Icma.az
close
up
RU
Zelenski ruslarla “Azərbaycan variantı”na razılaşdı(mı) KONKRET

Zelenski ruslarla “Azərbaycan variantı”na razılaşdı(mı) KONKRET

Konkret.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ukrayna savaşın bu mərhələsini uduzsa belə, bu qara tarix olmayacaq, zamanında bu qəhrəmanlıqları təkrar etmək istəyəcək nəsil də yetişəcək, onların intiqamı daha ağır olacaq…

KONKRET.az Müsavat-a istinadən xəbər verir ki, Rusiyaya qarşı sanksiyalara baxmayaraq, Putini Ukraynanın torpaqlarını işğal etmək planından vaz keçirmək mümkün olmur. Putin dediyindən dönmür və istədikləri ərazini tam ələ keçirməyənədək nə atəşkəsə, nə müharibəni bitirməyə razı olur.

ABŞ-nin Rusiyanın neft-qaz nəhənglərinə qarşı sanksiyalarının nəıticələrini yəqin ki, bir az gözləmək (Tramp 6 ay deyib) lazım gələcək, amma təhlilçilər də bu qənaətdədir ki, son sərt tədbirlər də müharibəni dayandırmayacaq.

Müharibənin davam etdiyi bu aylar ərzində ümumi rəyə görə, tərəflərdən biri öz resurslarını tam tükənənə qədər savaş davam edəcək. Dəfələrlə Ukraynanın Qərbin dəstəyi ilə müharibədə dönüş edə biləcəyi haqda iddialar da səslənib, amma Rusiya de-fakto yeni-yeni kəndləri, qəsəbələri ələ keçirməkdə davam edir. Son məlumatlara görə, indi əsas döyüşlər strateji Pokrovski uğrunda gedir.

Rusiya prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyev CNN telekanalında bildirib ki, Kiyev və Moskva Ukraynadakı müharibəni diplomatiya yolu ilə bitirməyə yaxındırlar. Onun dediyindən belə nəticə çıxarmaq olar ki, Zelenski Rusiya ordusunun 1991-ci il sərhədlərinə qayıtması şərtindən vaz keçib, cəbhə xəttini “tanıyıb”.

Qarabağın Azərbaycandan qoparılmasında da maraqlı tərəflər vardı, amma onların sayı çox deyildi. Ukraynada isə müharibəni həm də ona görə dayandırmaq olmur ki, savaş istəyən maraqlı tərəflər çoxdur. Bu maraqlı tərəflərin də əsas hədəfi Rusiyanın bu savaşda daha çox “qan itirməsidir”. Rusiya isə sanki ya “qansız”, ya da qanla bəslənən kimi davranmaqdadır, durmur… Ukrayna xalqının əzabları isə heç kimin vecinə deyil. Hətta “SSRİ-nin şinelindən” çıxmış bəzi ölkələr belə, bu savaşın uzanmasında öz maraqları olduğunu gizlətmirlər. Ehtimal edilir ki, Moskva Ukraynada işğalçı savaşı qazanacağı halda, dərhal “yeni SSRİ” yaratmaq, hətta bir neçə qonşu ölkələrə hücum edərək yeni ərazilər iştəhasına düşəcək. Ona görə də Rusiya Ukrayna bataqlığında nə qədər çox qalsa, o qədər yaxşıdır…

Rusiya isə ölkədə bir nəfərin beynində qurduğu planın qurbanı kimi görünür. İndi ölkədə hətta müharibə əleyhinə gitara dıqqıldadan küçə musiqiçilərini belə vətən xaini kimi həbsə atırlar. Obyektiv sorğulardan danışmaq mümkün deyil, amma bəzi mənbələr iddia edir ki, müharibəni ilk gündən dəstəkləməyən 30% olub, indi isə bu rəqəm artıb, amma bu barədə danışmaqdan və açıq mövqe bildirməkdən çəkinirlər. 35% Rusiya hakimiyyətinin mövqeyini müharibəni əvvəl gündən dəstəkləyir, bu rəqəm isə dəyişməz qalır. Rusiyalıların əksəriyyəti sülh danışıqlarının tərəfdarıdır.

Əgər Ukrayna nə vaxtsa işğala qarşı müqaviməti dayandırarsa, heç kim bu qərara görə Kiyevi qinaya bilməz. Əksinə, Ukrayna xalqı böyük silahlı gücə qarşı aylarla müqavimət göstərdiyinə, həm də təkcə müdafiə deyil, Rusiyanın hərbi sənayesinə, iqtisadiyyatına cavab zərbələri vurduğuna görə tarix səhifələrində xatırlanacaqlar.

Rusiya Ukraynanı ildırım sürəti ilə işğal etmək istəyirdi, amma buna nail olmadı. Əlbəttə, bu müqavimətin təşkilində Qərbin hərbi dəstəyinin əvəzsiz rolu olub. Amma işğala qarşı dayanan, torpaqlarının müdafiəsində qəhrəmanlıq göstərən xalqın xidmətlərini də kimsə dana bilməz. Ukrayna savaşın bu mərhələsini uduzsa belə, bu qara tarix olmayacaq, zamanında bu qəhrəmanlıqları təkrar etmək istəyəcək nəsil də yetişəcək, onların intiqamı daha ağır olacaq. Bunu biz yaşadıq, təəssüf ki, Birinci Qarabağ savaşında təkləndik, dövlətin zəif zamanında torpaqlarımızın işğalına qarşı lazımı müqavimət göstərə bilmədik.

Ukraynadakı müharibənin Azərbaycan variantı üzrə yekunlaşması haqda biz çoxdan yazırıq, bu yaxınlarda isə sabiq xarici işlər naziri Kuleba bu barədə danışmışdı. Yəni ən əvvəl itirilmiş qüvvələri bərpa etmək üçün atəşkəsdən zaman qazanmaq, güclənmək və bundan sonra ya diplomatik yollarla, ya da müharibə ilə əraziləri geri qaytarmağa hazırlaşmaq… Zamanında biz də dəfələrlə yazmışdıq ki, birincisi, əgər Ukraynanın dövlət rəhbərliyində Heydər Əliyev kimi təcrübəli lider oldsaydı, bu münaqişə heç vaxt baş verməzdi. İkincisi, Ukraynanın mütləq “nəfəs almağa” ehtiyacı var ki, heç olmasa dövlət ayaqda qala bilsin…

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:220
embedMənbə:https://konkret.az
archiveBu xəbər 25 Oktyabr 2025 19:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see310

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see304

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see300

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see285

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see284

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see277

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see268

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see266

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see265

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see251

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see237

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see227

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see226

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see223

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see221

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see219

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see212

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see211

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see187

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri