Azərbaycanın ŞƏT də rolu: Təsir mexanizmləri…
Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.
ŞƏT son illərdə dinamik inkişaf edən bir platformadır. Azərbaycan burada müşahidəçi yox, dialoq üzrə tərəfdaş qismində iştirak edir.
Bu sözləri Axar.az-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib.
“Dünyada müxtəlif regionlarda müharibələr baş verir. Eyni zamanda, ayrı-ayrı blokların daxilində də ciddi ziddiyyətlər artır. ŞƏT-də isə ölkələr xarici siyasətlərinin, dünya görüşlərinin fərqli olmasına, hətta bəzi ölkələr - Pakistan, Hindistan və Çin arasında ara-sıra gərginliklərin müşahidə olunmasına baxmayaraq, çalışırlar ki, bu gərginliyi diplomatik yollarla, danışıqlar yolu ilə aradan qaldırsınlar.
Digər tərəfdən isə, iqtisadi məsələlər də ŞƏT gündəliyində xüsusi yer tutur. Çünki əsas məqsəd bu ölkələrin öz maraqlarını təmin etməsi, pozulan təchizat zəncirlərini bərpa etməsidir. Bu, çox vacibdir. Hazırda müxtəlif səbəblərə görə məhz həmin təchizat zəncirləri pozulur və son nəticə etibarilə müxtəlif ölkələrin iqtisadiyyatları zərər çəkir”, - o bildirib.
Politoloqun sözlərinə görə, bu zərərlərdən qurtulmaq üçün əlbəttə ki, təsirli mexanizmlərin yaradılması lazımdır:
“Bu çərçivədə həmin mexanizmlərin yaradılması ilə bağlı qərarlar qəbul olunur və onlar yerinə yetirilir. ŞƏT Pan-Asiya qurumudur. Qurum çərçivəsində hazırda yeni nəqliyyat xətləri təşkil olunur. Bu nəqliyyat xətləri həm şərq-qərb, həm də şimal-cənub istiqamətində inkişaf etdirilir. Təkcə ŞƏT ölkələri yox, eyni zamanda bu ölkələrlə qonşu olan ölkələr də, xüsusilə Azərbaycan həmin rabitələrin inkişafından bəhrələnirlər.
Bilirik ki, Azərbaycan həm Şərq-Qərb, həm də Şimal-Cənub dəhlizlərinin kəsişməsində yerləşən ölkədir. Bu da yenə də ŞƏT-ə birbaşa daxil olmayan ölkələrin iqtisadiyyatlarına da müsbət təsir göstərir. Ona görə də, bu dialoqdan, bu sammitdən eyni zamanda çox şey asılıdır”.
İlqar Vəlizadə bu platformanın antiqərb platforması, yaxud ümumiyyətlə, hansısa bir quruma qarşı çıxan platforma olmadığını vurğulayıb:
“Əməkdaşlıq, regional təhlükəsizlik və iqtisadi münasibətlərin tənzimlənməsi üzərində qurulan bir platformadır. Təkcə bu platformanın iştirakçıları yox, eyni zamanda Azərbaycan və onun kimi ölkələrin də bu qurumla sıx münasibətlər saxlamaqda marağı var”.
Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 31 Avqust 2026 16:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















