Icma.az
close
up
RU
Azərbaycanın qonşuluqda qripdən ölən var: Virus bizə də keçə bilərmi?

Azərbaycanın qonşuluqda qripdən ölən var: Virus bizə də keçə bilərmi?

Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Xəbər verildiyi kimi, İranın Hormozqan əyalətində H3N2 qripindən ilk ölüm hadisəsi qeydə alınıb. Məlumata görə, 26 yaşlı xəstə qripdən vəfat edib.

Bu virusun Azərbaycana da keçmə ehtimalı varmı?

Bakıvaxtı.az bununla bağlı Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinə sorğu göndərib.

Sorğuya cavab olaraq qurumdan bildirib ki, hazırda ölkə ərazisində epidimioloji vəziyyət nəzarət altındadır. Mövsümlə əlaqədar olaraq ümumi respirator virus infeksiyalarının artımı müşahidə oluna bilər və bu məqsədlə bütün müraciət edən xəstələrə epidemioloji nəzarət gücləndirilmiş qaydada aparılır:

"Qripəbənzər və ya ağır respirator simptomlarla tibb müəssisələrinə müraciət edən şəxslərdən nümunələr götürülərək Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinin virusoloji laboratoriyasında müayinə edilir. Mövsümi qrip virusları aşkarlanarsa, xəstə klinik vəziyyətinə uyğun olaraq müalicə aldığı müvafiq tibb müəssisəsində nəzarətə götürülür".

Bildirilib ki, ölkədə hər il qripə qarşı vaksinasiya aparılır:

"Fürsətdən istifadə edib xüsusi olaraq risk qrupuna aid şəxsləri – səhiyyə işçiləri, hamilə qadınlar, həmçinin xroniki tənəffüs sistemi xəstəlikləri olan 6 aylıqdan yuxarı insanları –peyvəndləməyə çağırırıq.

Qripə qarşı vaksinasiya ödənişsizdir. Yaşayış və ya iş yeri üzrə əhaliyə ambulator-poliklinik xidmət göstərən dövlət tibb müəssisələrində aparılır".

Respirator infeksiyalardan qorunmaq üçün əl gigiyenası, qapalı məkanlarda maskadan istifadə, xəstəlik əlamətləri olduqda izolyasiya kimi tədbirlərə əməl olunması tövsiyə olunub.

Zeynəb Rzayeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:134
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 04 Dekabr 2025 14:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see509

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see461

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see359

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see300

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see296

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see284

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see267

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see244

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see239

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see232

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see228

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see222

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see220

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see216

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see215

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see210

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see198

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see194

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see186

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri