam əvəzləyicisi rolunu oynayır. Azərbaycan isə bu mürəkkəb və ziddiyyətlərlə dolu qlobal mənzərədə özünəməxsus mövqe tutur. Bloklara qoşulmama fəlsəfəsini və çoxvektorlu xarici siyasət strategiyasını əsas götürən Bakı həm Qərb, həm də Qlobal Cənubla əməkdaşlığı paralel və rasional şəkildə inkişaf etdirir. Bu, təsadüfi və ya taktiki deyil, strateji və uzunmüddətli düşünülmüş bir yanaşmadır. Azərbaycanın diplomatiyası sərt güc yarışında tərəf tutmaq deyil, yumşaq güc vasitəsilə tərəfdaşlıq körpüləri qurmaq üzərində qurulub. Bu da ölkəmizi qlobal qeyri-müəyyənliklər dövründə etibarlı və balanslaşdırıcı aktora çevirir. Azərbaycan Avropa İttifaqı üçün enerji təhlükəsizliyinin mühüm təminatçısı kimi artıq özünü təsdiqləyib. TANAP, TAP, Orta Dəhliz, Cənub Qaz Dəhlizi kimi transmilli layihələr təkcə iqtisadi deyil, həm də siyasi baxımdan Azərbaycanın beynəlxalq nüfuzunu artıran geostrateji addımlardır. Eyni zamanda, 2024-cü ildə Bakının COP29-a ev sahibliyi etməsi Azərbaycanın qlobal ekoloji gündəmdə, yaşıl enerji keçidində və davamlı inkişaf ideyasında liderliyə iddialı bir ölkə olduğunu göstərdi.

Digər tərəfdən, Azərbaycan Rusiya və Çinlə rasional, qarşılıqlı faydalı və neytrallığa əsaslanan tərəfdaşlıq siyasəti yürüdür. Rusiya ilə Zəngəzur dəhlizi, regional təhlükəsizlik və nəqliyyat kommunikasiyalarının açılması məsələlərində dialoq aparılır. Çinlə isə “Bir kəmər, bir yol” təşəbbüsündə iştirak Azərbaycanın Asiya ilə Avropanı birləşdirən mühüm tranzit məkanına çevrilməsi baxımından strateji əhəmiyyət daşıyır. Lakin bu əməkdaşlıqlar heç vaxt üçüncü tərəfə qarşı siyasi təzyiq və ya təsir alətinə çevrilmir. Azərbaycan xarici siyasətini nə Moskvanın orbitinə, nə də Qərbin geosiyasi maraqlarına tabe etdirmir. Bu, Azərbaycanın tamamilə müstəqil və milli maraqlara əsaslanan praqmatik bir modelidir.

***

Beynəlxalq hüquq baxımından hər bir dövlətin istənilən təşkilata qoşulmaq və ya ondan çıxmaq hüququ var. Lakin bu hüququn praktik reallaşması geosiyasi şərtlərlə, diplomatik risklərlə və strateji maraqlarla sıx bağlıdır. Bundan əlavə, Azərbaycanın Qərblə dərin iqtisadi, ticarət və enerji əməkdaşlığı, beynəlxalq təşkilatlarla sıx əlaqələri və Avropa məkanına inteqrasiya səyləri perspektivə hesablanıb. Eyni zamanda, ölkəmiz Çin və Rusiya ilə də qarşılıqlı maraqlara əsaslanan, lakin qarşılıqlı asılılıq yaratmayan tərəfdaşlıq münasibətləri qurur. Bu isə Azərbaycanın öz suverenliyinə, milli təhlükəsizliyinə və beynəlxalq balansına olan həssas yanaşmasının göstəricisidir.

Nəticə etibarilə, Azərbaycan qlobal diplomatiyada “ya bizimləsən, ya onlarla” prinsipi ilə işləyən, keçmişdə qalmış soyuq müharibə paradiqmalarını qətiyyətlə rədd edir. Müasir dövrün çağırışlarına uyğun olaraq, Bakı həm regional güc mərkəzi, həm də beynəlxalq sabitləşdirici faktor kimi çıxış edir. Bütün bunlar Azərbaycanın həm Avropa ilə strateji enerji əməkdaşlığına, həm də Qlobal Cənubla ədalətə və suverenliyə əsaslanan diplomatik həmrəyliyinə əsaslanır.

Qlobal Cənubun Rusiya tərəfindən Qərbə qarşı ideoloji alyans kimi təqdim edilməsinə baxmayaraq, burada çoxtərəfli maraqlar, daxili ziddiyyətlər və strateji müxtəliflik bu iddianı zəiflədərək onun reallıqda geosiyasi “blok” funksiyasını yerinə yetirməsinə imkan vermir. Azərbaycan isə bu ziddiyyətli və çoxqütblü dünyada özünü heç bir güc mərkəzinə birbaşa bağlı olmayan, lakin hamı ilə işləməyə hazır olan rasional, çevik və prinsipial aktor kimi təqdim edir.

Son olaraq qeyd edə bilərik ki, Azərbaycanın xarici siyasətində nümayiş etdirdiyi suverenlik, balans və strateji uzaqgörənlik XXI əsr diplomatiyasının tələb etdiyi əsas keyfiyyətlərdir.

Şəbnəm ZEYNALOVA,
XQ-nin siyasi analitiki, siyasi elmlər üzrə fəlsəfə doktoru

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:110
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 06 İyun 2025 10:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see319

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see316

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see309

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see276

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see271

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see264

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see259

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see255

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see252

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see244

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see227

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see225

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see223

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see222

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see220

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see219

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see215

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see213

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see208

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see205
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri