Icma.az
close
up
RU
Azərbaycanın ŞƏT də iştirakı Asiya Avropa əlaqələrinin güclənməsinə xidmət edir ŞƏRH

Azərbaycanın ŞƏT də iştirakı Asiya Avropa əlaqələrinin güclənməsinə xidmət edir ŞƏRH

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 1 sentyabr, AZƏRTAC

Bu gün Azərbaycan Cənubi Qafqazın lider dövləti kimi nəinki regionda, həm də bütün Avrasiya məkanında xalqlar arasında iqtisadi, mədəni, siyasi və diplomatik əlaqələrin dərinləşməsinə töhfə verir, insanların daha yaxşı, rifah içində yaşaması üçün yeni qərarların qəbulunda və müasir yanaşmaların tətbiqində əzmkarlıq nümayiş etdirir.

Ölkəmiz çoxvektorlu xarici siyasəti çərçivəsində dost və tərəfdaş dövlətlərlə, eləcə də beynəlxalq və regional təşkilatlarla münasibətlərin yeni mərhələdə inkişafında maraqlıdır. Azərbaycan yalnız sərhədləri daxilində islahatlarla kifayətlənmir, həm də beynəlxalq platformalarda, o cümlədən Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrlə səmərəli əməkdaşlıq edir və öz üzərinə düşən öhdəlikləri layiqincə yerinə yetirir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Məzahir Əfəndiyev söyləyib.

O qeyd edib ki, Çin, Rusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan tərəfindən 2001-ci il iyunun 15-də yaradılmış Şanxay Əməkdaşlıq Təşkilatı mehriban qonşuluq və dostluq münasibətlərinin qurulması, qarşılıqlı etimadın güclənməsi, müxtəlif sahələrdə səmərəli əməkdaşlığın təşviqi, regionda sülhün, sabitliyin və təhlükəsizliyin təmin edilməsi üçün birgə səylərin dəstəklənməsi, ədalətli yeni beynəlxalq siyasi və iqtisadi quruluşun yaradılması məqsədi daşıyan regional əməkdaşlıq təşkilatıdır. Sonradan Belarus, Hindistan, Pakistan və İran da təşkilata üzv olub, Monqolustan və Əfqanıstan müşahidəçi statusu alıb, Azərbaycan da daxil olmaqla 14 ölkə isə "dialoq tərəfdaşı" statusu ilə ŞƏT-lə əməkdaşlıq edir.

2016-cı ildə Azərbaycan ilə ŞƏT arasında əməkdaşlıq sahələrini əks etdirən memorandum imzalanıb. ŞƏT ilə əməkdaşlıq istiqamətləri arasında təşkilatın ənənəvi prioritet sahələri olan və Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edən terrorizm, separatizm ilə mübarizə, regional təhlükəsizliyin, sabitliyin təminatı müəyyənləşdirilib. Həmçinin ölkəmizin beynəlxalq müstəvidə mühüm rol oynadığı sivilizasiyalararası dialoq, multikulturalizm və tolerantlığın təşviqi sahələri də diqqət mərkəzində olan məsələlərdəndir. Azərbaycan Prezidentinin ŞƏT Sammitlərinə artıq ənənəvi olaraq dəvət alması və iştirakı qlobal arenada qətiyyətli, uzaqgörən lider kimi böyük nüfuz qazanmış Prezident İlham Əliyevə dərin hörmətin təzahürüdür.

“Avqustun 30-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Çin Xalq Respublikasının Sədri Si Cinpinin dəvəti ilə “ŞƏT plyus” formatında Zirvə toplantısında, habelə Çinin xarici hərbi müdaxilə və faşizm üzərində Qələbəsinin 80 illiyi münasibətilə keçiriləcək təntənəli tədbirlərdə, hərbi paradda iştirak etmək üçün Çinin Tiencin şəhərinə işgüzar səfəri həm davamlı inkişafda olan Azərbaycan-Çin münasibətləri, həm də ŞƏT çərçivəsində əməkdaşlıq imkanlarına yenidən baxılması üçün mühüm əhəmiyyət kəsb edir.

Dostluq və qardaşlıq göstəricisi hesab edilə biləcək səfər çərçivəsində iki ölkə başçıları arasında məhsuldar görüş keçirildi, eyni zamanda, Çinin qabaqcıl şirkətlərinin rəhbərləri ilə nəqliyyat, kommunikasiya, rəqəmsallaşma, energetika sahələrində qarşılıqlı fəaliyyətlə bağlı məsələlər nəzərdən keçirildi”, - deyə M.Əfəndiyev vurğulayıb.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin təşəbbüsləri ilə son illər həyata keçirilən irimiqyaslı infrastruktur layihələri sayəsində Azərbaycan mühüm beynəlxalq nəqliyyat və logistika mərkəzinə çevrilib. Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizləri kimi regional kommunikasiya layihələrinin işə düşməsinə mühüm töhfələr verən Azərbaycanın əhəmiyyəti getdikcə artmaqdadır. Xüsusilə, bu il avqustun 8-də Azərbaycan, ABŞ və Ermənistan liderləri arasında imzalanmış Vaşinqton Bəyannaməsi Cənubi Qafqazda yeni reallıqlar ortaya qoymaqla, Azərbaycanın Orta Dəhliz layihəsi çərçivəsində rolunu gücləndirir, Çin və digər üzv dövlətlərin bu əməkdaşlığa marağını artırır.

Prezident İlham Əliyevin Sammitdə iştirakı, ölkəmizin qlobal arenada artan nüfuzunun və çoxtərəfli diplomatiya siyasətinin uğurlu nəticəsidir. Hazırda dünyamızın siyasi arxitekturasının yenidən formalaşdığı bir zamanda Azərbaycan neytral, əməkdaşlığa açıq siyasəti ilə bir çox regional təşkilatlarda fəallığını artırır. ŞƏT ilə əməkdaşlıq da bu siyasətin tərkib hissəsidir və Azərbaycanın Asiya-Avropa nəqliyyat, enerji, ticarət əlaqələrinin əsas qovşağına çevrilməsi məqsədinə xidmət edir.

“Səfərin əhəmiyyətini artıran digər bir mühüm məqam isə onun Cənubi Qafqazda yeni sülh perspektivlərinin yarandığı bir dövrə təsadüf etməsidir. Belə ki, Azərbaycanla Ermənistan arasında ilkin sülh razılaşmasının əldə edilməsi fonunda Prezident İlham Əliyevin beynəlxalq səviyyədə fəal diplomatik addımları, Azərbaycanın regionda sabitlik və əməkdaşlığa sadiqliyini nümayiş etdirir. ŞƏT-in təhlükəsizlik, eləcə də regional əməkdaşlıq gündəmini nəzərə alaraq, Azərbaycanın Sammitdə iştirakı ölkəmizin regionda sülh və davamlı inkişafın təşəbbüskarı kimi çıxış etdiyini bir daha göstərir.

Burada digər bir məqam isə bu səfərdən öncə Azərbaycan Prezidentinin Türkmənistanın Türkmanbaşı şəhərində Azərbaycan, Türkmənistan, Özbəkistan liderlərinin iştirakı ilə keçirilən yüksəksəviyyəli görüşdə iştirak etməsi və nəqliyyat-logistika sahələrini əhatə edən hökumətlərarası sənədlərin imzalanmasıdır. Bu, Azərbaycanın nəinki Türk Dövlətləri Təşkilatına üzv nümunəvi dövlət olaraq apardığı ardıcıl, çoxvektorlu xarici siyasətinin təzahürüdür, eyni zamanda, ŞƏT çərçivəsində həyata keçirilən fəaliyyətdə məntiqi nəticəyə hesablanan addım idi.

Beləliklə, Prezident İlham Əliyevin Çin Xalq Respublikasına səfəri və Şanxay Əməkdaşlıq Təşkilatının Sammitində iştirakı Azərbaycanın həyata keçirdiyi çoxvektorlu xarici siyasətinin növbəti uğurlu addımıdır. Bu səfər ölkəmizin qlobal təşkilatlarla münasibətlərini daha da möhkəmləndirməklə yanaşı, Azərbaycanın regionda və onun hüdudlarından kənarda artan nüfuzunu, iqtisadi-siyasi qüdrətini əyani şəkildə nümayiş etdirir, eyni zamanda, gələcəkdə Azərbaycanın ŞƏT-də daha fəal rol oynaması, həm ikitərəfli, eləcə də çoxtərəfli əlaqələrin dərinləşdirilməsi baxımından yeni imkanlar yarada bilər”, - deyə deputat əlavə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:40
embedMənbə:https://azertag.az
archiveBu xəbər 01 Sentyabr 2025 12:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see257

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see215

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see213

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see205

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see197

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see163

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see159

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see159

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see158

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see150

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see149

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see148

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see145

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see144

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see143

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see142

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see141

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see140

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see131

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri