Icma.az
close
up
RU
Azərbaycanın ŞƏT lə əlaqələrinin inkişafı regional təhlükəsizlik sahəsində daha sıx əməkdaşlığa xidmət edir ŞƏRH

Azərbaycanın ŞƏT lə əlaqələrinin inkişafı regional təhlükəsizlik sahəsində daha sıx əməkdaşlığa xidmət edir ŞƏRH

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 1 sentyabr, AZƏRTAC

Çinin Tyanjin şəhərində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Dövlət Başçıları Şurasının illik sammiti keçirilir. Bu sammit təşkilat tarixində ən geniş tərkibli toplantı hesab olunur. İclasda 21 ölkənin dövlət və hökumət başçıları, eləcə də 10 beynəlxalq qurumun təmsilçiləri iştirak edirlər. Tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, İran Prezidenti Məsud Pezeşkian, Ermənistan Baş naziri Nikol Paşinyan, Rusiya Prezidenti Vladimir Putin, Hindistan Baş naziri Narendra Modi və digər üzv ölkələrin liderləri də iştirak edirlər.

Başlıca məqsədləri üzv dövlətlər arasında etimadın möhkəmləndirilməsi, müxtəlif sahələrdə - siyasət, ticarət, təhsil, enerji, nəqliyyat, mədəniyyət və ətraf mühit daxil olmaqla - əməkdaşlığın gücləndirilməsi, regionda sabitliyin və təhlükəsizliyin qorunması, həmçinin beynəlxalq arenada yeni əməkdaşlıq istiqamətlərinin qurulması olan ŞƏT 2001-ci ildə Çin, Rusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan tərəfindən təsis olunub. Zamanla əhatə dairəsini xeyli genişləndirən ŞƏT-ə 2017-ci ildə Hindistan və Pakistan, 2023-cü ildə İran, 2024-cü ildə isə Belarus üzv qəbul olunub. Avrasiya ərazisinin 60 faizini, dünya əhalisinin 40 faizini, dünya üzrə ümumi məhsulun isə 25 faizini özündə birləşdirən təşkilat regionunda siyasi, iqtisadi və təhlükəsizlik sahələrində əməkdaşlığın əsas platformalarından biri sayılır.

Mövzunu şərh edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin şöbə müdiri, iqtisad elmləri doktoru Aqil Əsədov AZƏRTAC-a bildirib ki, Azərbaycan bu təşkilatda dialoq üzrə tərəfdaş statusuna malikdir və 2024-cü ildə bu statusun müşahidəçi ölkəyə çevrilməsi üçün rəsmi müraciət edib.

“Azərbaycanın davamlı inkişafı, regional gücə çevrilməsi, əlverişli coğrafi mövqeyi və həyata keçirdiyi böyük layihələr ölkənin ŞƏT-lə münasibətlərinə müsbət təsir göstərir. Xüsusilə də Azərbaycanın tranzit və nəqliyyat-logistika imkanları, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinə verdiyi dəstək, Transxəzər nəqliyyat marşrutunun – Orta Dəhlizin üstünlükləri, bu ölkəni təşkilat üçün əhəmiyyətli tərəfdaşa çevirir.

2022-ci ilin sentyabrında Səmərqənddə keçirilmiş sammitdə Prezident İlham Əliyev çıxış edərək qeyd etmişdi ki, 44 günlük Vətən müharibəsində əldə olunan Qələbədən sonra regionda nəqliyyat və kommunikasiya infrastrukturunun inkişafı üçün yeni imkanlar açılıb. Azərbaycanın bu sahədə təşəbbüsləri Şərq-Qərb və Şimal-Cənub layihələrinin gerçəkləşməsində mühüm rol oynayıb. Bakı Beynəlxalq Dəniz Ticarət Limanının illik yükaşırma qabiliyyəti 15 milyon ton təşkil edir və bu göstərici 25 milyon tona qədər artırıla bilər. Bununla yanaşı, işğaldan azad edilmiş ərazilərdə minlərlə kilometr avtomobil və yüzlərlə kilometr dəmir yolları çəkilib. Azərbaycan həm də regionun ən böyük mülki hava yük donanmalarından birinə sahibdir və hazırda 9 beynəlxalq hava limanı fəaliyyət göstərir. Azad olunmuş ərazilərdə müasir standartlara cavab verən 3 yeni hava limanı istifadəyə verilib. Zəngəzur dəhlizinin açılması istiqamətində də mühüm addımlar atılır və Azərbaycan bu məsələdə öhdəliklərini vaxtında və yüksək səviyyədə yerinə yetirir. Bu dəhliz həm Azərbaycanın, həm də region ölkələrinin nəqliyyat potensialını əhəmiyyətli dərəcədə artıracaq”,- deyə o diqqətə çatdırıb.

Aqil Əsədov qeyd edib ki, Azərbaycan, əməkdaşlıq ruhunu ön plana çəkərək ŞƏT ölkələri ilə əlaqələrini genişləndirməkdə maraqlıdır: “Bu əməkdaşlıq üzv ölkələr üçün nəqliyyat-tranzit imkanlarının və enerji resurslarının birgə istifadəsini genişləndirmək, eləcə də Azərbaycanda mövcud olan əlverişli investisiya mühitindən faydalanmaq baxımından yeni imkanlar yaradır. Azərbaycan artıq bir çox üzv ölkələrlə, o cümlədən Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Pakistanla yüksəksəviyyəli ikitərəfli münasibətlərə malikdir. Lakin bu əlaqələrin daha da inkişaf etdirilməsi üçün geniş potensial mövcuddur.

Azərbaycanın ŞƏT-lə əlaqələrinin inkişafı regional təhlükəsizlik sahəsində daha sıx əməkdaşlıq imkanlarının yaranması, xarici investisiyaların cəlb edilməsi, xüsusilə işğaldan azad edilmiş ərazilərə investisiya qoyuluşlarının artırılması, Çin, Rusiya, Hindistan və Orta Asiya ölkələri ilə iqtisadi əlaqələrin dərinləşdirilməsi, Zəngəzur dəhlizi və Orta Dəhliz kimi layihələrə beynəlxalq səviyyədə dəstəyin artması, Avrasiya və Qərb arasında balanslı siyasətin daha da güclənməsinə xidmət edir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:49
embedMənbə:https://azertag.az
archiveBu xəbər 01 Sentyabr 2025 13:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qumralı görən musiqiçi özünü itirdi VİDEO

30 Noyabr 2025 06:07see202

Türkiyə Superliqası: “Trabzonspor” üçüncü yerdə möhkəmlənib

30 Noyabr 2025 01:46see187

Qədim Kəlbəcərin NADİR GÖRÜNTÜLƏRİ: Tarixi körpünün restavrasiyaya ehtiyacı var

30 Noyabr 2025 16:48see181

“WhatsApp” sizin yer məlumatınız toplayır Qorxunc iddia

01 Dekabr 2025 04:20see152

Masallıda polis əməkdaşları Vətən müharibəsi şəhidinin məzarını ziyarət ediblər

30 Noyabr 2025 12:38see146

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see145

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see143

Qəhvə qiymətləri rekord həddə çatdı Kafe restoran sektoru təşvişdə

30 Noyabr 2025 11:43see136

Leo Messi illərdir əlçatmaz olan dünya rekordunu qırdı

30 Noyabr 2025 09:41see130

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see130

“Fənərbaxça” derbisi öncəsi “Qalatasaray”da son durum açıqlanıb

30 Noyabr 2025 22:45see130

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see129

Türkiyədən sonra Livana yollandı

30 Noyabr 2025 20:30see129

Hollivud ulduzunun 71 yaşı var, amma 32 vermək olur VİDEO

30 Noyabr 2025 05:05see129

“Vətənə xəyanətin heç zaman bəraət yeri yoxdur”

30 Noyabr 2025 14:48see127

Ən asan almalı keks resepti

01 Dekabr 2025 00:27see123

Trampın xanımı şirkət yaradacaq

30 Noyabr 2025 15:38see123

A Seriyası: Napoli yə 1 qol bəs etdi

01 Dekabr 2025 01:58see123

Aydan götürülmüş nümunələrdə elə maddə aşkarlandı ki...

30 Noyabr 2025 12:53see120

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri