Icma.az
close
up
RU
Azərbaycanın rəqəmsal transformasiyasına dair məqalə dərc olunub

Azərbaycanın rəqəmsal transformasiyasına dair məqalə dərc olunub

Unikal.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Harvard Business Review Türkiye” nəşrinin son sayında Azərbaycanın rəqəmsal transformasiyasına dair geniş məqalə dərc olunub.

"Unikal" xəbər verir ki, məqalədə “Aztelekom” MMC-nin icraçı direktoru Həsən Ömərov və 2023-cü ildə layihənin icrasının həyata keçirilməsinə məsul keçmiş baş icraçı direktor Tural Pirverdiyevin “Onlayn Azərbaycan” təşəbbüsünün nailiyyətləri, məqsədləri və ölkənin rəqəmsal inkişafına verdiyi töhfələr haqqında fikirlərinə xüsusi yer verilib.

Məqalədə qeyd olunur ki, Azərbaycan rəqəmsal transformasiyanı sürətləndirmək məqsədilə mühüm investisiyalar həyata keçirərək 5G infrastrukturu, süni intellekt əsaslı həllər, “bulud” xidmətləri və e-hökumət platformalarının inkişafına xüsusi diqqət yetirib. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin rəhbərliyi ilə icra edilən “Onlayn Azərbaycan” layihəsi genişzolaqlı internetin əhatə dairəsini qısa müddətdə 9%-dən 99,7%-ə yüksəltməklə milyonlarla ev və iş yerini sürətli internetlə təmin edib. Bu transformasiya, eyni zamanda Azərbaycanın BMT-nin E-Hökumət İnkişaf İndeksində əhəmiyyətli irəliləyiş əldə etməsinə də töhfə verib.

Nəşrdə “Aztelekom”un və sektorun digər aparıcı oyunçularının əməkdaşlığı çərçivəsində həyata keçirilən bu layihənin ölkənin rəqəmsal infrastrukturunu gücləndirmək və internetə çıxışı genişləndirmək məqsədini daşıdığı qeyd olunur. Məqalədə layihə çərçivəsində aparılan təhlillərin, texniki-iqtisadi əsaslandırmaların və infrastruktur planlamalarının effektivliyi, təchizat zəncirinin effektiv idarə olunması və logistika proseslərinin yüksək dəqiqliklə icra edilməsinə xüsusi diqqət ayrılıb.

“Harvard Business Review Türkiye”nin baş redaktoru Serdar Turanın suallarını cavablandıran Tural Pirverdiyev bu təşəbbüsün rəqəmsal savadlılıq və istifadəçi adaptasiyasına da xüsusi diqqət yetirərək ölkənin uzunmüddətli rəqəmsal transformasiya hədəflərinə xidmət etdiyini qeyd edir: “Rəqəmsal xidmətlərin geniş tətbiqi cəmiyyətin və biznes mühitinin modernləşməsinə töhfə verərək Azərbaycanın qlobal rəqəmsal indekslərində daha yüksək mövqelərə yüksəlməsinə imkan yaradıb”. 

Həsən Ömərov “Onlayn Azərbaycan” layihəsinin ölkənin iqtisadi şaxələndirilməsini təşviq edərək rəqəmsal iqtisadiyyata keçidini sürətləndirməsini və Azərbaycanın qlobal ticarət dəhlizlərindəki mövqeyini gücləndirməsini xüsusilə vurğulayıb. Onun qeyd etdiyinə görə, bu cür genişmiqyaslı infrastruktur yatırımları sayəsində internet sürətində əhəmiyyətli irəliləyişlər əldə olunub, e-hökumət xidmətləri genişləndirilib və iqtisadi inkişafın sürətlənməsinə mühüm töhfə verilib.
 


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:202
embedMənbə:https://unikal.az
archiveBu xəbər 01 Aprel 2025 14:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see308

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see303

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see262

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see246

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see244

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see237

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see235

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see226

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see224

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see218

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

06 Noyabr 2026 22:30see216

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see212

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see211

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see207

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see205

Qadınlar niyə 40 yaşından sonra daimi yorğunluq hiss edirlər?

06 Noyabr 2026 21:51see205

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see203

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see198

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see197

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri