Təhlükəli virus daha bir ölkəni cənginə alır Ölən var
Icma.az bildirir, Hurriyyet portalına istinadən.
Banqladeşdə Nipah virusu ilə bağlı ölüm hadisəsi qeydə alınıb.
Publika.az xəbər verir ki, xəstəliyin alovlanması qonşu Hindistandakı oxşar hallardan sonra baş verib.
Təxminən 40-50 yaşlarında olan yaşlı qadın xəstə yanvar ayında qızdırma, miqren, həddindən artıq tüpürcək ifrazı, huşun qarışması və qıcolmalar şikayəti ilə tibbi müəssisəyə müraciət edib. O, bir həftə sonra həyatla vidalaşıb. Hhəkimlər isə Nipah virusunu yalnız ölüm hadisəsindən bir gün sonra müəyyən edə biliblər.
Qadın heç bir səyahət etməməsinə baxmayaraq, təmizlənməmiş xurma palması şirəsi istehlak edib ki, bu da yoluxma səbəbi ola bilərdi.
Mərhumla təmasda olan 35 nəfərin hamısı tibbi nəzarət altındadır və onların analizlərinin nəticəsi mənfi çıxıb. Virusun yayılması ilə əlaqədar Asiya ölkələrinin hava limanlarında gələn sərnişinlər üzərində nəzarət gücləndirilib.
Xatırladaq ki, Nipah virusunun ölüm nisbəti 40% ilə 70% arasında dəyişir. İşlənib hazırlanmış vaksinin və spesifik terapevtik vasitələrin olmaması səbəbindən infeksiyadan effektiv müdafiə çətindir. Virusun əsas daşıyıcıları meyvə yarasaları, həmçinin onların ifrazatları ilə çirklənmiş qida məhsulları hesab olunur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 07 Fevral 2026 23:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















